Zelenski ABŞ-la Rusiya arasında yeni danışıqları təsdiqləyib
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın münaqişənin həlli üçün Rusiya ilə danışıqların növbəti mərhələsini təşkil etmək təklifini qəbul etdiyini açıqlayıb.
Yeni müzakirələr gələn həftənin əvvəlində — fevralın 17-si və ya 18-i baş tuta bilər.
Gündəmdə əsas məsələ ABŞ-ın Donbas ərazisində azad iqtisadi zona yaradılması təşəbbüsü olacaq. Zelenski bildirib ki, həm Kiyev, həm də Moskva bu ideyaya ehtiyatla yanaşır.
“Tərəflərdən heç biri azad iqtisadi zona ideyasını tam dəstəkləmir — nə ruslar, nə də biz. Fikir ayrılıqlarımız var,” — deyə Ukrayna lideri əlavə edib.
Hazırda Rusiyanın ABŞ-a nümayəndə göndərib-göndərməyəcəyi hələ dəqiq məlum deyil. Ötən mərhələdəki məsləhətləşmələr BƏƏ-də həyata keçirilib.