Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
Tarix : 16-12-2020, 14:04
“Azərişıq” ASC-nin 5 şəhid əməkdaşı vətən uğrunda medalına layiq görülüb

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Vətən müharibəsində iştirak edən 3 061 hərbi qulluqçunun “Vətən uğrunda” medalı ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən təltif edilənlər arasında “Azərişıq” ASC-nin Vətən müharibəsində şəhid olan 5 əməkdaşının da adı yer alıb.

Butov.az xəbər verir ki, ASC-dən Trend-ə verilən məlumata görə, Ali Baş Komandanın qiymətləndirdiyi “Azərişıq” ASC-nin şəhid əməkdaşları İbrahimov Atiq Ariz oğlu, Məmmədov Murad Yusif oğlu, Həbibi Şəhriyar Vidadi oğlu, Həsənli Elçin Vaqif oğlu və Hüseynli Əliheydar Səlahəddin oğludur.

Ölkə başçısının imzaladığı müvafiq sərəncamda deyilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçuları “Vətən uğrunda” medalı ilə təltif edilsinlər.
Ölkə başçısının bu Sərəncamı müzəffər Ali Baş Komandanımızın şəhidlərin ruhuna hörmət və ehtiramın parlaq ifadəsidir.

Çoxminlik “Azərişıq” ailəsi adından bu nəcib əməllərinə görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkür edirik.
Qeyd edək ki, sentyabrın 27-də əks-hücum əməliyyatları ilə başlayan 44 günlük Vətən müharibəsində “Azərişıq” ASC-nin 293 əməkdaşı iştirak edib. Onlardan 5-i şəhidlik zirvəsinə yüksəlib, 23-ü isə yaralanıb.

Səhmdar Cəmiyyət olaraq Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirik!
Yaşasın Azərbaycan, Yaşasın Müzəffər Ali Baş Komandanımız! Qarabağ Azərbaycandır!


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!