Qəzzada 63 girov qalıb .....                        Gənc şair intihara cəhd etdi: vəziyyəti ağırdır .....                        Qarlı hava ilə bağlı daha bir xəbərdarlıq .....                        Hücum edilən xəbər saytlarının fəaliyyəti yeni həftədən bərpa olunur .....                        "Qarabağ" heç-heçə etdi .....                        Mansur Yavaşdan prezidentliyə namizədliklə bağlı açıqlama .....                        Oğlu tərəfindən baltalanan 84 yaşlı kişi danışdı: "Dedi ki, yaxşı eləmişəm" .....                        Pənah Hüseynin partiyası fəaliyyətini dayandırır? - AÇIQLAMA .....                        Qısa fasilədən sonra yenidən qar yağır .....                       
Tarix : 27-10-2016, 19:38
AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda elmi seminar keçirilib.
Butov.az xəbər verir ki, İnstitutdan “Report”a verilən xəbərə görə, AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev seminarın böyük ölçülü verilənlərin çoxsaylı problemlərinin araşdırılmasına həsr olunduğunu bildirib. R.Əliquliyev qeyd edib ki, bu problemlərdən biri də böyük ölçülü verilənlərin analizidir.
İnstitutun şöbə müdiri, texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev “Böyük ölçülü verilənlərin klasterləşməsi alqoritmləri” mövzusunda məruzə ilə çıxış edərək klasterləşmə metodları haqqında məlumat verib. O, bu metodların öyrədilən, yarım-öyrədilən və öyrədilməyən olmaqla siniflərə ayrıldığını bildirib: “Böyük ölçülü verilənlərin klasterləşməsi metodları paralel sistemlər üzərində işləyən metodlara bölünür. Bu zaman bir sıra problemlərə rast gəlinir”.
R.Alıquliyev böyük ölçülü verilənlərin bir kompüterdə klasterləşməsini həyata keçirməyə imkan verən yeni metod haqqında məlumat verərək aparılan eksperimentlərin nəticələrini nümayiş etdirib və gələcək tədqiqatların istiqamətlərini nəzərə çatdırıb.
Məruzə ətrafında gedən müzakirələrdə iştirak edən institutun direktor müavini, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov, şöbə müdirləri, texnika üzrə fəlsəfə doktorları Yadigar İmamverdiyev, Bikəs Ağayev, Vüqar Musayev və Fərhad Yusifov, layihə baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Şəfəqət Mahmudovasual və təkliflərini səsləndirdilər.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!