Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 2-04-2022, 08:45
Leyla İSMAYILOVA yazır: YAXŞILIQ ELƏ, PİSLİYƏ YAXIN DURMA..


Leyla İSMAYILOVA yazır:YAXŞILIQ ELƏ, PİSLİYƏ YAXIN DURMA...

Ömrünün səksəninci pilləsindən dünyaya boylanan bu müdrik insan doğma vətənim Azərbaycanın Qərb bölgəsindəki obalardan birində (Samux rayonunun Cırdaxan kəndində) yaşayır. Uşaqla uşaq, böyüklə böyük olan, çox mehriban, qayğıkeş, insanpərvər bir kişidir. Son illərdə vətəndən uzaqlarda yaşadığımdan arabir telefonla əlaqə saxlayıb, hal-əhval tutsam da, kövrək səsindən ağrı-acıları açıq-aşkar hiss olunan bu insanın nurani çöhrəsi gözlərimin qabağından heç vaxt çəkilməyib.
Dərdə-nisgilə, bir-birinin ardınca itirdiyi doğmalarının yoxluğuna sinə gərməklə, “səksənin” dizlərini qatlayan Sabir Qəmli dünyanın hər üzünü görüb. Cavanlıq illərindən halal ruzulu, yıxılanın qolundan yapışmağı bacaran, el-oba təəssübü çəkən bir şəxs kimi tanınan Sabir Qəmli ahıl yaşlarında da sayılıb-seçilən el ağsaqqalı kimi xətir-hörmət sahibidir.
Ömrünün ahıl çağlarında həyat onun sinəsinə çalın-çarpaz dağ çəksə də, taleyin amansız və qəfil zərbələrinə mətanətlə tablaşa bilib. Qəfildən gələn ölüm mələyi əvvəlcə sevimli oğlunu, sonra ömür-gün yoldaşını, bu yaxınlarda isə qızını əllərindən alıb. Ələmini-nisgilini öz içində boğmağa çalışsa da, gedər-gəlməzə üz tutan doğmalarının yoxluğu nisgilli baxışlarında bulud harayına dönüb onun.
Sabir Qəmlini bəlkə də həyata qırılmaz tellərlə bənd eləyən sözdür, ilahi söz! Söz onun nəzərində dərdin-ələmin məlhəmi, zülmətdə közərən işıq zərrəsidir! Adəm-Həvva zəmanəsindən üzü bəri Allahın bəşər övladına bəxş etdiyi Söz onun tapındığı, üzünü söykədiyi müqəddəs bir məkandır. Bu Tanrı payı ilə o, təkcə özünü ovundurmağa çalışmayıb, həm də tanıyıb-tanımadığı adamların dərdlərinə ilıq kəlmələrlə şərik olmağı ən savab iş hesab edib.
Birinci və İkinci Qarabağ Müharibələrində doğma övladlarını, qadınlar ərlərini, üzlərini doyunca görə bilmədikləri atalarını itirənlərə qələmə aldığı yazıları ilə arxa-dayaq olmağa çalışıb. Düşməni sonda diz çökdürüb xalqımıza, o cümlədən bütün türk dünyasına zəfər sevinci bəxş edən Milli Ordumuzun əsgər və zabitlərinin hünərlərini, vətən sevgilərini İlahi sözün qüdrətinə arxalanmaqla vəsf edib bu müdrik insan.
Qeyrət savaşında qarı düşmənlə son nəfəslərinə kimi döyüşərək, Şəhidlik zirvəsindən Tanrı dərgahına üz tutan ərənlərimizin şərəfli döyüş yollarından bəhs edib, onların vətən, yurd, torpaq uğrunda canlarını fəda etmələrini sözlə ifadə edib və ölkə vətəndaşı kimi dönə-dönə alqışlayıb!
Söz Sabir Qəmlinin tapındığı güvənc yeri, heç vaxt işığı öləziməyən ümid közərtisidir. Ömrünün ən müdrik çağlarında da qələmə-sözə üzünü söykəyib sabaha addımlayan el ağsaqqalının həyat eşqi bu yaxınlarda yazıb mənə oxuduğu aşadığıdakı bir şeirində də açıq-aşkari hiss olummaqdadır:

Öz gücünü hər yetənə göstərmə,
Çalış büdrəyənə arxa durasan.
Zəifləri tapdalamaq günahdır,
Kiminsə qəlbini niyə qırasan?

Yadda saxla, bu sözümü sən hər an,
Ağır olur yamanların cəzası.
El-obada yada düşmür heç zaman,
Pis adamın nə ələmi, nə yası...

Adam var ki, əzəl gündən dəyərsiz,
Yaxşılardır insanlığın naxışı.
Adam gərək bu dünyada qoyub iz,
Qazanmasın sağlığında qarğışı.

Sabir deyir, unudulmur yaxşılar,
Yamanları ömrüm boyu qınadım.
İnsanllığın ziynətidir xoş ilqar,
Hər könüldə işıq saçsın qoy, adım...

Sonda- “Yaxşılıq elə, pisliyə yaxın durma!” kəlmələri heç vaxt dilindən düşməyən Sabir Qəmliyə möhkəm cansağlığı, könül xoşluğu və həyatın zülmət dolu dolanbac yollarında uğurlar arzulayıram!

Leyla İSMAYILOVA


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!