Zelenskinin yeni "sağ qolu" kim olacaq? .....                        MDB liderləri bu ölkədə görüşəcək .....                        ABŞ iki od arasında .....                        Hər zaman həmrəy olaq! .....                        İranda etirazlar - minlərlə insan ayağa qalxdı .....                        Zəngəzur dəhlizi dünyanın ən yüksək tutumlu ticarət yolu olacaq .....                        ABŞ Ukraynaya qoşun yeridəcək? - Zelenskidən cavab .....                        Ərəb ölkəsi Yəməndə əməliyyatı dayandırır .....                        Bəşər Əsədin fotosu silindi .....                       
Tarix : Dünən, 22:37
Mənim nağılım... mənim həqiqətim...


Mənim nağılım...

mənim həqiqətim...


Gözlərimdən uzaq düşdün,
Vüsalımdan iraq düşdün,
Həsrətinə qonaq düşdüm...
Bilsən, necə darıxmışam!


( N.Atəşi)

Həqiqət əqiq daşı kimi bir tanıtımdır. Necə ki həyat həya-ya, Günəş gün-ə, gecə gec qalmağa, ad-san sambala hesablanıb, eləcə. Dünyanın, elə insanların da başını cəncələ salansa bu və bunun kimi "n" qədər anlamların nisbi xarakter daşıması, hər kəsin öz arşını qədər uzunluqda olmasıdır. Bəs necə edək ki, həyati müvazinətimizi qoruyaq, balansı gözləyək. Diqqət etsək, azca anlayış göstərsək ana təbiətin hər zaman yanımızda olduğunun, gün ərzinin, ayların, fəsillərin gözlərimizdən, habelə həyatımızdan dəlib keçən yaşam şərtlərinin bizə şah damarımız qədər məhrəm, uyğun olduğunu fərq edərik. Belə isə, biz niyə ən adi məsələlərdə belə zorluq yaşayır, özümüz ola bilmirik. Hətta içimizd(l)ə gedən daimi mücadilələr bizi çoxdanın yorğunu salıb, özümüzü özümüzə yadlaşdırıb, təbiətimizdən gen saldıqca salıb. Eh... bu, çox ağrılı bir məsələdir. İndi bunun səbəblərini və həll yollarını axtarmağa çalışaq. Bunun ilkin səbəbinin qürurumuzun hələ körpə çağındaykən arzu ilə yola çıxıb, fəqət onunla yoldaş ola bilməməsi... arzularımıza çəhrayı şüşələr arxasından baxmağımız... maksimalizm sindromumuz, mühafizəkarlıq prinsiplərimiz... fitrətimizdəki azadəliklə üzləşən məcburiyyətiin biri-birilə daban-dabana zidd durması və s. və i.a. olduğunu təxmin edə bilərik Gözəl şairimiz N.Həsənzadənin təbirincə, --

...Tale məni əzizləyir
Sığalı qapaz qarışıq;
Külək əsir, yağış döyür
Gələn qışdır yaz qarışıq...


misalı.

Belə isə, yəni fərdin təbiətilə ətrafdakı reallığın çulğaşması birincini bu kimi girdabla qarşılaşdırırsa, o zaman HƏQİQƏT öz törənməsi səbəbilə onu yaradan şəraitə nə dərəcədə minnətdar, ardınca isə sadiq ola bilər? NƏ ETMƏLİ?!? Yenə də bu əbədi bəşəri sual...
İndisə gəlin diqqəti hələlik nağılımıza verək. Nağıl dediyimiz də qəlbi, ruhu, əməli "Ənəlhəqq... Haqq mənəm -- Haqq məndədir..." deyən bir yaranmışın ağlından süzülən bilgilərinin işıqlı, rəngli, sevgi, qayğı dolu təsvirləridir.
İnsan real həyata gizli inancı olan nağıllar dünyasından qopub düşdüyündən, əslində şüuraltında reallıqla sonuna qədər heç cür "yollaşa bilmir". Bu üzdən də Onun hər zaman öz həqiqətləri, öz prinsipləri olur. Həyatın bu üzündə qarşılaşmağa məhkum (məhz) olduğu Əlahəzrət Faktlar onun Haqq dünyasında fırtınalar yaratmaya bilmir. Dübarə, nəzərə alsaq ki, həmin dünyanın əsası Haqqın və Günəşin verdiyi xəfifdən xəfif, saf, ən təbii zərrəciklərdən ibarətdir, o zaman həmin kəs üçün bu 2 dünyasından məhz 1-inin qalma hökmü məcburiyyət dərəcəsinə çatır. 1-ci yol onu real, 2-ci isə Haqdan verilən həyatından edir. İnancında daha güclülər 1-cini seçir və... real həyatdan elə realcasına da çəkilib gedir... Öz nağılına, öz həqiqətinə, öz ünvanına doğru...
Sükutu poeziyaya gətirən C.X.Cübran da axı "...ən güclü etiraz zəif və zərif qəlblərdən qopan etirazdır" deməyə bilməyib.
Burda isə nağıl bitir... çünki o artıq Həqiqətlə birləşmişdir... Öz Həqiqətilə. Xoşca qal, 5 daşı əlində fırladan, "yaratdım", deyən yaranmış.

Hörmətlə: Gülgəz NUR (Abbasova)


Paylaş



Bölmə: Köşə / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!