Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 17-12-2020, 17:30
"Düşməni öldürmədən şəhid olsam, torpaq halalım olmaz" - Şəhid Məmmədov Məhəmməd


Bu günə qədər əsas məqsədimiz bizim üçün ən ağır problem olan Qarabağ münaqişəsinin həlli, işğal olunmuş torpaqların azad olunması idi. Vətən müharibəsi başlayan gündən müzəffər Azərbaycan Ordusunun Qarabağa doğru azadlıq yürüşünü hər birimiz böyük qürurla izlədik. Vətən qarşısında borcunu qətiyyətlə, əzmlə yerinə yetirən Azərbaycanın igid oğulları bu ali məqsədə nail olmağı bacardı. Qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlıqla döyüşlərə atıldığı Vətən müharibəsi dövrü xalqımızın qürur tarixinə çevrildi. Bu şanlı tarixi qanı ilə yazan şəhidlərimizdən biri də Məhəmməddir.

Məmmədov Məhəmməd Abbas oğlu 1998-ci il noyabrın 13-də Ağcabədi rayonunda dünyaya göz açıb. Həqiqi hərbi xidmətini Naxçıvanda keçən Məhəmməd, Vətən müharibəsi başlayan kimi sentyabrın 29-da könüllü olaraq cəbhəyə yollanıb. O, bu barədə evdəkilərə heç bir xəbər verməyib. Məhəmmədin könüllü getməyindən yalnız dayısının məlumatı olub.

Məhəmməd onu hərbi xidmətə yola salan dayısı Novruz Əliyevə ürəyində bir arzusunun olduğunu bildirib: "Mənə dedi ki, Şuşaya qədər gedib, o yerləri görmək istəyirəm. Özü gedə bilmədi, amma mən onun şəklini Şuşa qalasının yanında montaj etdirib otağından asdım. Şuşa azad olunan gün, bilmədim sevinim, yoxsa kədərlənim. Axı, o yerləri görmək Məhəmmədin də arzusu idi. İnanıram ki, onun ruhu indi Şuşadadır”.

Qardaşı haqqında danışdıqca göz yaşlarına hakim ola bilməyən şəhidin bacısı Rahilə hisslərini bircə cümlə ilə ifadə edib: "Qardaşımla fəxr edirəm, o mənim qəhrəmanımdır".

Əlizamin isə kiçik qardaşını belə xatırlayır:

"Məhəmməd balaca vaxtlarından çox zəhmətkeş olub, iş görməkdən yorulmazdı. Qardaşım orta məktəb dərslərində o qədər də uğurlu deyildi, amma Vətən məktəbini əla qiymətlərlə bitirdi."

Şəhidimizin anası Gülmirə Məmmədova oğlu ilə bağlı xatirələrindən ürək dolusu danışıb:

"Hərbi xidmətə getməzdən əvvəl Bakıda çörək zavodunda işləyirdi. Orada hər gün işçilərə verilən çörəkdən öz haqqına düşəni zavodun çıxışında gözləyən ana ilə oğluna verirmiş. Vətəni sevmək, həm də o Vətəndə yaşayan insanları sevməkdir. Məhəmməd millətinə qarşı da canıyanan biri idi.

Evdə oğlumun şəkillərindən ibarət köşə ayırmışıq. Hər səhər şəklinə baxıb onunla salamlaşırıq. Heç vaxt ona arxamızı çevirmirik. Hər gələn səsdə gözüm Məhəmmədi axtarır. Mənim üçün oğlum ölməyib. Bir yaralı yoldaşı hazırda hospitaldadır, onun sağalıb gələcəyi günü gözləyirəm. Mənə az da olsa, Məhəmməddən xəbər gətirəcək. Bir fotosunda erməni şəklini ayaqları altına alıb. Ona baxanda ürəyimdəki yanğı bir az da olsa soyuyur, təsəlli tapıram.

Hər dəfə danışanda ondan erməni leşlərini gördükcə iyrənib iyrənmədiyini soruşurdum. Deyirdi ki, əyilib üzlərinə də baxmırıq, sadəcə keçib irəli gedirik. İrəli getdikcə qalibiyyət hissi onu çox sevindirir. Yaşadığı çətinliyi mənə deməyi sevmirdi. Elə olub ki, günlərlə neytral zonada ac qalıblar. Amma heç birini bizə hiss etdirməyib. Yalnız onu deyirdi ki, mən gələcəyəm, qurbanlarımızı işğaldan azad olunan torpaqlarda kəsəcəyik.

Oğlum Füzuli rayonunu azad olunmasında fəal iştirak edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında da olub. Qubadlının 4 kəndi onun iştirakı ilə işğaldan azad olunub. Xoşbəxtəm ki, o torpaqların azad olunmasında övladımın da rolu var.

Hərbi xidmətə bizdən xəbərsiz gedib, elə bil o torpaqlara getmək üçün quş kimi uçurdu. Onu həmin yerlərə Vətən, torpaq sevgisi apardı. Mənimlə danışanda səsində o qədər xoşbəxtlik var idi ki, elə bil indicə telefondan çıxacaqdı…

Zənglərinin birində dostuna deyib ki, əgər mən erməni əsgərini öldürmədən şəhid olsam, yatdığım torpağı özümə haram bilərəm! Bu yolu Məhəmmədin alnına uca Allah yazıb. Hərdən balaca vaxtı ona deyirdim ki, dəcəllik etmə, adına layiq olmağa çalış. İndi o, öz adına nə qədər layiq olduğunu sübut etdi. Ən uca zirvəyə yetişib cənnətdə Məhəmməd peyğəmbərə qonşu oldu".

Anası Gülmirə xanım bizə oğlunun hərbi xidmətdə qeyd apardığı dəftərçəsini də göstərdi. Yazılanlar arasında bir qeyd xüsusi diqqətimi çəkdi. Vərəqdə "Tanrı, anamı nigaran qoyma" yazılmışdı.

Gözləri yolda qalan Gülmirə anamızın, indi bir istəyi var. O da övladının daim yaddaşlarda qalması, adının əbədiləşdirilməsidir. Axı, Məhəmməd kimi oğullar bu Vətəni öz anasından daha əziz tutdu. Bizim də Şəhidlər qarşısındakı borcumuz onları hər zaman yad etməkdir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə Məmmədov Məhəmməd Abbas oğlu "Vətən uğrunda medalı" ilə (ölümündən sonra) təltif olunub.

Qeyd edək ki, şəhidimiz noyabr ayının 7-də doğulduğu Ağcabədi rayonunun Şəhidlər xiyabanında torpağa tapşırılıb. Bu gün isə onun şəhid olmasından 40 gün ötür. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, ruhları qarısında baş əyirik!

Günel ABBAS


Paylaş



Bölmə: Ana seife / Şəhidlər / Xəbər / Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!