Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 4-09-2015, 13:18
Mənim idealım atamdır!
Günel Masayevanın atası Elşad bəyə ünvanladığı qürurverici təbriki Butov. az -ın oxucularına təqdim edirik:

Hər kəsin həyatinda örnək aldığı ideal insan obrazı var. Mənim idealım, örnək aldığım qəhrəmanım atamdır.
Gözlərimi dünyaya açdığım andan etibarən varlığını, sevgisini, qəlbinin hərarətini hiss etdiyim insan, ilk müəllimim, ən böyük dəstəkçim... İnsanın gələcək həyatını, verəcəyi qərarları və irəliləyəci yolu tapmağında əsas önəmli faktor valideynləri və onlardan öyrəndikləridir. Mən vicdanın, doğruluğun, ədalətin, haqqın nə olduğunu məhz atamdan və onun atdığı addımlardan öyrənmişəm. Və eyni zamanda dəfələrlə çox insandan necə zəhmətkeş, təmiz, düzgün, vətənpərvər və ədalətli atanın qızı olduğum həqiqətini eşitmişəm. Belə bir atanın övladı olmaq, mənim doğulduğum an qazandığım bir ərməğan idi ki, mən bununla hər daim fəxr edirəm və özümü minnətdar hiss edirəm. Eyni zamanda, insan üçün ən əhəmiyyətli duyğu olan azadlığın nə olduğunu və önəmini də mən atamdan öyrənmişəm. Heç bir zaman həyatımda sərhədlər, müdaxilələr hiss etməmişəm, əksinə düzgün yolu tapmaqda mənə yol göstərən, doğrunu əyridən ayırmağı öyrədən bir insan olub həyatımda. Daim məni dəstəkləyən, sevən, dəyərləndirən və qələbəmi, uğurumu gözləyən, mənə etimad edən bir insan. Elə bir insan ki, həyatını ailəsinə, Vətəninə həsr edəcək qədər fədakar, sevdiklərinə hər şeyin ən gözəlini təmin edə bilmək üçün gecə-gündüz çalışacaq qədər cəfakeş, qəbul etdiyi dəyərlərindən heç bir zaman heç bir şəkildə vazkeçməyəcək qədər iradəli və bir atanın ola biləcəyi qədər müdrik, uzaqgörən və ideal. Həyatımda sahib olduğum hər bir şey üçün mən sənə borcluyam. Məni mən edən dəyərləri mənə bəxş edən insan, uğurlarımın səbəbkarı, qəhrəmanım Atam, doğum günün mübarək! Atdığın hər bir addımda ulu Tanrı yardımçın olsun, atacan! Nə yaxşı ki, varsan və sənin qızınam. Çünki bu duyğunun mənə yaşatdığı fəxri, qüruru sözlərlə ifadə etmək mümkün deyil. Hər şeyə görə sonsuz təşəkkür edirəm!


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!