Azərbaycanın “Kəlağayı Bayramı” .....                        Fəridə Səfiyevanın “İrəvan tarixi sənədlərin dili ilə” .....                        "Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                       
Dünən, 16:04
Azərbaycanın “Kəlağayı Bayramı”

Azərbaycanın

“Kəlağayı Bayramı”


24 noyabr 2026-cı il tarixində Bakı Gənclər Mərkəzində Azərbaycan Kəlağayısı Gününə həsr olunmuş “Kəlağayı Bayramı” keçirilib. Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi və Bakı Gənclər Mərkəzinini, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Kəlağayı Ev Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Ev Muzeyinin direktoru Güllü Eldar Tomarlı açaraq

Azərbaycan kəlağayısının xalqımızın milli-mənəvi irsinin ayrılmaz hissəsi olduğunu bildirib. O qeyd edib ki, kəlağayı əsrlər boyu Azərbaycan qadınının zərifliyini, ismətini, milli kimliyini və mənəvi dəyərlərini özündə yaşadan müqəddəs örpək kimi bu gün də böyük hörmətlə qorunur. Güllü Eldar Tomarlı çıxışında vurğulayıb ki, Mirvarid Dilbazi Poeziya Məclisi İB tərəfindən Azərbaycan Kəlağayısı Günü daha geniş məzmunda “Kəlağayı Bayramı” kimi qeyd olunmağa başlanıb və artıq ənənə halını alıb. O, milli sərvətimiz olan kəlağayının təbliği, gələcək nəsillərə sevdirilməsi və beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlərdən, keçirilən festival və layihələrdən danışıb.

Daha sonra Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Azərbaycan kəlağayısının milli-mədəni irsimizdə xüsusi yer tutduğunu bildirib. O, belə tədbirlərin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində, xalqımızın zəngin mədəni irsinin təbliğində və qorunmasında mühüm rol oynadığını vurğulayıb. Tədbir çərçivəsində foyedə Kəlagayı Ev Muzeyinin qədim və müasir kəlağayılardan ibarət zəngin sərgi nümayiş etdirilib. Bununla yanaşı, kəlağayı mövzusunda rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, rəssam Sehran Allahverdinin “Kəlağayı” kompozisiyası, Güllü Eldar Tomarlının əl işlərindən ibarət dekorativ-tətbiqi sənət nümunələri, həmçinin İctimai Birliyin nəzdində kəlağayı haqqında işıq üzü görmüş 12 kitab iştirakçıların böyük marağına səbəb olub. Sərgidə nümayiş etdirilən eksponatlar Azərbaycan kəlağayısının tarixi, sənətkarlıq ənənələri, estetik gözəlliyi və milli kimliyimizin rəmzi kimi daşıdığı dəyərləri əks etdirib. Bayram proqramında Azərbaycan kəlağayısının tarixindən, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin əhəmiyyətindən, milli irsimizin qorunması və təbliği istiqamətində görülən işlərdən bəhs olunub. Qeyd edilib ki, kəlağayı yalnız geyim elementi deyil, xalqımızın zəngin mədəniyyətini, adət-ənənələrini və mənəvi dəyərlərini yaşadan mühüm milli sərvətdir. Tədbir boyunca çıxışlar, bədii kompozisiyalar və milli musiqi nömrələri iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Qonaqlar sərgi ilə yaxından tanış olub, qədim kəlağayı nümunələri və bu sahədə həyata keçirilən layihələr haqqında ətraflı məlumat əldə ediblər.

“Kəlağayı Bayramı” milli-mənəvi dəyərlərimizin qorunması, Azərbaycan kəlağayısının daha geniş təbliği və gənc nəslin milli irsə bağlılıq ruhunda yetişdirilməsi istiqamətində mühüm əhəmiyyət daşıyan tədbirlərdən biri kimi yadda qalıb. “Kəlağayı Bayramı”nın davamı 26 noyabr tarixində Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçiriləcək.


Dünən, 10:39
Kəlbəcərdə tarixi qayıdış və böyük quruculuq mərhələsi


Kəlbəcərdə tarixi qayıdış və

böyük quruculuq mərhələsi


2020-ci il noyabrın 25-də, Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra Kəlbəcər rayonu Azərbaycana qaytarıldı və bununla da xalqımızın 27 ildən artıq davam edən yurd həsrətinə son qoyulması istiqamətində mühüm mərhələ başlandı.
Kəlbəcər Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. “Kəlbəcər” toponiminin qədim türk dilində “çay üstündə qala” mənasını ifadə etdiyi bildirilir. Ərazidə 30 min ildən artıq tarixə malik yaşayış məskənləri, 6 minillik qayaüstü təsvirlər, qədim türk əlifbası nümunələri və çoxsaylı tarixi abidələr aşkarlanıb. Azərbaycanın ən yüksək dağ rayonu olan Kəlbəcər zəngin meşələri, mineral su ehtiyatları və möhtəşəm dağ mənzərələri ilə də seçilir. Rayonun ərazisi 3054 kv.kilometrdir.
Kəlbəcərə inzibati rayon statusu 1930-cu ildə verilib. İşğaldan əvvəl rayonda 53 min 478 nəfər yaşayırdı. Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində rayon əhalisi doğma yurdlarından didərgin salındı. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Kəlbəcərin tarixi-mədəni irsinə, sosial və iqtisadi infrastrukturuna ciddi ziyan vuruldu, məktəblər, xəstəxanalar, kitabxanalar, yaşayış evləri və digər obyektlər dağıdıldı, rayonun sərvətləri talan edildi.
BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qətnamədə işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılması tələb olunsa da, bu qərar uzun illər icra edilmədi. Üstəlik, 1999-cu ildən etibarən rayonda qeyri-qanuni məskunlaşdırma siyasəti həyata keçirildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici dönüş 2020-ci ildə baş verdi. Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusu Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri nəzarətə götürərək Ermənistan silahlı qüvvələrinin hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu hərbi strategiya və 44 günlük Vətən müharibəsində qazanılan Qələbə nəticəsində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi.
Kəlbəcərin azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbçilərin qəhrəmanlığı dövlət tərəfindən yüksək qiymətləndirildi. 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və 9455 hərbi qulluqçu bu medalla təltif olundu.
İşğaldan azad edildikdən sonra Kəlbəcərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb. 2024-cü il mayın 1-də Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş plan təsdiqlənib. Plana əsasən, şəhərin ərazisinin təxminən 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Burada yeni yaşayış binaları, məktəblər, uşaq bağçaları, xəstəxanalar, İşğal və Zəfər muzeyləri, mehmanxanalar və sosial obyektlər inşa ediləcək. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması planlaşdırılır.
Böyük Qayıdış çərçivəsində Kəlbəcər şəhərində 524 ailəlik yaşayış məhəlləsi salınır. Kompleksdə çoxmənzilli binalar və fərdi yaşayış evləri ilə yanaşı, parklar, uşaq oyun və idman meydançaları, sosial-məişət obyektləri yaradılır. 2025-ci il avqustun 21-də Prezident İlham Əliyev Kəlbəcərə səfəri zamanı yeni mənzillərə köçən 20 ailəyə açarları təqdim edib. 2026-cı il noyabrın 6-dək rayonda 162 ailə olmaqla 681 nəfər məskunlaşıb.
Yanşaq, Zallar və Zar kəndlərində də genişmiqyaslı yenidənqurma işləri planlaşdırılıb. Bu yaşayış məntəqələrində yüzlərlə ailənin məskunlaşdırılması, fərdi evlərin, məktəblərin və uşaq bağçalarının inşası nəzərdə tutulur.
Bölgənin nəqliyyat infrastrukturunun qurulmasında Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu xüsusi əhəmiyyət daşıyır. Uzunluğu 82 kilometr olan yol üzərində beş tunel inşa edilir. Onlardan biri olan 11,7 kilometrlik Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Layihənin reallaşması Kəlbəcərin digər bölgələrlə əlaqəsini asanlaşdırmaqla yanaşı, turizmin və iqtisadi fəaliyyətin inkişafına da mühüm töhfə verəcək.

Kəlbəcərin zəngin su ehtiyatlarından səmərəli istifadə məqsədilə bir sıra kiçik su elektrik stansiyaları yenidən qurulub və yeniləri tikilib. “Çıraq-1”, “Çıraq-2”, “Soyuqbulaq”, “Meydan”, “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” stansiyaları bölgənin enerji təminatında mühüm rol oynayır.
Rayonun iqtisadi potensialının bərpasında “İstisu” layihələri də xüsusi yer tutur. 2024-cü ildə “İstisu” mineral su zavodunun tikintisi başa çatdırılıb. İllik istehsal gücü 100 milyon şüşə butulkadan artıq olan müəssisədə təxminən 100 nəfər işlə təmin edilib. Bununla yanaşı, 80 min kvadratmetr ərazidə yaradılması nəzərdə tutulan “İstisu” Müalicə-İstirahət Kompleksində hotel, kotteclər və müalicə mərkəzinin tikintisi aparılır. Kompleksin istifadəyə verilməsi Kəlbəcərin sağlamlıq və turizm mərkəzinə çevrilməsi baxımından mühüm perspektivlər yaradır.
Prezident İlham Əliyevin 2021-ci ildən etibarən Kəlbəcərə mütəmadi səfərləri bölgədə aparılan quruculuq işlərinin sürətlənməsində mühüm rol oynayıb. Bu səfərlər zamanı yaşayış komplekslərinin, kəndlərin, yolların, elektrik stansiyalarının, məktəblərin və digər infrastruktur obyektlərinin təməli qoyulub, bir sıra layihələr istifadəyə verilib.
Bu gün Kəlbəcər özünün yeni inkişaf mərhələsini yaşayır. Vaxtilə işğal nəticəsində dağıdılmış şəhər və kəndlər yenidən qurulur, müasir infrastruktur yaradılır, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin edilir. Həyata keçirilən layihələr Kəlbəcərin gələcəkdə mühüm turizm, sənaye, kənd təsərrüfatı və enerji mərkəzlərindən birinə çevrilməsinə zəmin yaradır.
25 Noyabr – Kəlbəcər şəhəri günü Azərbaycan xalqının tarixi ədalətinin bərpasını, Vətən müharibəsində qazanılan möhtəşəm Qələbəni və Böyük Qayıdışın başlanmasını təcəssüm etdirir. Bu tarix həm də torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin qəhrəmanlığının, qazilərimizin fədakarlığının və xalqımızın sarsılmaz iradəsinin ifadəsidir. Kəlbəcər artıq yalnız keçmişin xatirəsi deyil, Azərbaycanın quruculuq və inkişaf salnaməsinin yeni səhifəsidir.

Nizami Zalov
Şəhid atası, Saray qəsəbə bələdiyyəsinin sədri
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!