Bakıdakı piyada keçidlərindən biri hərəkət üçün bağlanacaq
27 noyabr tarixindən etibarən "Çinarlı" yaşayış kompleksini Abay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyada tunellərinin tikintisi layihəsi üzrə mövcud yeraltı piyada keçidi layihədə nəzərdə tutulmuş avtomobil tuneli ilə kəsişdiyindən tikinti-quraşdırma işləri aparılması üçün piyadaların hərəkəti üçün bağlanacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Layihədə nəzərdə tutulmuş piyada keçidinin tikintisi başa çatdıqdan sonra piyadalar keçiddən istifadə edə biləcəklər.