Sergey Markov Rusiyada xarici agent ELAN EDİLDİ .....                        Azərbaycan, Türkmənistan və Özbəkistan arasında sənədlər imzalandı .....                        Paşinyan Əliyevin dəvət olunduğu sammitə gedir .....                        Rusiya ilə Azərbaycan bu mövzuda RAZILIĞA GƏLDİ .....                        Zəngəzur dəhlizi ilə bağlı tarix AÇIQLANDI .....                        “Hər şey yaxşı olacaq” - Hökumənin atası .....                        Kəmaləddin Heydərov yeni rəis təyin etdi .....                        Bu yolda sürət həddi endirildi .....                        Prezident və xanımı kəlbəcərlilərlə bir arada - FOTO .....                       
Tarix : 26-04-2025, 10:28
Faciənin 39-cu ili: Azərbaycandakı Çernobıl əlillərinin sayı


Faciənin 39-cu ili: Azərbaycandakı Çernobıl əlillərinin sayı

Bu gün Çernobıl Atom-Elektrik Stansiyasında (AES) qəza baş verməsindən 39 il ötür.1986-cı il aprelin 26-da Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl atom elektrik stansiyasının 4-cü enerji blokunda yanğın baş verib. XX əsrin faciəsi adlandırılan bu hadisə ən böyük texnogen fəlakət olub.
AES-in dördüncü enerji blokunda baş verən partlayış nəticəsində ətraf mühitə çoxlu miqdarda radioaktiv maddə yayılıb. Partlayışın gücü vaxtilə Xirosimaya atılmış bombanın 500 misli qədərində olub. Fəlakətin ilk günlərində partlayış, yanğın və kəskin şüalanmadan 50 nəfər ölüb. Hadisə nəticəsində 7 minə yaxın insan həyatını dəyişib, 25 min nəfər güclü radiasiya nəticəsində ömürlük şikəst olub, on minlərlə insan isə sonsuz qalıb.
Bu dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycandan da xeyli sayda insan iştirak edib.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə hələ 1993-cü ildə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qəbul edilib, bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsi sahəsində mühüm addımların atılmasına başlanıb. Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi diqqət və qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial təminatının da ildən-ilə güclənməsinə imkan verib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, hazırda Azərbaycanda Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan 3 min 800 şəxs var.
Qeyd olunub ki, Çernobıl qəzası ilə əlaqədar əlilliyi olanlar iki qrupa bölünür:

Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslər (2 mindən çox şəxs);

Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər (1800-dək şəxs).

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən:

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər mənzil və avtomobillə təmin olunur;

Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslərə Prezidentin aylıq təqaüdü (orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (I dərəcə) 500 manat, 61-80 faiz pozulmasına görə (II dərəcə) 400 manat, 31-60 faiz pozulmasına görə (III dərəcə) 330 manat) ödənilir;

Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslər də Prezidentin aylıq təqaüdü (200 manat, I dərəcə gözdən əlilliyi olanlar 300 manat) ilə təmin edilir;

Hər iki qrupa aid əlilliyi olan şəxslərə əlilliyə görə aylıq pensiya və ya aylıq müavinət (əlillik dərəcələri üzrə müavinət hazırda müvafiq olaraq 270 manat, 220 manat, 150 manatdır) ödənilir;
Bütün I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər Prezidentin aylıq təqaüdü (100 manat) ilə təmin olunur;

Həmçinin hər iki qrupa aid əlilliyi olanların müalicəsi üçün hər il onlar birdəfəlik müavinətlə və Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqları, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan uşaqları aylıq müavinətlə təmin edilir.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!