Azərbaycanın “Kəlağayı Bayramı” .....                        Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” .....                        "Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                       
Dünən, 19:30
Şəhidin xatirəsinə ehtiram

Şəhidin xatirəsinə

ehtiram


Masallı rayonunun Kəlbəhüseynli kəndində boya-başa çatan, tariximizin şanlı səhifəsi olan 44 günlük Qarabağ müharibəsində yağıya qarşı mərdliklə vuruşub şəhidlik zirvəsinə ucalan Ziya Zahid oğlu Gözəlovun şəhadətinin 6-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən keçirilən anım mərasimində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun böyük məsləhətçisi Sinan Abbaslı, sektorun məsləhətçisi Tərlan Şahverdiyev, ərazi nümayəndəliyinin və bələdiyyənin əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, din xadimləri, ziyalılar, ağsaqqallar və kənd sakinləri iştirak ediblər.
İştirakçılar şəhid Ziya Gözəlovun məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğu vurğulanıb. Bildirilib ki, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Şəhidlərin xatirəsinin yaşadılması, onların ailə üzvlərinə göstərilən diqqət və qayğının davam etdirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir.
Şəhidin ailə üzvləri diqqət və qayğı göstərənlərərə minnətdarlıqlarını bildiriblər.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Dünən, 19:12
Həkim əllərinin şəfqəti


Həkim əllərinin şəfqəti

Tarix boyu əksər toplumlarda ən hörmətli peşələrdən biri həkim sənəti hesab olunub. Elə özümüzün də yaşadığımız zaman kəsiyində (hələ uşaqlıq illərimizdən) yaddaşımıza hopan o olub ki, insanlara şəfa verən həkimlər cəmiyyətdə əziz tutulub, hörmət, izzət sahibi sayılıblar. Zaman-zaman mətbuatda və bədii ədəbiyyatda da həkim peşəsi, onun müqəddəsliyi, bu peşənin şərəfli daşıyıcıları haqqında çoxsaylı bədii, publisistik yazılar dərc edilib. El-obada həkim və müəllimin yeri həmişə məclisin başında olub. Düşünürəm ki, nə qədər ki, normal cəmiyyət mövcuddur, insanlıq da öz mənliyini qoruyub saxlaya bilirsə, o qədər də müəllimlərin və həkimlərin xeyirxah xidmətləri uca tutulacaq.
Bu günümüzün acı bir reallığını da xatırladım ki, yaşadığımız zaman kəsiyində ekoloji sistemin müxtəlif səbəblər üzündən sürətlə çirkələnib məhvərindən çıxdığı, keyfiyyətsiz qidaların insan sağlamlığı üçün ciddi təhlükəyə çevrildiyi və digər məişət problemləri üzündən xəstəliklər, eləcə də xəstələrin sayı sürətlə artmaqdadır. Məhz belə kritik bir zaman kəsiyində savadlı və öz işinin peşəkarı olan həkimlərə daha çox ehtiyac duyuruq. Onu da unutmayaq ki, bu gün ölkənin ən strateji sahələrindən biri sayılan səhiyyə sistemi ictimaiyytin də ən çox diqqətindədir.
Azərbaycan yenidən öz dövlət müstəqilliyinə qovuşandan sonra səhiyyə sistemində də xeyli yeniliklər və dəyişikliklər baş verdi. Düzdür, bu sahədə hələ də həllini gözləyən bir çox problemlər qalsa da, proseslərin gedişi səhiyyənin sabahı ilə bağlı nikbin ümidlər yaradır. Düşünürəm ki, səhiyyədə ən böyük problemlərdən biri hələ də sadə vətəndaşların tibbi müalicənin bütün sahələrinə əlçatanlığı ilə bağlı mövcud olan bəzi maneələrdir. İcbari tibbi sığortanın cəmiyyətdə dayağı artıqca bu problemin də nə vaxtsa həll olunacağına ümid edə bilərik.
Sovet hakimiyyəti illərində dövlət xəstəxanalarının pulsuz xidmətlərinə öyrəşmiş ölkə insanı müstəqillik dövründə fəaliyyətə başlayan özəl xəstəxanaların ödənişli xidmətlərini bir müddət həzm edə bilmədi. Zaman keçdikcə isə səhiyyə sistemində yeni rəqabət mühiti yaratmış özəl xəstəxanaların fəaliyyəti bu sahəyə yeni baxış və yanaşma formalaşdırmağa başladı. Daha güvənli və müasir tibbi avadanlıqlarla təchiz edilmiş özəl xəstəxanalarda müxtəlif xəstəliklərin müayinəsi zamanı daha dəqiq və çevik diaqnoz qoyulması “özəl xəstəxana” sindiromunu da tədricən aradan qaldırmağa başladı.
Tibb sahəsində baş verən ən böyük inqilabi dəyişikliklərdən biri deyərdim ki, son illər xarici ölkələrdə yüksək tibb təhsili almış savadlı və peşəkar gənc həkimlərin ölkə xəstəxanalarında çalışmaları ilə başladı. Xüsusilə qardaş Türkiyənin məşhur universitetlərində onlarla gənc soydaşımızın uzman həkim dərəcəsi alıb ölkə xəstəxanalarında uğurlu fəaliyyətə başlamaları, əhalinin sağlamlığı yolunda qollarını çırmalayıb ürəklə işə girişmələri respublikamızın tibb personalının tərkibini keyfiyyət baxımından xeyli gücləndirmiş oldu.
Sıradan bir vətəndaş olaraq hesab edirəm ki, həkimin həkimdən əsas üstünlüklərindən biri, bəlkə də birincisi xəstəylə təmasda özünü necə aparması ilə bağlıdır. Təsadüfi deyil ki, aqillərimiz xəstəni həkimin dərmanından daha çox onun şirin dilinin sağaltdığını deyiblər.
Haşiyə. Neçə müddət idi ki, böyrək daşından əziyyət çəkirdim. Sol böyrəyimdə qədərincə böyümüş daş məni çox incidirdi. On il əvvəl bu problem üzündən bir dəfə əməliyyat olunsam da, nəticəsu uğurlu alınmamışdı. Sonradan daş yenidən böyümüş və sağlamlığıma ciddi təhdid yaratmışdı. Son olaraq bir neçə həkimin qəbulunda olmuşdum və müayinələrin nəticəsi olaraq hamısının da yekdil fikri belə olmuşdu ki, təcili əməliyyat olunmalıyam. Həkim seçiminə gələndə isə çox götür-qoydan sonra dostların, tanışlarların yekun məsləhəti belə oldu ki, Gəncə Beynəlxalq Xəstəxanasında çalışan həmyerlimiz uzman həkim, uroloq-androloq cərrah Zamin Həşimov bu sahənin peşəkarıdır və elə əməliyyatı da ona elətdirim.

Zamin həkimi və ailəsini hələ qayğısız kəlbəcərli günlərimizdən tanıyırdım. Hər iki valideyni müəllim olan Zamin ziyalı bir ailənin yetirməsidir. Atası Kamran müəllim Kəlbəcərin işğalına qədər Zar kənd orta məktəbinin ən savadlı və peşəkar müəllimlərindən biri sayılırdı. Anası Gözəl müəllimə isə ibtidai siniflərdə dərs deyirdi və o da məktəbin qabaqcıl müəllimlərindən idi. Onun uşaqlıq dövrü Qarabağın işğal olunduğu ağır illərə təsadüf etdi. Zamin hələ uşaqlıqdan çətinliyin hər üzünü görmüşdü.
Kamran müəllimin ailəsi Kəlbəcərin işğalından sonra Gəncə şəhərində məskunlaşdı. O zaman və son illərə qədər də kəlbəcərli gənclərin hazıraşıb ali məktəblərə daxil olmalarında Kamran müəllim xeyli zəhməti çəkdi. Xüsusilə ali tibb təhsili almaq istəyənlərin çoxu bu ixtisasda əsas fənlərə hazırlaşmaq üçün Kamran müəllimə üz tutdular. Bu gün respublikada tanınmış bir sıra gənc həkimlərimizin üzərində Kamran müəllimin haqqı-sayı daha çoxdur. Necə deyərlər, ustad oğlu şəyird olmaz. Elə Zamin də atası Kamran müəllimin “şinelindən” çıxan uğurlu gənclərimizdən biri oldu. Zamin öncə Azərbaycan Dövlət Tibb Universitetinə daxil oldu. Orada həkimlik təhsilini uğurla tamamladı. Bir müddət Milli Onkologiya Mərkəzində həkim kimi çalışdı. Sonradan 2009-2014-cü illərdə qardaş Türkiyədə Konya Universitetində Meram fakültəsində uroloq ixtisası üzrə uzmanlıq təhsili aldı. Uzmanlıq təhsilini başa vurub bir müddət Türkiyənin Bursa şəhərindəki Uludağ universitetində laparoskopik cərrahiyyə üzrə peşəsini davam etdirdi. 2015-2016-cı illərd Təkirdağdakı Star Medica xəstəxanasında uroloq kimi çalışdı. Vətənə döndükdən sonra Bakı şəhərindəki Grand Hospitalda uroloq peşəsini davam etdirdi. 2016-cı ildən Gəncə Beynəlxalq Xəstəxanasında uroloq-androloq cərrah vəzifəsində çalışmağa başladı.
Öncə qeyd etdiyim kimi, sol böyrəyimdə olan daş parçası sağlamlığım üçün böyük təhdidə çevrilmişdi. Yanımdan azacıq külək ötən kimi böyrəyimdə dəhşətli ağrılar baş qaldırır, nəfəsimi təngidirdi. Bəzən bu ağrılar saatlarla davam edirdi. Yay aylarını Göygöl rayonunda keçirdiyimdən özüm də qəti qərara gəldim ki, əməliyyatı Gəncə Beynəlxalq Xəstəxanasında Zamin həkimə elətdirim. Həkimlə danışıb vədələşdikdən sonra onun çalışdığı xəstəxanaya üz tutdum. Öncə müəyyən analizlər və müayinələrdən keçdikdən sonra həkim əməliyyat gününü təyin etdi.
Mən deyərdim ki, müalicənin uğurlu alınmasında əsas göstəricilərdən biri həkimin pasiyentlə münasibətindən çox asılıdır. Zamin Həşimovun xəstəylə təmasda göstərdiyi səmimi münasibət, bir həkim kimi təmkinli davranışı, əməliyyatla bağlı pasiyentə verdiyi ətraflı bilgi xəstədə ona olan inamı daha da artırır. Elə mənim əməliyyatım zamanı və orada olduğum müddətdə görüb şahidi olduğum digər səhnələr də həkimin öz sənətinə necə məsuliyyətlə yanaşdığının və peşəkarlığının təsdiqi idi.
Nəhayət, əməliyyat günü gəlib çatdı. Həkimin köməkçiləri Ramazan bəy və Lamiyə xanım lazım olan sənədləşmə işini və müayinə proseslərini çox mehribanlıqla həyata keçirib həkimə hər şeyin qaydasında olduğu barədə məlumat verdilər. Mənə çox xoş gələn məqamlardan biri də həkimin “komandasının” əlbirliyi ilə çalışmaları idi. Cərrahiyə otağına aparılanda özümün ciddi bir narahatçılığım olmasa da, Zamin həkimin “İlham dayı, heç bir narahatçılıq yoxdur, hər şey yaxşı olacaq”- deyə mənə ürək-dirək verməsi ona olan inamımı daha da artırdı.
Əməliyyat uğurla keçdi. Palatada tibb personalın xəstələrə göstərdikləri isti münasibətlər də yaddaşıma xoş duyğularla həkk olundu. Xüsusilə palata tibb bacısı Meyxanımın və həmkarlarının xəstələrə göstərdikləri qayğını bu gün də unutmamışam. Əksəriyyəti gənclər olan bu insanlar hər gün müxtəlif əməliyyatlardan çıxmış xəstələrlə çox mehriban və anlaşıqlı davranırdılar.
Əməliyyatdan sonra bir neçə gün xəstəxanada qalıb evə buraxıldım. Zamin həkim əməliyyatdan sonra qəbul edəcəyim dərmanları yazdıqdan sonra qarşıdsakı günlərdə nə edəcəyimi də ətraflı şəkildə mənə izah etdi. Günaşırı da zəng vurub səhhətimlə maraqlanır, yeni tövsiyyələrini verirdi. Bu gün ağrılardan xilas olmağıma və narahatçılıqlarıma son qoyulmasına görə həkim Zamin həkimin əllərinin şəfqətinə borcluyam.
Zamin Həşimov bu gün Gəncə şəhərində və ətraf bölgələrdə ciddi nüfuz və həkim etibarı qazanıb. Artıq onun yanında müalicə almağa ətraf rayonlardan və respublikanın digər bölgələrindən üz tutan pasiyentlərin sayı da günbəgün artmaqdadır. Mən Gəncə Beynəlxalq Xəstəxanasında müalicə aldığım günlərdə şahidi oldum ki, Zamin Həşimovun qəbuluna üz tutan xəstələr buraya böyük ümid və inamla gəlirlər. Həkim hər bir xəstəni diqqətlə dinləyir, problemləri ilə ətraflı tanış olur, daha sonra pasiyentləri müəyyən müayinə proseslərindən keçirdikdən sonra digər həkim həmkarları ilə məsləhətləşib yekun qərarını verir. Həm də xəstənin orqanizmindəki ən həssas tərəflər nəzərə alınmaqla əməliyyata qədər mövcud olan problemlər maksimum dərəcədə aradan qaldırılır. Son sözü isə həkimin biliyi, təcrübəsi və şəfalı əlləri deyir. Elə biz də əllərin var olsun, həkim, deyirik. Həmişə bu müqəddəs və şərəfli işinizdə sizə sağlamlıq və uğurlar diləyirik.
İlham Məmmədli,
yazıçı-jurnalist
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!