İlham Əliyevdən Davos paylaşımı .....                        Hacıqabulda 14 ton qida yandı .....                        Türkiyədə dəhşətli yanğın: ölənlərin sayı 76-ya çatdı .....                        Akşenerin partiyasından istefa vermişdi: Ərdoğanın partiyasına qoşuldu .....                        Ümit Özdağ barədə həbs qərarı verildi .....                        İlyas İsmayılov komaya düşdü .....                        Vəzifəsinin ilk günündə məhkəməyə verildi .....                        Nazir məktəb direktorlarını topladı: tapşırıqlar verdi .....                        Prezident Davosda daha bir görüş keçirdi .....                       
Tarix : 20-11-2014, 16:07

                 

 Candan yanaq vətənə...

Firayə Allahverdiyeva 

   Vətən!!! Mənan  o  qədər  həssas  və  ucadır ki, beynimin  dərinliklərində  adınla  bağlı  olan  cümlələri  ifadə   etməkdə  çətinlik  çəkirəm. Vətənə məhəbbət  övladın  anaya  olan  sevgisinə  bənzəyir. Bəzən  ondan  inciyirsən, küsüb  gedirsən, uzaqlaşmaq  istəyirsən. Lakin, getdiyin  yerlər  belə, sanki səni  geri  dönməyə, küsdüyün vətəninlə  barışmağa  sövq  edir. Ana-Vətən  deyirik, yəni  anamız  qədər sevdiyimiz, sahibləndiyimiz , hər  qarış  torpağı  üçün canımız-qanımız  bahasına  vuruşduğumuz  məkandır, Vətən.
              Dünya  bu  qədər  pisliklərin  ətrafında  dövr  edərkən , insanlar   bir-birlərinə  yadlaşarkən, ünsiyyətdə  can  kəliməsi  bu  qədər  azalmışkən, düşündüm: Vətənə  olan  bağlılıq, sevgi  azalıbmı? Uzun  bir  müddət  beynimdə  bu fikirlər  dolaşırdı. O  günə  qədər ki, Mübariz  şəhid  oldu (fikirlə). İndi  fikirləşirəm   ki, heç  də belə  deyil. Vətəni  sevən, onu  qoruyan yetəri  qədər  insanımız  var və  olacaq da. Bu  günün  qəhrəmanlarından  danışarkən  Ramil Səfərovu  da  unutmaq  olmaz. Ömrünü, gəncliyini  vətənə   qurban  verən  oğullarımızdandır.Onun   həsrətindən  anası  vəfat  etdi. Bunlar  nə üçündür? Bütün  bunlar  az da olsa  zəhmətinə  bir  paydır.
    Xalqımı  mütəssir  edən ən  xoşagəlməz  vəziyyət-  Suriyaya  cihad  adıyla gedən Azərbaycan  millətinə  mənsub  gənclərin olmasıdır. Nəyin  cihadıdır  bu? Bizim  ölkəmiz  müharibə  şəraitində  deyilmi? Döyüşməkmi istəyirsən, əsgərliyə  könüllü  yazılıb  vətənə fayda  ver. Vətən  məhv  olarsa, cihad  deyib, uğrunda  ölümə  getdiyin  heç bir  ölkə  sizə sahib  çıxmayacaq. Hətta  meyidinizi  belə  qarğa-quzğun  yeyəcək.
   Candan  yanaq  vətənimizə. Hər  qarış  torpağına, suyuna, havasına, bərəkətinə, hər  nemətinə  candan  yanaq!!! Uğuruna  sevinək, kədərinə  üzülək. Xalq  şairi  Bəxtiyar Vahabzadənin  dediyi  kimi:
          Yüz-yüz itən, min-min  bitən  var
          Fəxr  etməliyik ki, bizdən  həm  əvvəl,
                                                     həm sonra  vətən var.
 Bəli  nə  yaxşı ki, vətən var. Vətənim  Azərbaycanda  özümü  çox  rahat,  təhlükəsiz  hiss  edirəm. Bu  gün  nə  şərq, nə  qərb  ölkələri  rahat  yaşama, firavan  həyat  sahələrində  Azərbaycanla  bir  müstəviyə  qoyula  bilməz. Dünya  ölkələrinə nəzər  salaq: Birində  təbii  fəlakət, xəstəliklər, digərində  daxili  qarşıdurmalar. Bu  saydıqlarımın  heç  biri vətənimdə  qabardılacaq, dünya  arenasında  böyük  miqyasda  problemə  çevriləcək  qədər  deyil. Gəlin  bir  olaq, bu vətənə  sahib  çıxaq. Ən  azından vəfat  etdikdən  sonra  vətən  övladıydı  desinlər. Çünki, yalnız  candan yandığımız  bu  vətən  canımızı  qoruyur, ona  sahib  çıxır. Vətənlə  qalın, onun  mənə, sənə  ehtiyacı  var, Sən  yetərki, Vətən  de!
Vətən  sənə  can  deyər…

 

 



Paylaş



Bölmə: Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!