Ağdamda traktor aşdı - Xəsarət alan varAğdamda pambıq daşıyan traktor aşıb.
Hadisə rayonun Alıbəyli kəndində qeydə alınıb. Pambıqla yüklənmiş iki qoşqulu traktor idarəetmədən çıxaraq yol kənarına aşıb. Hadisə nəticəsində traktorçu Elman Temirov xəsarət alaraq Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.