Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                        Qərib sənətkar .....                        Sürücülərin nəzərinə .....                        “Xankəndi” kitabı işıq üzü görüb .....                        “Ədalət axtarma sən bu dünyada” .....                        Hava proqnozu- Əhalinin nəzərinə .....                        21 saatlıq danışığın sonu .....                       
Tarix : 24-08-2017, 12:50
Çox sağ olun, Qurban müəllim!


Xatirə İslamın ifasında "Qarabağ" futbol komandasına həsr olunmuş mahnını çox sevirəm. Həmin mahnıda müğənni belə deyir: "Gözləyirik, vur "Qarabağ"! Hesabını sor, "Qarabağ"! Meydan özü meydanlara, buna gücün var, "Qarabağ""!..
Bəli, gözlədik, izlədik və sevindik - "Qarabağ'' meydanlara meydan oxudu...


"Qarabağ"a həmişə inanmışam, o da çox vaxt mənim inamımı doğruldub. Bu dəfə olduğu kimi. Doğma vətəndə Danimarkanın "Kopenhagen" klubuna minimal hesabla (1:0) qalib gələn Ağdam təmsilçimiz səfərdəki cavab görüşündə əldə etdiyi sərfəli nəticə ilə (1:2) ümumi hesabda qələbə qazanaraq UEFA-nın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Əhsən! Təbriklər, "Qarabağ" və bütün Azərbaycan!

Demək olar ki, hər matçda özünün soyuqqanlılığını saxlamağa çalışan təcrübəli mütəxəssis Qurban Qurbanovun bu dəfəki sevinc göz yaşları nəzərimdən qaçmadı. Əlbəttə, bu göz yaşları təkcə qələbə yox, həm də tarixə imza atmaq göz yaşları idi... Axı indiyə kimi Azərbaycan futbol tarixində bu cür nailliyyət olmamışdı. Biz azarkeşlər televizor qarşısında belə sevinirdiksə, bir də onu təsəvvür edin. Çox sağ olun, Qurban müəllim! Bizə bu sevinci yaşatdırdığınız üçün çox sağ olun! Şəhərdəki izdihamlar, xoş sözlər, alqışlar...nəyə desən dəyərdi.

Qələbədən sonra bir insandan eşitdim ki, bu nəticə "Pirr qələbəsi" idi. Yəni məğlubiyyətə bərabər nəticə. Razı deyiləm. Əsla razı deyiləm. Bu qələbə qarabağlılara yaraşan əzmkar bir qələbə idi. İnanıram ki, biz hələ Qarabağın adı ilə bağlı çox qələbələr, xoş xəbərlər eşidəcəyik...

Dünən gecə komandamız təyyara ilə geri qayıtdı. Bütün saytlar, xəbər portalları da yazdı ki, "Qarabağ" geri qayıtdı. Hələ bir də Qarabağın geri qayıdacağına sevinəcəyik. Mütləq sevinəciyik...

Kənan Novruzov


Paylaş



Bölmə: Tələbə sözü / İdman / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!