Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb .....                        Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq .....                        Şəhidin ata-anası dəm qazından öldü .....                        Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil .....                        Azərbaycanın BMT qurumları ilə yeni əməkdaşlıq modeli açıqlandı .....                        Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı .....                        Gürcüstan MDB sazişindən çıxdı .....                        İlham Əliyevə məktub yazmaq istəyirdim, Paşinyan qoymadı - Arayik .....                        Arayik məhkəmədə etiraf etdi: "Təəssüf edirəm.." .....                       
Tarix : 25-02-2022, 08:22
Vətən yolunda şəhid  olmuş Vətən sevdalısı

Vətən yolunda şəhid olmuş Vətən sevdalısı

Lənkəran rayonunun İstisu qəsəbəsində dünyaya göz açmış Zaur Kamil oğlu Ağalı çox qısa bir ömür yaşadı. Bu işıqlı dünyaya gəlməyi- getməyi cəmi 24 il çəkdi. Fəqət, Vətən, yurd sevgisi Zaura elə bir mənəvi ucalıq gətirdi ki, şərəfli ömür yolu Azərbaycan durduqca öz milləti üçün əbədi olacaqdır. Bu Vətən sevdalısı İkinci Qarabağ savaşında torpaq uğrunda canından keçməklə tarixin səhifəsinə öz adını ləyaqətlə yazdı. Belə də olmalı idi. Çünki anadan qəlbi işıqlı doğulmuş Zaur həyatının mənasını Vətəninin müqəddəsliyinə tapınmaqla yaşamaqda görürdü.
Zaur Ağalı 2014-cü ildə orta məktəbi bitirib Vətənə gərək olmaq, adamlara fayda vermək amalı ilə müstəqil həyata qədəm qoyur. Qəlbi sevdalı gənci yaşına uyuşmayan daxili böyüklüyü, mənəvi saflığı, qurub-yaratmaq həvəsi el obaya dərindən sevdirir. 2015-ci ildə ordu sıralarına gedir. Doğma Azərbaycanın qarşısında əsgəri borcunu vicdanla, ləyaqətlə yerinə yetirir, hər an Qarabağı işğal altında saxlayan murdar niyyətli erməni faşistlərinə qarşı amansız olmağa and içir. Ən əsası nümunəvi xidmət Zaurun Vətəninə, torpağına necə bağlı olduğunu tam sübut edir. Bununla həm də ailəsinə, Lənkəran elinə baş ucalığı gətirir.
Əsgərliyi başa vuran Zaur zəhmətdən yapışır. Hər işi, əməli ailəsinə, ətrafına, yurduna, millətinə sonsuz sevgidən yaranır. Qurub-yaratmaqla xoş güzəran keçirir, gözəl əxlaqı, insanpərvərliyi dillərdən düşmür. Bütün bunlarla bərabər erməni dığalarının xəyanətkar hərəkətləri Zauru həmişə düşündürür, elə işğal altında qalan Vətən torpaqlarının azadlığı naminə 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin tərkibinə yazılır. Və ön xətdə yerləşən hərbi hissədə düşməndən qisas almağa hazırlaşır...
Vətən müharibəsi başlananda Zaur Ağalı qeyrətli oğlanlar sırasında düşmənlə ölüm-dirim savaşına birinci atılır. Cəbrayılın, Füzulinin, Zəngilanın azadlığı uğrunda müharibə meydanlarında böyük şücaət göstərir. Döyüş yoldaşları ilə birlikdə yağıya vurduğu sarsıdıcı zərbələr hesabına hər üç rayonda Azərbaycanın üç rəngli qələbə bayrağı dalğalanır. Beləcə də, neçə-neçə döyüşdən zəfərlə çıxan igid əsgər oktyabrın 22-də şəhidlik zirvəsinə ucalır...
Bəli, Zaurun şəhidliyi Vətənə sevgidən, torpağa, yurduna olan sonsuz məhəbbətdən yarandı. Buna görə də onun adı qəhrəmanlıq simvoluna dönərək Lənkəranlıların dilindən düşmür. Dövlət tərəfindən igid əsgər ölümündən sonra “Vətən uğrunda”, Cəbrayılın və Qubadlının azad olunmasına görə medallarla təltif olundu.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü



Paylaş



Bölmə: Şəhidlər / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!