Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini vəfat etdi .....                        Həlledici an yaxınlaşır - Ukrayna təslim ola bilər .....                        Ceyhun Bayramov Fidana zəng etdi .....                        Ərdoğan Kobaxidze ilə danışıqlar apardı .....                        Türkiyədə helikopter qəzaya uğradı .....                        Mərkəzi Asiya ikinci Fars körfəzinə çevrilə bilər .....                        Ermənistan anklavları Azərbaycana təhvil verir? .....                        Abşeron kanalında balıqlar tələf oldu .....                        Suraxanıda bina yandı - ÖLƏN VAR .....                       
Tarix : 25-01-2021, 12:14
İqtisad Universitetinin şəhid məzunu - Böyükağa Şahverdiyev - FOTOLAR

Böyükağa Savalan oğlu Şahverdiyev... Vətən müharibəsinin şəhidlərinədn biri...

Butov.az Modern.az-a istinadən şəhidin qısa həyat tarixçəsini təqdim edir...

Əslən Cəbrayıl rayonundan olan Böyükağa 15 iyun 1998-ci ildə Biləsuvar rayonda məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində anadan olub. Böyükağa uşaq olarkən atasını itirib. Cəbrayıl rayon 10 nömrəli orta məktəbində təhsil aldığı müddət ərzində həmişə həmyaşıdlarından müsbət istiqamətdə seçilib.


Savadı və bacarığı ilə fərqlənən Böyükağa Şahverdiyev həm də Vətən sevgisi ilə alışıb-yanırdı. Daimi şüarı “Qarabağ, Cəbrayıl, Şəhidlər ölməz Vətən bölünməz” olub. O şüarları hazırda Şəhid otağındakı guşəsində də yer alır. Dəfələrlə nümunəvi addımlarına görə diplom və serfikatlara layiq görülüb.


Böyükağa 2015-ci ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat fakültəsinə qəbul olunub.

2019-cu ildə universiteti bitirib hərbi hissəyə yollanıb. Azərbaycan Silahlı Qüvvələrinin Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olarkən Vətən müharibəsi başlayıb.

Böyükağa Şahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Böyükağanın müharibədəki vəzifəsi minaatan olub. Çoxsayda düşmənin canlı qüvvəsinin və texnikasının məhv edilməsində iştirak edib.
Onda uşaqlıqdan Qarabağ sevgisinin yüksək olması bu ərazilərin dərindən öyrənin mənimsəməsinə böyük təsir etmişdi. Böyükağa Qarabağın coğrafi xəritəsini əzbər bilirdi və bu biliklərini döyüş zamanı çox dəqiqliklə tətbiq etmişdi.


Böyükağa Şahverdiyev 2020-ci il oktyabrın 8-də Füzuli rayonu istiqamətində gedən döyüşlərində qəhrəmancasına şəhid olub. Oktyabrın 9-da Biləsuvardakı “Cəbrayıl qəsəbəsi”ndə salınmış Şəhidlər Xiyabanında dəfn olunub.

Böyükağa Savalan oğlu Şahverdiyev Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən, ölümündən sonra "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin...




Paylaş



Bölmə: Şəhidlər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!