Cəlilabad sakini Bakıda dəm qazından öldü .....                        Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş... .....                        Şərif Trampdan İranla bağlı xahiş edib .....                        "Real" evdə uduzdu, "Arsenal" səfərdə qalib gəldi .....                        Ağdaban qətliamından 34 il ötür .....                        Küveyt hakimiyyəti: "Evlərinizdə qalın" .....                        ABŞ Bəhreyndəki vətəndaşlarına xəbərdarlıq etdi .....                        Rusiya və Çin BMT-nin Hörmüz boğazı ilə bağlı qətnaməsini blokladı .....                        Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər? - YENİ QAYDA - VİDEO .....                       
Tarix : 6-05-2025, 13:54
Doğum günün mübarək, dağlar oğlu...


Doğum günün mübarək, dağlar oğlu...

Az qala hamının şeir yazdığı bir vaxtda gözəl poetik nümunələrə rast gəlmək bəzən o qədər də asan olmur. Təəssüf ki, bəziləri yazıların keyfiyyəti yox, müəllifin kitablarının çoxluğuna qiymət verir, onu tərifləyir və göyə qaldırır. Amma bu bir həqiqətdir ki, əsl şairlərin kitabları az olur. Çünki onlar kitablarının sayını çoxaltmağı düşünmürlər, gözəl nümunələr axtarışında olurlar. Bu günlərdə belə dəyərli nümunələrin toplandığı bir kitabla tanış oldum. "Sənsiz də səndəyəm" adlı bu kitab 2002-ci ildə çap edilib. Kitabla ilk tanışlıqdan şeirlərin doğma havası məni özünə çəkdi. Söhbət yazıları ilə yenicə tanış olsam da, min ilin dostu kimi tanıdığım şair-publisist Nəsib Qaramanlıdan gedir. Dünyagörmüş, həyatın çox sərt eniş-yoxuşlarından keçən, yurd, ocaq həsrəti ilə sınağa çəkilən N.Qaramanlının şeirlərində bircə kəlmə belə ürəksiz yazılmış sözə rast gəlmədim.
Mən dağlar oğluyam, dağlar başında
Anam beşiyimi yırğalayıbdı.
Gül-çiçək ətirli dağların mehi
Həmişə saçımı sığallayıbdı.

Saçını sığallayan dağlara sonra həsrət qalacaqdı Nəsib müəllim. Gəlin elə bu yerdə onunla daha yaxından tanış olaq.
Nəsib Qaramanlı (Nəsib Nuru oğlu Məmmədov) 1956-cı il mayın 13-də Qaraqoyunlu mahalının Yanıqpəyə kəndində anadan olub. 1973-cü ildə Çaykənd kənd orta məktəbini, 1977-ci ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyat şöbəsini bitirib. Onun ilk şeiri 1975-ci ildə tələbə olanda "Sovet Ermənistanı" qəzetində dərc edilib.
1978-1979-cu illərdə hərbi xidmətdə olub, orduda "Za boyevuyu çest" qəzetinin alay üzrə müxbiri kimi çalışıb.
1980-1983-cü illərdə Çəmbərək rayonunda çıxan "Dostluq" qəzetində tərcüməçi-müxbir və rayon prokurorluğunda tərcüməçi işləyib.
1983-cü ildə Bakıya köçərək, 2 ildən çox burada yaşayıb və "Azərbaycan məktəbi" jurnalında çalışıb. 1986-cı ildə ata yurduna qayıdaraq əvvəlki iş yerlərində fəaliyyətini davam etdirib.
1988-ci ilin iyununda Gölkənd kəndində keçirilən antierməni mitinqinin təşkilatçılarından olub. həmin ilin dekabrında ata-baba yurdundan didərgin düşüb və Bakıda milli azadlıq hərəkatına qoşulub.
1988-ci ildə gizli çap olunan "Ata yurdu" qəzetinin naşirlərindən biri də o idi. Şeirləri "Sovet Ermənistanı", "Dostluq", "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət", "Ulu Göyçə", "Millət", "Vətən səsi" və s. qəzetlərdə, "Pioner", "Ulduz" jurnallarında, "Ədəbi İrəvan - 86" almanaxında dərc edilib.
1988-1994-cü illərdə "Vətən səsi" qəzetində xüsusi müxbir, şöbə müdiri, məsul katib işləyib, "Ulu Göyçə" qəzetinin yaradıcı heyətinin üzvü, "Millət" qəzetinin baş redaktorunun birinci müavini olub.
Onun "Qaraqoyunlu" və "Vurğun dünyası" adlı poemalarının da daxil edildiyi bir neçə kitabı işıq üzü görüb. Onu da əlavə edək ki, "Vətən səsi" qəzetində "Erməni mətbuatı nədən yazır" rubrikası ilə illərlə analitik yazılarla çıxış edən Nəsib müəllim bu gün düşmənin dilini (erməni dili) bilən sayca az olan ziyalılarımızdandır ki, onun qədrini-qiymətini bilməliyik. Oğlu Elvin İkinci Qarabağ müharibəsinin könüllü iştirakçısıdır və "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Yurd həsrəti N.Qaramanlının şair qəlbində bəzən tufanlar qoparır. Elə bu həyəcanla da, bəlkə doğum gününü belə unudan Nəsib Qaramanlıya yeni, neçə gözəl yaşlarında cansağlığı, uzun ömür, bir də vurğunu olduğu o dağlara qovuşmağını arzu edirik.

Mina RƏŞİD


Paylaş



Bölmə: Ədəbiyyat / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!