"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 30-04-2026, 08:04
Araz üstü şəhərim, Naxçıvanım..


Araz üstü şəhərim,

Naxçıvanım...


Necə də doğmadır, necə də əziz.. Hər qarış, hər zərrə torpağı, bir damcı suyu, havası...Əsrlərdir adını qoruyan, əzəmətli diyarım...

Qurban olum torpağına, daşına,
Axar çaylarına, buz bulağına,
Badamlı, Sirabı, o saf suyuna.
Naxçıvan əzəldən belə diyardır,
Adını qorumuş bir laləzardır.


Qəhrəmanlıq tarixi, igid oğulları, qələmiylə şah-əsər yaradan şairləri, nəğməli bəstəkarları ilə iz qoyan Naxçıvan... Havanla solqulanan, suyunla, nemətinlə qidalanan, torpağında doğulub məhz elə torpağında ilk addımını atan neçə -neçə igid oğullar yetişdirdin, şairlər, bəstəkarlar yetişdirdin ki, qəlblərində sənə olan sevgilərini şairlərin misralara, bəstəkarların notlara tökdü... Doğma diyara neçə-neçə müdrik ifadələr işlənmiş, neçə-neçə əsərlər, bəstələr həsr olunmuş ki, sanki, şairlər, bəstəkarlar öz qəlblərində alışıb-yanan Naxçıvan sevgisini əks etdirmişlər. O sevginin heç də sönməyəcək bir atəş olduğunu, xatırlatmış, göstərmişlər!
Əcəmi-sənət çələngi,
Mirzə Cəlil söz nəhəngi,
Bəhruz-rənglərin ahəndi,
Hüseyn Cavid-söz çələngim,
Bəxş eyləyən vətəninə,
Heydər Babəktək öndəri
Naxçıvanım, Naxçıvanım!

Bir əsrin simfoniyası...Enişli-yoxuşlu hadisələr, tarixi anlar, tarixə iz qoyan qəhrəman oğulların və onların qəhrəmanlıq salnamələri, sanki, bir simfoniyanı , ahəngdar olaraq notların düzülüşünü xatırladır, və çətinliklərə baxmayaraq bir əsrdir öz varlığını laiqincə qoruyan Naxçıvan...igidlər, onlar ki, torpaq uğruna candan keçən oğullar!
Baxaq Haçadağa necədə əzəmətli duruşu var, Nuhçıxanın simvolu olması bir təsadüf deyil, əsrlərə, tarixə şahid “Haçadağ”.. Sarsılmaz qala, sarsılmaz Naxçıvanın sinvolu “Əlincə”..Hər qayasında, hər zərrəsində bir tarix yatan diyar..
Səndə tarixlərin çox nişanı var,
Hər daşın köksündə ox nişanı var.

Bəli, bu gün müasir Naxçıvanda belə tarix silinməmiş, yaşamaqdadır. Bu gün də, tarix öz izlərini qoruyur...Qədimdən də qədim şəhərimiz, tarix qoxan torpaq, özündə neçə-neçə hadisələri əks etdirib baxdıqda xəyallarda canlandıran, bizlərə də o tarixiliyi yaşadan abidələr... "Gəmiqaya", "Oğlan qala, qız qala", "Əlincə", "Fərhad evi", "Gülüstan", "Qarabağlar türbəsi" “Möminə Xatun” və.s
Bu gün artıq Naxçıvan qalib dövlətin bir parçasıdır, azaddır, hürdür! Əsrlər də keçsə, illər də keçsə, yenə də xalqı yumruqtək birdir! Bu gün Nuhçıxan, öz sözünü demiş bir Muxtar Respublikadır. Bir əsrdir Muxtariyyətini qoruyan diyar, Naxçıvan...Bu gün, əsrlərin, tarixin şahidi “Haçadağ”, “Əlincə”, bu torpaqlar, Nuhçıxan bir əsrin bitişinə, yeni-yeni əsrlərin gəlişinə şahidlik edir!

Qovmusan başından dumanı, çəni,
Toylu, büsatlıdı qoynunda hər yan.
Qəlbimdən süzülən bu şən nəğməni,
Sənə bəxş edirəm, doğma Naxçıvan!


Araz üstü şəhərim, günəşli diyarım! Necəki günəş Arazın üzərindən doğur və parlayır, səndə yaranışınla bir günəş kimi doğdun və parlayırsan, nəinki bir əsr, sən daim yaşa, var ol, hür ol, parla ey Qüdrətli Naxçıvan!
Nuray Qurbanlı (Nuray Qurban)
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin IV kurs tələbəsi


Paylaş



Bölmə: Mədəniyyət / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!