Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
Tarix : 21-05-2026, 06:55
Şəhidlərimizin adını yaşatmağı özünə borc bilir..

Şəhidlərimizin adını yaşatmağı

özünə borc bilir..
.


44 günlük şanlı Vətən Müharibəsindən və doğma torpaqlara böyük qayıdışımızdan sonra hər kəs yurduna bacardığı qədər daha çox öz töhfəsini verməyə can atır. Elman müəllim də bir rejissor, sənət adamı kimi Vətənə xidmət yolunda həmişə əlindən gələni edib. Elə bu gün də həmin işləri davam etdirir.
Elman Rəhman oğlu Ağamalıyev 1966-cı ildə Neftçala rayonunun Bankə qəsəbəsində böyük, sadə bir ailədə dünyaya gəlib. Uşaq yaşlarından incəsənətə həvəsi onu Mədəniyyət mərkəzindəki həvəskar rəqs ansamblına aparıb. Elə yeniyetmə yaşlarından da müxtəlif tədbirlərdə kiçik rollarla çıxış etməyə başlayıb. Sonra hərbi xidmətə yollanıb. Xidmətini layiqincə başa vurub qayıtdıqdan sonra doğma rayonda “Bahar” adlı mahnı və rəqs ansamblının bir neçə il solisti olub. Müxtəlif ölkələrdə qastrol səfərlərində iştirak edib. Daha sonra Kalininqrad şəhərində teatr məktəbinə daxil olub. Ancaq sovetlər birliyinin dağılması ilə baş verən proseslər onun təhsilini yarımçıq qoyub. Vətənə qayıdan Elman müəllim bundan sonra şəhid ailələri ilə görüşməyə və onlarla bağlı filmlər çəkməyə başlayıb.
Elman müəllim Aprel döyüşlərinin iştirakçısı və 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmış Fizuli Süleyman oğlu Salahov, Aprel şəhidləri Əlizaman Fərrux oğlu İslamov, Rəvan İsmayıl oğlu Nurayev, Qarabağ müharibəsi qazisi, tibb bacısı Rüxsarə Cumayevaya həsr edilmiş filmlər kimi 10-dan çox ekran işinə imza atıb.
Qeyd edək ki, Elman Ağamalıyevin özünün də doğmalarından, ailə şəcərəsindən dörd nəfər şəhidi var. Qardaşı oğlu şəhid Rövşən Baloğlan oğlu Ağamalıyev haqqında illər sonra film çəkib. Qeyd edək ki, Rövşən 1993-cü ildə 16 yaşında Ağdamın Mərzili kəndində şəhid olub.

Əmisi nəvəsi İbrahim Möhsün oğlu Mənəfov 2018-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən atəşkəs rejiminin kobud şəkildə pozulması nəticəsində şəhadətə ucalıb. 23 yaşlı İbrahim Mənəfov hərbi xidmətə ali məktəbi bitirdikdən sonra yollanmışdı.
Bibisi nəvəsi Natiq İltifat oğlu Məmmədov İkinci Qarabağ müharibəsində Füzuli, Zəngilan, Laçın və Qubadlı istiqamətlərində rəşadətlə vuruşaraq şəhadətə ucalıb və 4 medalla təltif edilib.
Bir qohumu - Rafail Rüfət oğlu Fətullayev isə 2022-ci il sentyabrın 12-də antiterror əməliyyatı zamanı qəhrəmancasına şəhadətə ucalıb. Rəfail döyüşdə göstərdiyi şücaətə görə “Vətən uğrunda” medalı və III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Elman müəllim hazırda tanınmış bəstəkar Məzahir Səmədoğlunun rəhbərlik etdiyi studiada könüllü olaraq çalışır. Burada uşaqlar üçün “Şirin yuxular” verilişində operator olmaqla yanaşı, həm də o personajlardan birini - Tural adlı kuklanı səsləndirir. Onu da bildirək ki, Elman Ağamalıyev bir aktyor kimi “Ata ocağı”, “Nazlı taksi”, “Vaxtsız sevgi”, “Bal ayı”, “Satılmış ruhlar”, “Çarəsiz” kimi seriallarda, həmçinin Azərbaycan televiziyasının layihələri əsasında çəkilmiş bir neçə bədii filmdə epizodik rolları məharətlə oynayıb.
Elman müəllim deyir ki, işindən danışmağı yox, iş görməyi üstün tutub həmişə: “Bu günədək başqalarına özüm sual vermişəm. Amma indi baxıram ki, suallara cavab vermək nə qədər çətin imiş... Torpaqlarımızın işğaldan azad olunması ən böyük arzum idi. Sonra da gedib azad Şuşada torpağı öpmək... Şükür, Allah mənə onu da qismət elədi. Demək olar ki, azad edilmiş rayonlarımızın hamısında olmuşam. Bircə Kəlbəcər qalıb, inşallah, tezliklə onu da görmək nəsibim olar. Çox xoşbəxtəm ki, torpaqlarımız azad edildi, xalqımız Zəfər qazandı. Dünyanın ən gözəl bayrağı olan üçrəngli bayrağımız Şuşada, Qarabağda qürurla dalğalanır indi...”

Elman müəllim bir sənət adamı kimi çox kövrək insandı. Deyir ki, Prezidentimiz torpaqlarımızın azadlığı ilə bağlı xəbərləri deyəndə ağlamışam. Bəzən də sevincimdən durub rəqs etmişəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şəhidlərimizlə bağlı çəkiliş etməyi, nəsə bir iş görməyi özümə borc bilirəm: “Arzum budur ki, dünyanın heç yerində müharibə olmasın. Televiziyadan, radio dalğalarından heç vaxt şəhid xəbərini eşitməyək. Vətən, Qarabağ adına yeni layihələrimiz uğurlu olsun. Nə qədər ömrüm var, Allah şərəflə yaşamağı qismət eləsin. Hamı kimi, mənim də nəvələrim xoşbəxt olsunlar...”
Mina RƏŞİD


Paylaş



Bölmə: Mədəniyyət / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!