Milli Qəhrəmanın atası vəfat etdiBirinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Fazil Mehdiyevin atası vəfat edib.
Şəhid atası bu gün 82 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, polis zabiti olan F. Mehdiyev 1991-ci il sentyabrın 23-dən 24-nə keçən gecə Ağdamın Abdal-Gülablı kəndi istiqamətində şəhid olub.