Xələfov Lavrovla regionu müzakirə etdi .....                        Ermənistan İranla hərbi təlimlərə başlayır .....                        Ziyafət Əsgərov iranlı həmkarı ilə görüşdü .....                        Masallıda narkotik əməliyyatı .....                        Nazir deputat seçilən xanımın yerinə onu təyin etdi .....                        Əfv Komissiyasında daha 100 müraciətə baxıldı .....                        Məhkəmə Afiyəddin Məmmədov barəsində qərar verdi .....                        Qırğızıstanda dövlət çevrilişinə cəhdin qarşısı alındı .....                        Sülh sazişi sərhəddə imzalansın! - Sabiq nazirdən təklif .....                       
Tarix : 17-03-2018, 22:21
Böyükağa Hacıyevi unutmayın


Bir neçə gün əvvəl səhər saatlarında internet portallarının birində oxuduğum xəbər məni çox sarsıtdı: "Azərbaycan futbolunda ağır itki...".

Gəlin, etiraf edək ki, tarixə adını yazmaq çox çətin işdir. Bunu yalnız özünün şəxsi keyfiyyətləri, işi, qazandığı uğurları ilə fərqlənənlər bacarır. Yəni Böyükağa müəllim kimilər...

Futbolalla az-çox maraqlanan hər kəs bu adı-Böyükağa Hacıyevi yaxşı tanıyır. Təcrübəli futbol mütəxəssisi fasilələrlə "Qarabağ"ın, "Araz Naxçıvan"ın çalışdırıcısı olub. Amma o, daha çox "Neftçi"nin baş məşqçisi kimi tanınıb. Elə məşqçi kimi karyerasına da bu komanda da fəaliyyəti ilə son qoyub. Böyükağa Hacıyev ağ- qaralarla çalışdığı müddət ərzində komandada güclü nizam-intizam yaradıb. Məhz onun məşqçiliyi dövründə "Neftçi" Avroliqanın qrup mərhələsinə düşərək, üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi olaraq futbol tariximizə adını qızıl hərflərlə yazıb. "Neftçi" üçüncü dəfə Azərbaycan çempionu olduqdan sonra jurnalistlərdən biri ondan bu barədə fikirlərini soruşur. Cavab belə olur: "Bu, mənim vəzifə borcumdur. Böyüdüləsi bir şey yoxdur. Bu gün Böyükağa müəllim ya işləyir, ya işləmir..."

...Böyükağa Hacıyevlə cəmi bir dəfə görüşmüşəm. O da təsadüfən. Nə iləsə bağlı AFFA-ya getmişdim, bir də baxdım ki, Böyükağa müəllim çöldə siqaret çəkir(o vaxt artıq "Neftçi"dən istefa vermişdi). Yanında keçəndə "salam, müəllim" dedim. Məni tanımasa da əl uzatdı, "Necəsən? Nə var, nə yox?" soruşdu. Bax, mən onda Hacıyevin necə səmimi bir insan olduğunu gördüm. Halbuki mətbuat konfranslarında iştirak edəndə, müsahibələr verəndə kifayət qədər ciddi və bəzən də aqressiyalı olurdu. Amma həmişə əminliklə danışardı. "Bu axşam biz udacağıq" deyərdi və çox vaxt da bu, doğru çıxardı. Hə, spesifik bir sözü də var idi Böyükağa müəllimin. Tez-tez "unutmayın ki..."ilə başlayan cümlələr işlədərdi. Unutmayacayıq, Böyükağa müəllim. Biz sizi, Azərbaycan futbolunun ensiklopediyasını heç vaxt unutmayacağıq...
P.S: Böyükağa müəllim və onun komandası heç vaxt təslim olmazdı. Saat yaramın son dəqiqəsinə kimi ancaq qələbə uğrunda çalışardılar. Məşqçi müsahibələrinin birində demişdi ki, məni öldürmək olar amma sındırmaq olmaz. Hamı gözləyirdi ki, Böyükağa müəllim yenə güclü rəqibə-ağır xəstəliyə təslim olmayacaq amma bu dəfə alınmadı...

Kənan Novruzov


Paylaş



Bölmə: İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!