Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 21-12-2020, 22:30
“Şəhid olduğu gün oğlumun həm də toy günü idi...” - Şəhid Süleymanov Həsənin anası


Vətən sizə oğul dedi!

Qəhrəmanlığın əsasını qoyan ilkin şərt vətənpərvərlikdir. 44 günlük Vətən müharibəsi zamanı neçə-neçə igidlərin, qəhrəmanların şəxsi rəşadəti Azərbaycan xalqının qəhrəman xalq olduğunu bir daha sübut etdi. Elə qəhrəmanı da yaşadığı mühit yetişdirir, Vətən seçir. Bu qəhrəmanların ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır.

Vətən qarşısında borcunu qətiyyətlə, əzmlə yerinə yetirərək torpaqları düşməndən azad edən igidlərdən biri də Həsəndir.

Süleymanov Həsən İsmayıl oğlu 1991-ci ilə avqustun 8-də Ağcabədidə dünyaya göz açıb. Həqiqi hərbi xidmətini snayper kimi yerinə yetirən Həsən 2020-ci il 29 sentyabrda səfərbərliyə cəlb olunub. Oktyabrın 26-da Qubadlı istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olub. Şəhidimiz Ağcabədi rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda medalı" ilə təltif olunub.

Şəhidimizin anası Süleymanova Sürəyya oğlunun kiçik yaşlarından sakit uşaq olduğunu deyir: "Uşaq vaxtı sakit və nümunəvi şagird olub, məktəbdə müəllimlər onun haqda yüksək fikirlərdə olublar. Evin tək oğlu olmasına baxmayaraq, dəcəlliyi yox idi. Hərbi xidmətə gedəndə də mənə təsəlli verdi ki, qayıdacağam, narahat olma. Amma qayıda bilmədi. Şəhid olduğu gün oğlumun həm də toy günü idi. Döyüş yoldaşlarından biri başsağlığına gəlmişdi. Dedi ki, məni xilas edib özü şəhid oldu. Çox ağlayırdı deyə ətraflı təfərrüatları öyrənə bilmədim. Bizdə vətənpərvərlik, Vətən eşqi irsidir. Həsən atasının əmisinin adını daşıyır. O da 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı şəhid olub. Deyirlər, ad sahibinə bənzəyər. Yəqin bizdə də belə olub"

Həsəni hərbi xidmətə yola salan ailə dostu Mehdiyev Rövlan deyir ki, Şəhidimizi 10 yaşından bəri tanıyır:"Həsən öz adı ilə fəxr edirdi. Körpə yaşlarından Vətənə bağlı bir insan olub. Hər zaman deyirdi ki, Şəhidlər xiyabanı tərəfə gedəndə kədərlənirəm, Ali Baş Komandanımız əmr versə, könüllü olaraq Vətən müharibəsində iştirak edəcəyəm. Həmin gün təsadüfən mən onlarda idim. Həsən tələsik qapıdan içəri daxil oldu, gözləri həm gülürdü, həm işıq saçırdı. Anasını çağırdı, hərbi biletini istədi. Mən yaxınlaşıb hərbi bileti nə üçün istədiyini soruşdum. Gülərək cavab verdi ki, gedirəm müharibəyə, gedirsən, gəl. Qeydiyyatdan keçəndən sonra Həsənin gözlədiyi gün gəldi. Çağırış vərəqəsi gəldi. Bu vaxtı Həsən sahədə imiş. Zəng edib evə çağırıblar. Atası İsmayıl kişi də məni çağırdı ki, Həsən cəbhəyə gedir, bizə gəl. Bir az oturmuşduq ki, Sürəyya xanım yemək gətirdi. Amma Həsən sevincindən süfrəyə də oturmadı, dedi ki, mən naharımı Qarabağda edəcəyəm. Həyat yoldaşını çağıraraq üzüyünü çıxarıb ona verdi. Evdən tələsik çıxıb hərbi komissarlığa yola düşdü .3 gün sonra hərbi hissəyə görüşə getdim. Hərbi formanı geyinmişdi. Mənə gülərək dedi ki, gözlədiyim gün gəlib, 2 günə Qarabağa gedirik. O, cəbhəyə getdiyi gündən cəsurcasına vuruşub. Arada danışanda deyirdi ki, məqsəd irəli getməkdir, narahat olmayın snayper fəaliyyətimi davam etdirirəm. Şəhid olmamışdan bir gün əvvəl danışanda dedi ki, sabah Qubadlının şad xəbərini sənə özüm verəcəyəm. Təəssüf ki, şad xəbər yerinə acı xəbərini eşitdim..."

Qeyd edək ki, Şəhidin Vətənə əmanət iki övladı qalıb: 4 yaşlı Hüseyn və 6 yaşlı Fatimə.

Günel ABBAS


Paylaş



Bölmə: Ana seife / Şəhidlər / Karusel / Slayd
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!