Metroda cibgirlik edən şəxs saxlanıldı .....                        İsrail SEPAH-a məxsus 16 təyyarəni məhv edib .....                        Beşmərtəbəli bina dağıldı - 10 nəfər öldü .....                        Ölənlərin sayı 41-ə çatdı .....                        İran daha bir tankeri vurdu .....                        İranda iki Ayətullah yeni Ali Rəhbər üçün ÇAĞIRIŞ ETDİ .....                        Hindistan Rusiyaya qoyulan sanksiyalardan imtina edəcək .....                        Azərbaycan Özbəkistanla strateji müttəfiqliyi genişləndirəcək .....                        Ermənistanda Konstitusiyaya yeni dəyişikliklər müzakirə olunur .....                       
Tarix : 26-12-2018, 13:46
AMEA-nın Kimya Elmləri Bölməsinin elmi-tədqiqat institutlarının fəaliyyəti yüksək qiymətləndirilib
AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) Kimya Elmləri Bölməsinin növbəti iclası keçirilib.
Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Vaqif Fərzəliyev gündəlikdəki məsələlər barədə iştirakçılara məlumat verdikdən sonra bölmənin elmi-tədqiqat institutlarının hesabatı dinlənilib.
NKPİ-nin illik hesabatını institutun elmi işlər üzrə direktor müavini, texnika üzrə elmlər doktoru Təranə Məmmədova, akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun illik hesabatını bu müəssisənin direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı, akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun hesabatını bu müəssisənin direktoru, akademik Vaqif Fərzəliyev, Polimer Materialları İnstitutunun hesabatını isə qurumun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov təqdim edib.
Elmi müəssisələrin 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatlar ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.
Sonda çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev Kimya Elmləri Bölməsinin cari ildəki fəaliyyətini yüksək qiymətləndirib. Alim bölməyə daxil olan institutlarda il ərzində bütün göstəricilərə əsasən yüksək nəticələrin əldə olunduğunu bildirib.


Paylaş



Bölmə: Təhsil / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!