Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 1-12-2014, 10:03

 

SEVDİRƏ  BİLMƏDİN ÖZÜNÜ MƏNƏ ...

                                      YAQUT   ASLANOVA

Fəsillərin  arasında ən çox səni sevmirəm. Səbəbini  bilmirəm. Bəlkə də,  o qədər səbəb var ki, bilmirəm hansını deyim. Lakin, səni tam günahlandırmıram,  ola bilər  qismən  məndə  də  günah  var. Sənin  zamanında  bədbin oluram. Mən  də bunu  bilmək istəyirəm  niyə məhz səndə.  Ətrafıma ümidlə  baxa bilmirəm. Payız özünəməxsus ruhun  var . Bu ruh insanı  kövrək edir.  Sanki , ürək son baharda çox darıxır  ola bilsin,  yaz üçün  darıxır,  ya yeni yaşam  forması üçün , həyatında yenilik üçün darıxır. Payızda  daha çox  düşünmək  istəyirəm. Sakit mühit axtarıram. Pəncərəmin qarşısında  payızın  modelini  əks etdirən  rəsm  yoxdur.  Amma, hər gün  getdiyim yolun kənarında  qəribə payız  mənzərəsi var. O mənzərəni  görəndə səni  sevməməyimin səbəblərini  dərk edirəm. Mənzərə hər gün fərqli görünürdü  mənə. Əvvəldə ağac  yarpağı ilə  birgə çox məğrur və fərqli görünürdü. Payız , özünəməxsus qürurun var. Bax bu qüruru ona yaşadan ağac və yarpağın birgəliyi olur.  Lakin, zaman keçdikcə ağac mənzərənin şənini dəyişirdi. Çünki bilirdi ki , yarpağı ilə vidalaşmalıdı. Ağac  inadla  yarpağını saxlamaq istəyirdi , lakin hər gün bir yarpaq ondan ayrılmalı idi . Tənha ağac ... Ağac yalnız idi  . Buna baxmayaraq,  gözəl idi. Hər  keçən  gün yarpağını  itirirdi .  Yarpaq  düşdükcə ağac yalın qalırdı. İstəmirdi  ayrılsın  ondan , amma ayrılmalı idi. Tənha ağac , tənha  insan kimi idi .   Səhvi  var , ya yox  .  Bu vacib  deyil , əsas  odur ki , təbiətin  qanuna görə  o tək qalmalı idi .  Xaricdən gözəl idi . Yəqin, daxilində  qüsuru olub . Vaxt keçdikcə xaricinə də  baxmırdılar , yalqızlıqdan  zamanla  xarici də adiləşirdi.  Tənhalıq , gözəlliyinə kölgə salırdı . Ağac yarpağı   ilə , insan gülüşü  ilə  gözəldir . Nəinki  ağac, heç  insanda istəməz tənha olsun.  Payızda yarpaqlar mən  sevdiyim rəngdə olur  . Xoşum gəlir  o rəngdən. Yarpağa məxsusi fərqlilik  verir. Yarpaq  həmin  rəngdə  mənim üçün daha   gözəldir . Burasıda  var ki, yarpaq  ağacla  tamamlanır.  Ancaq , qaydadır son baharda  ağacdan ayrılmalıdır. Həm ağac ,  həm də yarpaq  yarım qalmalıdır . Budaqdan sallanır , amma  enmək istəmir.   Lakin , vaxt çatıb  ayrılıq  zamanıdır. Qopmalıdır  ağacdan... Bax bu ayrılığı yaşatdığın  üçün səni  sevmirəm, payız. Yarpaq  ağacda  məğrur idi,  tam idi . Lakin , yerə düşməlidir və ayaq altında  əzilməlidir. Bax bu əziyyəti  yarpağa  yaşatdığın  üçün səni  sevmirəm. Yarpaq  toplusu  yerdə  dağınıq  şəkildə  səpələnib... Ayağınla  ona toxunursan  və eşidilən  xışıltı  bu yarpaqların iniltisidir, ahu-zarıdır. Sənin isə əsas  musiqindir.  Hər kəs  payız nəğməsi  kimi  yarpaq xışıltısını  qəbul edib.  Bir də yağışın var sənin. Hər fəsildə  yağış yağır . Lakin yağış sənin əsas simvolundur.  Yağışını da insanlar  fərqli qəbul edir: kimi  çətiri,  sevdiyi, dostu ilə,  kimisi də tək, sadəcə telindən kədərli üzünə  süzülən damlalarla. Bəzən elə olur ki,  göz yaşı ilə  yağışın damlaları  qovuşur.  Sakit yağan yağış , onun göz yaşını  sakit durmağa qoymur. Bax bununda səbəbkarı da sənsən. Çox danlamayım  səni . Amma  deməliydim. Bilməliydin ki, sən də qıraqdan necə görsənirsən özgə gözü ilə. İndi bil  ki, niyə  çox  sevilmirsən. Günahın  yarısını  ətrafında  görürsənsə,  yarısını da  özündə  gör. Doğrudur sən dəyişilməyəcəksən. Eyni qalacaq hər şey. Lakin  mən  sənə istəməməyimin  səbəbini  dedim. Belə düşünürəm ki , insanlar da  payız kimi   nə  üçün sevilmirlər  sualının  cavabını  qismən özlərində  axtarmalıdırlar. Bəlkə də, özünsən hər şeyin səbəbkarı: tək  qalmağının , nifrət  obyekti  olmağının, insanların  səndən qaçmağının , sevilməməyinin. Ola  bilsin ki, bunların əsasında  özün durursan. Payız  tutduğum  iradlar  sənə  maraqsız  gəldi. Qəbul etməyə də bilərsən . Lakin , səni  sevənlər də  var. Mən  olmasam da, kimlərsə var. Səni  özün  kimi  qəbul  edən  və  ən əsası səndə xoşbəxt  olan ...

                                                         

                                                                            

 

                                              



Paylaş



Bölmə: Köşə / Karusel
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!