Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 16-04-2019, 12:55
RSXM-də Elmi-Texniki Şuranın növbəti iclası keçirilib

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Elmi texniki şuranın iclası keçirilib. RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilk əvvəl martın 27-də “Elm günü” ilə bağlı mərkəz tərəfindən keçirilən “Açıq qapı” haqqında danışaraq, həmin tədbirin hazırlanmasında yaxından iştirak edən əməkdaşların fəaliyyətini yüksək qiymətləndirərək, onların “Fəxri Fərman” la təltif edildiklərini bildirib. Həmçinin RSXM-nin iki gənc əməkdaşına AMEA-nın Yer Elmləri bölməsinin “Fəxri Fərman”ı təqdim edilib.
Daha sonra Elmi-Texniki Şuranın gündəliyinə uyğun olaraq, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Şahbəddin Musayev “Respublika ərazisində nəcib və əlvan metal yataqlarının proqnostik göstəriciləri və onların ehtiyatlarının istismara cəlb olunmasının yaxın perspektivləri” mövzusunda məruzə edib. İclasda 2019-cu ilin 1-ci rübündə AMEA nəzdində RSXM-ə daxil olan sərəncam və qərarların icrası haqqında hesabatı, “Tədris şöbəsi”nin 2019-cu ildə keçirilməsi nəzərdə tutulan ixtisas və xarici dil kursları üzrə tədris proqramlarının təsdiqi, 2019-cu ildə RSXM-də keçiriləcək elmi seminarların iş planının və şöbələrin illik iş planının təsdiqinə dair məsələlərə baxılıb. Təklif olunan məsələlər şura üzvləri tərəfindən yekdilliklə qəbul edilib.
RSXM-də Elmi-Texniki Şuranın növbəti iclası keçirilib
RSXM-də Elmi-Texniki Şuranın növbəti iclası keçirilib


AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!