Faciəvi şəkildə ölən azərbaycanlı jurnalist vətəndə dəfn olundu .....                        Bakıda çoxmərtəbəli binada yanğın .....                        Müəllim məktəbliləri kəmərlə bağlayaraq döyüb? .....                        Təxribatçı jurnalist Ermənistana buraxılmadı .....                        Gürcüstanda plastik qab-qacaq qadağan olunur .....                        Ermənistan onu Rusiyaya təhvil verməyəcək .....                        Hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi .....                        "ARB TV" fəaliyyətini dayandırır? - RƏSMİ .....                        Paşinyan Ermənistanda 10 yeni məscid tikəcək .....                       
Tarix : Bu gün, 15:40
47 ilin həsrəti


47 ilin həsrəti

Az qala yarım əsrlik ayrılıqdan sonra 64-65 yaşlarında bir yerə yığışmışdılar. Qafan şəhər 4 nömrəli orta məktəbin 1978- ci il məzunları arasında elələri var idi ki, bu 47- ildə ilk dəfə görüşürdü. Duyğusal anlar yaşanır. Hamı görüşə tələsir. Görəsən bir-birini tanıyacaqlarmı? Onu görüş anında, görüşənlər bilər. Ahıl yaşlarında uşaqlıq illərini yada salan, sevinc göz yaşları axıdan bir qrup sinif yoldaşları. Ona görə bir qrup deyirəm ki, bu 47 ildə həyat onlara da öz sərt üzünü göstərmişdir. Vətəndən qovulmuşlar. Külək sovuran kimi hərə bir tərəfə səpələnib. Kimisi üzünü xarici dövlətlərə tutub, kimisi Vətən həsrəti ilə qovrulub, bu ağır dərdə dözməyib haqq dünyasına qovuşanlar da olub.

Bəlkə də elələri var ki, onun yaşayıb, yaşamasından heç birinin xəbəri yoxdur. Bu ağır zamanlarda əksəriyyəti öz valideyiyinlərini, əzizlərini itirib. Ancaq buna baxmayaraq həyat davam edir. Allaha min şükür ki, Ordumuzun gücü, şəhidlərimizin qanı bahasına, qazilərimizin vətən sevgisi sayəsində erməni daşnak ordusuna qalib gəlib, torpaqlarımızı işğaldan azad elədik. Artıq üçrəngli bayrağımız Vətənimizin hər yerində məğrur – məğrur dalğalanır. Elə bu bayrağın dalğaları altda Qafan şəhər 4 nömrəli orta məktəbin 1978-ci il məzunları 10 noyabr 2025-ci ildə “Ovqat” restoranında görüş keçirdilər.
Dünənin şagirdləri olan insanlar, uzun ayrılıqdan sonra, ahıl vaxtlarında bir araya gəldilər. Düzdür hamısı bir yerdə ola bilmədilər. Çünki ölkə xaricində yaşayanlar da var. Əfsuslar olsun ki, ürəkləri burda olsa da özləri bu görüşdə iştirak edə bilmədilər. Yurd həsrəti, qəribçilik insanların bir-birindən ayrı düşməsi bu gün bir araya gəlsələr də onları duyğulandırmışdı. Qəribə taleh idi. Dünən bir parta arxasında oturan uşaqlar bu gün bir-birini tanıya bilmirdilər. Bu da bir çox soydaşlarımızın başına gələn, mənfur qonşularımız olan ermənilərin törətdiyi hadisələrdən qaynaqlanırdı. Bəli belə bir görüş başladı. Fəqət Babayev Çingiz, Məmmədov İlham, İmanov Nəsib, Qəytərənov Adil, Yaqubova Nazilə, Məmmədov Tolik, Sevdimalıyev Rizvan, Camalova Rəfiqə, Ağammədov Mamed, Şirzadov Cəlal, Həfəmxanov Zöhrab, Məhərrəmov Məhyəddin, Tanrıverdiyev Bəxtiyar və Paşayev Şamoya bu görüşə qatılmaq nəsib olmadı. Allah hamısına rəhmət eləsin!
Görüşdə əvvəlcə Azərbaycanın himni səsləndi, şəhidlərimizin, dünyasını dəyişmiş müəllimlərin və şagird yoldaşlarının xatirəsi sükutla yad edildikdən sonra qrupun təsiscisi Asif Tahirov dedi:

Əziz sinif yoldaşlarım, bir şeyi sizə bildirmək istəyirəm ki, 10 oktyabr 2020-ci ildə Musa İsmayılov, Rövşən Camalov, Oktay Camalov və mən Qafan Pirimli icmasını yaratdıq. Sonra özümdə belə bir fikir yarandı. Nədən mən orta məktəb yoldaşlarımla bir qrup yaratmıram?! Çox düşündüm Şakir Dünyamalıyevə zəng eləyib fikirmi bildirdim, sağ olsun o da mənim fikrimə dəstək oldu, sizlərlə əlaqə qurmağa başladıq.
Təəssüflər olsun bir çox yoldaşlarımızdan heç kimin məlumatı olmadı. Amma buna baxmayaraq xoş bizim halımıza bu gün bir araya gələ bildik. Burada hamımızın əziyyəti olub. Elə buna görə də bu görüş tək bir nəfərin yox, hamımızın əməyi nəticəsində yaranıb. Bu münasibətlə hamınıza xoş gəlmisiniz deyirəm, hamınızı görüşümüz münasibəti ilə təbrik edirəm! Bir də xahiş edirəm, hərə bir məktəb xatirəsi danışsın. Amma özüm ikisin danışım...
Bilirsiniz ki, mən çox dəcəl olmuşam, kimya dərsində dəcəllik etdim İmaməliyev Ağalar müəllim böyrümdən yavaşca vurdu. Yalandan qışqırdım, yəni çöldə gəzmək üçün bunu edirdim. Dərsdən çıxanda uşaqlardan 30 qəpikdən pul yığırdım kolbasa çörək alıb uşaqlarla bölüşürdük. Şirin-şirin yeyərək evə gedərdik, heyif o günlər, adamın yadına düşəndə içi göynəyir.
Söz sinif nümayəndəsi Adilə Qasımovaya verildi.

Xoş gəlmisiniz, Allah sizləri qorusun! Allah sağlamlığımızı əlimizdən almasın deyən Adilə müəllimə xeyir-duadan sonra tövsiyə etdi ki, hər il bir görüş keçirilsin. Qaldı ki, xatirəyə heç yadımdan çıxmır. Beşinci sinfin Ədəbiyyat dərsliyində “Çapayev” şeri var idi. Həmin gün kəndə getmişdik, şeri əzbərləyə bilməmişdim. Bilirsiniz ki, mən əlaçı idim. Səhəri dərsə gəldim. Rəhmətlik Süvara müəllim 5-6 şagirddən şeiri soruşdu, heç kim bilmədi. Uşaqların hamısı bir ağızdan Adilədən soruşun dedi. Müəllim üzümə baxdı və məni anladı. Adilə bilir. Zəng vuruldu bu an dərsdən evə necə gəldimsə yemək yemədən həmin şeiri əzbərlədim. Hələ də nə o şeir, nə də müəllimimin humanist jesti yadımdan çıxır...
Şəkərov Zahid: Əziz sinif yoldaşlarım, nə yaxşı ki, görüşə bildik. Neçə vaxt idi ki, bu haqda düşünürdüm. Görəsən bizim sinfin uşaqları nə vaxt bir yerə yığışıb görüş təşkil edəcəklər? Sağ olsun Asif qardaşımız əlini bu ağır daşın altına qoydu və bu işin öhdəsindən gəldi. Deyirsiniz sinfimizdə ən yaxşı oxuyan Yucin, Adilələr və Maya idi. Ancaq biləsiniz ən yaxşı oxuyan Sahib ilə mən idim. Vinetkada da bir yerdəyik, burda da bir yerdə oturmuşuq.(zarafat)

Mehdiyeva Maya: Əziz sinif yoldaşlarım, bu gün bizim 64-65 yaşımız var. Bunun 47 ili həsrətdə keçib, yeddi ili körpəlik çağımızdır. Qayğısız, kədərsiz on il, orta məktəb illəri bizim yadaşmızdan heç vaxt silinmir. İnanın, mənə şagird yoldaşlarım tələbə yoldaşlarımdan daha doğmadır. Çünki körpəlikdən eyni yerin havasını udmuşuq, suyunu içmişik, çörəyini yemişik. Bu gün çox sevincliyəm nəhayət ki, sizinlə görüşdüm. Özümü Qafandaki kimi hiss etdim. Sinif yoldaşlarımızın əhatəsində olmaq başqa duyğu imiş. Bir də onu deyim ki, bu günkü tədbirimizin əziyyətini çəkən, bizim bu görüşü tarixləşdirən Şakir qardaşımıza öz minətdarlığımı bildirirəm.
Rafiq Məmmədov: Bu gün tarixi və sevincli bir gündür. 47 ilin həsrətinə son qoyuldu. Kaş 20-30 il əvvəl görüşərdik. Nə edək, qismət belə imiş. Əfsuslar olsun ki, sinfimizin medalisti Yucin qardaşım iştirak edə bilmədi. Sinfimiz yaxşı oxumaqla məktəbdə öncül yerlərdən birində idi. Adilə və Maya da qızıl medala namizəd idilər. Nədən qızıl medal almadılar bilmirəm. İnstitut yoldaşlarımla tez-tez görüşürəm. Ancaq sizlərlə görüşə bilmirdim. İndi o qədər sevincliyəm ki, danışa bilmirəm. Hamınızı gördüm. Bir də mənim ən böyük arzum Qafanımızda olmaq, belə bir görüşü, orada keçirməkdir. Bir də cızma-qara- “ Qafanım ” şeirimi sizlərə təqdim edirəm.
Bir tərəfin Xustub, biri Süsəndi,
A doğma Qafanım, doğma Qafanım.
Dağlarının başı dumandır, çəndi,
A doğma Qafanım, doğma Qafanım.


Varımız, yoxumuz göyə sovrulub,
Ürəyim həsrətdən yaman qovrulub,
Doğmaların ayrı düşüb, qovulub,
A doğma Qafanım, doğma Qafanım.

Yağılar əlində qalmısan indi,
Həsrətlə fikirə dalmısan indi,
Köksümə bir yara salmısan indi,
A doğma Qafanım, doğma Qafanım.

Neylədi düşmənlər sənə bilmirəm,
Sənsiz eynim açılmayır, gülmürəm,
Hələ yaşayıram, hələ ölmürəm,
Ay doğma Qafanım, doğma Qafanım.

Mənim yolum haqqın düzgün yoludur,
Rafiqəm ürəyim dərdlə doludur,
Nəslim, köküm ululardan uludur,
A doğma Qafanım, doğma Qafanım.


Siran Səmədova: Nə xoş halımıza ki, bir yerdəyik. Siz deyirsiniz 47 ilin həsrəti. Ancaq mən 54 ilin həsrətində idim. Axı mən 4-cü sinifdən sizdən ayrılmışam. Çox sağ olsun Asif qardaşımız, Şakir qardaşımız bu işin öhdəsindən layiqincə gəldilər, bizi bir araya topladılar. İnanın sevincimdən çox danışa bilmirəm. Həyəcandan dilim söz tutmur. Nə yaxşı ki, varsınız!
Muradova Adilə: Bu gün mən o qədər sevincliyəm ki, söz tapa bilmirəm. Məktəbdə də ancaq dərsə fikir verərdim. Əlaçı şagird idim. İnanın, bura gələndə hər on dəqiqədən bir saata baxırdım. Saat da getmir ki, getmir. Çox danışan deyildim. Məni müəllimlik öyrətdi, danışmağa.
Bilirsiniz ki, mən nənəmgildə qalırdım. Bir dəfə nənəm təqaüdünü alanda mənə 3 manat verdi ki, get özünə bantik al. Axı, həmişə saçımı hörüb yanıma atardı. Saçım heç vaxt açıq olmazdı. Mən də gedib Şölə müəlliməmə balaca bir “Krasnı Moskva” ətri aldım. Şölə müəllimə çox sevindi, mənim alnımdan öpdü. O gün-bu gün Şölə müəllimlə hər görüşəndə o günlər yadımıza düşür. Əfsuslar olsun ki, bir də o günlərə qayıda bilmirik. Vətəndən didərgin düşdük. Hər tərəfə yayıldıq. Uzun zamanlar bir-birimizlə əlaqəmiz olmadı. Şükürlər olsun bu günə.

Ulduz Hüseynova: Hər vaxtınız xeyir əziz sinif yoldaşlarım. Əziz bacı qardaşlarım, bu görüşümüz qoy daimi olsun. Sevincimin həddi – hüdudu yoxdur. O qədər sevincliyəm ki, bu gün qızların hamısını gördüm. Bir xatirə də mən deyim. Bir dəfə rəhmətlik Cümşüd müəllimin fizika kabinetində olduğunu bilmirdim. Sinifdə idim. Mahnı oxumağa başladım, bir də gördüm Cümşüd müəllim əl çalır. Utanıb tez çölə qaçdım. Heyif o günlərdən. Həsrət – həsrət geri boylanmaqdan başqa əlimizdən heç bir şey gəlmir. Mən arzu edirəm ki, bu görüşümüz axırıncı yox, axarıncı olsun.
İdris Camalov: Bir on-on beş gün olardı Asif mənə zəng etdi ki, qrup yaratmışıq. İstəyirsən səni də qrupa yazım. Dedim o nə sözdü?! Məmuniyyətlə. Çox sevincliyəm. Qənfilə, Zenfira ilə birinci sinifdən bir oxumuşuq. Hamınızı çox istəyirəm. Çox xarici dövlətlərdə olmuşam. Vətənimizdən gözəli yoxdur, millətimizdən gözəli yoxdur. Bizim adət ənənələrimizdən gözəli yoxdur. Şakir qardaş çox sağ ol ki, həm bizi tarixin yaddaşına köçürürsən, həm də musiqi ilə bizi əyləndirirsən. Sağ olun, var olun!
Quliyeva Zöhrə, Dadaşova Validə, Bağırova Sərfinaz, Mustafayev Çingiz, Bayramov Sahib, Quliyev Fərhad, Hətəmxanova Zenfira və Məmmədova Qənfilə də öz sevinclərini bölüşdülər.
Beləcə bir görüş də başa çatdı.











Qafan şəhər 4 nömrəli tam orta məktəbin 1978-ci il məzunlarının görüşünü qələmə aldı.
Xürrəm QAFANLI,
Azərbaycan Yazıçılar Birliyinin Üzvü Şair – publisist


Paylaş



Bölmə: Zəngəzur / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!