Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                       
Tarix : Bu gün, 06:47
40 yaşlı fəlakət


40 yaşlı fəlakət

Bu gün Ukraynanın şimalında, Pripyat şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 40-cı ildönümüdür.
XX əsrin ən böyük texnogen fəlakətlərindən biri kimi tarixə düşən bu hadisə atom elektrik stansiyasında təhlükəsizlik sınağı aparılarkən baş verib. Reaktorun gücünün yoxlanılması məqsədilə keçirilən test zamanı ciddi texniki səhvlərə yol verilib, eyni zamanda təhlükəsizlik sistemləri bilərəkdən deaktiv edilib. Bunun nəticəsində reaktor idarəetmədən çıxaraq partlayıb.
Stansiyanın dördüncü enerji blokunda baş verən partlayış ətraf mühitə böyük həcmdə radioaktiv maddələrin yayılmasına səbəb olub. Partlayışın gücü Xirosimaya atom bombası atılması zamanı istifadə edilən bombanın təxminən 500 qatına bərabər qiymətləndirilir. Fəlakətin ilk günlərində partlayış, yanğın və yüksək dozalarda radiasiya səbəbilə 50 nəfər həyatını itirib.
Sonrakı illərdə isə radiasiyanın təsiri nəticəsində ölənlərin dəqiq sayı məlum olmasa da, müxtəlif hesablamalara görə bu rəqəm 50 mindən 100 minə qədər dəyişir.
Qəza nəticəsində Ukrayna, Rusiya və Belarus ərazilərində 145 min kvadrat kilometrdən artıq sahə radioaktiv çirklənməyə məruz qalıb. Hadisədən dərhal sonra stansiyanın ətrafındakı 30 kilometrlik zonadan 115 mindən çox insan təxliyə edilib. Ümumilikdə isə 586 min nəfər bu fəlakətin təsirlərini yaşayıb. Onların 200 mini qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlər, 116 mini birbaşa Çernobıl bölgəsində yaşayanlar, 270 mini isə Ukrayna və Belarusun radiasiyaya məruz qalmış digər rayonlarının sakinləri olub.
Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında azərbaycanlılar da fəal iştirak ediblər. Ümumilikdə 7 min azərbaycanlı bu prosesə cəlb olunub və onlardan 2 minə yaxını sonrakı illərdə müxtəlif xəstəliklər səbəbilə vəfat edib. Hadisədən sonra 2 mindən artıq azərbaycanlı uşaq müxtəlif sağlamlıq problemləri ilə dünyaya gəlib, bir çoxu isə doğuş zamanı həyatını itirib.
Çernobıl Atom Elektrik Stansiyası 2000-ci il dekabrın 15-də tam şəkildə fəaliyyətini dayandırıb.
Birləşmiş Millətlər Təşkilatı aprelin 26-nı Beynəlxalq Radiasiya Qəzaları və Fəlakətləri Qurbanlarının Xatirə Günü elan edib.


Paylaş



Bölmə: Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!