Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 12-04-2026, 07:14
Dil tarixinə dair praktikum


Şakir ALBALIYEV,

Filologiya elmləri doktoru



Dil tarixinə

dair praktikum


Həmyerlimiz filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun universitet tələbələri üçün dərs vəsaiti məqsədilə “Azərbaycan dilinin tarixi” (praktikum) adlı kitabı (“Elm və təhsil”, 2025) işıq üzü görüb. Kitabın elmi redaktoru professor Nadir Məmmədli, rəyçiləri professor Sevil Mehdiyeva və dosent Təranə Şükürlüdür. Kitab giriş və 4 bölümdən ibarətdir. Təxminən 50 səhifəni əhatə edən girişdə müəllif geniş izahatlar verməklə Azərbaycan dilinin tarixi və metodologiyasına dair məlumatları ümumiləşdirib yazır: “Azərbaycan dilinin tarixi və metodologiyası (060201 – “Filologiya” ixtisası üzrə).
“Azərbaycan dilinin tarixi və metodologiyası” kursunun tədrisində başlıca məqsəd tələbələrə Azərbaycan ədəbi dili tarixinin, tarixi qrammatik quruluşunun keçib gəldiyi inkişaf mərhələlərini, dilimizdə baş verən fonomorfoloji, leksik-semantik, qrammatik dəyişmələri mənimsətməkdən ibarətdir.
Fənn üzrə tələblər:
1. Dilin tarixi vəziyyətini öyrənsinlər;
2. Azərbaycan dilinin tarixən mövcud olmuş fonetik, orfoqrafik, orfoepik və qrammatik (morfoloji və sintaktik) və s. norma qanunauyğunluqlarını mənimsəsinlər.
Mövzular
1. Dil tarixi təhlil predmeti kimi
2. Folklor dili və üslubu
3. Azərbaycan dilinin arxaik layı
4. Nitq hissələrinin (isim, sifət və sayın) formalaşması və inkişaf tarixi
5. Əvəzliyin inkişaf tarixi
6. Feilin inkişaf tarixi
7. Feil şəkillərinin formalaşması tarixi
8. Zərfin inkişaf tarixi
9. Köməkçi nitq hissələrinin formalaşması və inkişafı” (səh. 6).

Göründüyü kimi, alimin əsas məqsədi ali məktəbdə tədris etdiyi fənnin əsas proqram materiallarını təqdim etmək və bu əsasda fikirlərini sistemli şəkildə şərh etməkdən ibarətdir. Başqa sözlə, bu vəsait mühazirə materiallarını tələbələrə necə öyrətmək və başa salmaq üçün bir növ izahlı proqram sənədi rolu oynayan kitabdır. Belə ki, professor 30 mühazirə saatının olduğunu diqqətə çəkib, yazır:
1. “Azərbaycan dili tarixi qrammatikası” fənni, mövzusu və vəzifələri
2. Fənnin digər elmlərlə (ümumi dilçilik, müasir Azərbaycan dili, Azərbaycan ədəbi dili tarixi, Azərbaycan dialektologiyası, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan tarixi) əlaqəsi.
3. Azərbaycan dili tarixi qrammatikasının əsas mənbələri (Orxon-Yenisey, uyğur yazılı abidələri, ərəb əlifbasında yazılmış Azərbaycan dili abidələri, dialektlər və şivələr, müasir türk dilləri, qonşu dillər, Azərbaycan folkloru, toponimlər).
4. Azərbaycan dili tarixi qrammatikası fənnində istifadə olunan əsas tədqiqat metodu: müqayisəli-tarixi metod” (səh. 8).
Məhz bu cür sistemli ümumiləşdirmədən sonra professor İsmayıl Kazımov “Azərbaycan dili tarixinin qaynaqları” mövzusuna keçid edir və bunların aşağıdakı şəkildə ümumi səciyyəsini verir:
Şumer dili. Orxon-Yenisey abidələri. Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsəri. “Kitabi-Dədə Qorqud” dastanı. Azərbaycan şifahi və yazılı əsəbiyyatı. Onomastik vahidlər. Dialekt və şivələr. Qohum dillər. Qohum olmayan dillər. “Azərbaycan dilinin tarixi qrammatikası”, “Dil tarixi” kursunun bir qolu kimi. Tarixi qrammatikanın predmeti, obyekti, məqsəd və vəzifələri (səh. 9).
Bu minvalla professor İ.Kazımov fənnin əhatə etdiyi mövzu dairəsinin geniş icmalını verir. Göstərir ki, 1930-cu illərdə Bəkir Çobanzadə, daha sonra Əbdüləzəl Dəmirçizadə, Tofiq Hacıyev, Nizami Xudiyev kimi nəhəng alimlərimiz Azərbaycan ədəbi dilimizin tarixi ilə bağlı tədqiqatlar aparıb, əsərlər ortaya qoymuşlar.
İsmayıl Kazımov yeri gəldikcə keçilən mövzuya uyğun olaraq suallar və tapşırıqlardan ibarət cümlələri də tələbələrin diqqətinə çatdırır ki, bu da kitabın praktiki olaraq funksionallığını artırır. Həmçinin alim qeyd edir ki, “Azərbaycan dilinin tarixi qrammatikası” fənninə 15 saat mühazirə, 30 saat seminar dərsləri planlaşdırılmışdır. Bu minvalla professor ayrı-ayrı mövzular üzərində dayanır, Şumer dili (mətnlər) başlığı ilə verdiyi hissədə dərs saatlarını mövzu üzrə belə qruplaşdırır: “Müxtəlif qaynaqlar Azərbaycan dili tarixinin öyrənilməsində mühüm rol oynayır. Bunlar aşağıdakılardır: Şumer dili (mətnləri). Orxon-Yenisey abidələri. Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk”əsəri. “Kitabi-Dədə Qorqud” dastanı. Azərbaycan şifahi və yazılı əsəbiyyatı. Onomastik vahidlər. Dialekt və şivələr. Qohum dillər. Qohum olmayan dillər” (səh. 27).
Daha sonra bu mövzu ətrafında mövcud elmi mənbələrə üz tutur və mövzunun dərindən mənimsənilməsi istiqamətində konspektləşdirilmiş tezislər irəli sürür. “Orxon-Yenisey abidələri türk dillərinin, o cümlədən Azərbaycan dilinin tarixinin öyrənilməsindən ötrü ən mühüm qaynaqlardandır”, - deyən İ.Kazımov bildirir ki, “Bu abidələr şərqdə Sarı dənizdən qərbdə Macarıstanadək, şimalda Şimal Buzlu Okeandan cənubda Tibet yaylasınadək geniş bir ərazidə tapılmışdır.” Daha sonra isə bu abidələr haqda mühüm bilgiləri nəzərə çatdırıb yazır: “Orxon abidələri bunlardır: Ongin abidəsi, Gültiginin şərəfinə qoyulmuş abidə, Bilgə xaqan abidəsi, Tonyukuk abidəsi, Küli Çor abidəsi, Moyun çor abidəsi, Suci abidəsi və s.
Yenisey abidələri: 120 belə abidə qeydə alınmışdır”.
Alim Orxon-Yenisey abidəsində 18 samit səsin olmasını göstərir, saitlərin hansı sözlərdə işlənməsinə dair misallar çəkib, bir sıra leksik vahidlərdən də bəhs açır.
Daha sonra professor İ.Kazımov Mahmud Kaşğarinin “Divani-lüğət-it-türk” əsəri, “Kitabi-Dədə Qorqud” dastanı, “Şühədanamə” əsəri, Azərbaycan şifahi və yazılı ədəbiyyatı, onomastika (tayfa və yer adları), dialekt və şivələr, qonşu dillər və qohum dillər üzrə müvafiq bəhslərdə bunlardan Azərbaycan dilinin tarixi qrammatikasının öyrənilməsindəki mühüm qaynaqlar kimi söz açır.
Professor İsmayıl Kazımov praktikum materiallarının 1-ci bölümünü Azərbaycan dilinin diaxron fonetikası, 2-ci bölümünü Azərbaycan dilinin diaxron leksikologiyası, 3-cü bölümünü Azərbaycan dilinin diaxron morfologiyası və 4-cü bölümünü isə Azərbaycan dilinin diaxron sintaksisi üzərində qurub, əlavələr bölməsi ilə tamamlayır. Dilimizin tarixinin tədrisi metodikasına dair dəyərli bir kitaba imza atan professora yeni-yeni uğurlar arzulayıram.



Paylaş



Bölmə: Maarif / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!