Tarix : 24-04-2026, 22:53
Söz səngərinin
cəngavərləriBir neçə il qabaq BDU Jurnalistika fakültəsinin tələbəsi kimi redaksiyamızda təcrübə keçən və maraqlı yazıları ilə çıxış edən Kənan Novruzov bu gün öz tələbələri ilə birlikdə Bütöv Azərbaycançılar ordusunun sıralarını genişləndirir. Biz də öz növbəmizdə qürur duyuruq ki, “Bütöv Azərbaycan” qəzetini sevən, onun səhifələrinə imza atmaqla fəxr edən tələbə-jurnalistlərimiz yetişir. Qəzetimizin 24 aprel 2026-cı il tarixli sayında BDU Jurnalistika fakültəsinin “Media iqtisadiyyatı” seçmə fənn qrupunun tələbələri
Qəmər Qurbanova, Aysun Hüseynova, Fatima Aslanova, Aləmzər İbrahimova, Fatimə Məmmədli, Selcan Əhmədli, Çinarə Tarverdiyeva, İlhamə Nurəhmədova, Mehriban Yariyeva, Aytən Atakişiyeva, Səmayə Səftərova, Qənirə Şamxal, Sevinc Yarməmmədova və Azər Abuşov müxtəlif mövzularda maraqlı yazılarla çıxış ediblər. Gənc tələbə-jurnalistlərimizə yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, belə gənclərimiz peşələrinə sədaqətlə sarıldıqca, mətbuata soxulmuş yaramazlar tədricən meydanı tərk edəcəklər.
Sizlərə sevgi və sayğılarla: Tamxil Ziyəddinoğlu
Paylaş
Bölmə: Tələbə sözü / Slayd / Xəbər lenti