Metroda cibgirlik edən şəxs saxlanıldı .....                        İsrail SEPAH-a məxsus 16 təyyarəni məhv edib .....                        Beşmərtəbəli bina dağıldı - 10 nəfər öldü .....                        Ölənlərin sayı 41-ə çatdı .....                        İran daha bir tankeri vurdu .....                        İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ .....                        Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək .....                        Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək .....                        Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur .....                       
Tarix : 10-10-2019, 12:56
RSXM-nin Həmkarlar Təşkilatı yenidən formalaşdırılıb

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Həmkarlar Təşkilatının yenidən formalaşdırılması ilə bağlı iclas keçirilib. RSXM - nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli bildirib ki, mərkəzin Həmkarlar Təşkilatının sədri Aygün Quliyeva səhhətində yaranmış problemlə bağlı rəhbərliyə müraciət edərək, Həmkarlar Təşkilatının sədri vəzifəsindən azad edilməsini xahiş edib. İclasda A.Quliyevaya 6 illik fəaliyyətinə görə təşəkkür edilib.
Bundan sonra təşkilatın yenidən formalaşdırılması məsələsinə baxılıb. İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədri, hüquq elmləri doktoru, professor Habil Qurbanov çıxış edərək, RSXM-nin Həmkarlar Təşkilatının bu vaxta qədər olan fəaliyyətini müsbət qiymətləndirib.
Daha sonra kollektiv səsvermə nəticəsində yeni üzvlər seçilib. RSXM-nin “Makroseysmik tədqiqatlar” şöbəsinin müdiri, geologiya üzrə fəlsəfə doktoru Etibar Qaravəliyev Həmkarlar Təşkilatının sədri seçilib.
Təşkilata yeni üzvlər də seçilib. Bunlar – baş mühəndis Rauf Müradov, “Tədris” şöbəsinin müdiri Gülnarə Alxanova, “Geofiziki cihazlara texniki nəzarət” şöbəsinin müdiri Elman Sarıyev, “Bibi-heybət” geokimyəvi stansiyasının mühəndisi Səadət Quliyeva, “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin mühəndisi Şəbnəm Xədici, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin kiçik elmi işçisi Xədicə Əliyeva, “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin kiçik elmi işçisi İlhamə Cəlilova və “Maqnitometriya” şöbəsinin mühəndisi Bəxtiyar Xanbutovdur. “Mühəndis geologiyası və seysmik mikrorayonlaşdırma” şöbəsinin kiçik elmi işçisi İlhamə Cəlilova Həmkarlar Təşkilatının katibi seçilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!