Kanaldan tapılan meyitin kimliyi məlum oldu .....                        COP29 dialoqlarına həsr olunmuş film nümayiş edilib .....                        İlham Əliyev Rusiyaya getdi - FOTO .....                        Ötərxan Eltacın “SƏBRİN İNTİQAMI” adlı kitabı işıq üzü görüb. .....                        İranın İsraillə birbaşa qarşıdurma planları .....                        İsraildə terror - 1 ölü, 9 yaralı .....                        Mayis Bərxudarov vəzifəsindən azad edildi .....                        Qəzzada ölənlərin sayı 42 min nəfərə çatır .....                        Dövlət qulluğu imtahanı keçirilib .....                       
Tarix : 15-01-2014, 16:16
 Dünyanın faniliyi haqqında həyat dərsi

Yoxluğun bizi yaman üşütdü. Ha çalışsaq da qızına bilmədik yanan ocaqların istisinə...
Altmış il bundan əvvəl -oktyabrın 22-də Şamaxının Məlikçobanı kəndində Məhərrəm kişinin ailəsində dünyaya göz açan Mübariz Ağayev elə bir payız günündə də bu dünya ilə halal-hümbət eylədi.
O, keçmiş sovet ordusunun tərkibində Almaniyada hərbi xidmətdə olmuşdu. Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) tarix fakültəsini 1979-cu ildə əla qiymətlərlə başa vuraraq doğma kəndində müəllimlik etmişdi. Bilik, bacarıq və istedadı ilə seçilən Mübariz Ağayev 1987-ci ildən metodist müəllim olmaqla yanaşı, üç dəfə Azərbaycan müəllimlərinin qurultayına nümayəndə seçilmişdi. 1993-2000-ci illərdə Gülağa Ağayev adına Məlikçobanı kənd orta məktəbində direktor vəzifəsində çalışmışdı. Onun bu qocaman təhsil ocağına rəhbərliyi dövründə bir çox təqdirəlayiq işlər görülmüşdür ki, bunların sırasında təhsil müəssisəsinin həyətində ölməz şəhidlərimizin ruhuna hörmət əlaməti olaraq ucaldılmış abidə xüsusi yer tutur.
2011-ci ildən ömrünün sonunadək Şamaxı Rayon Təhsil Şöbəsinin metodisti kimi çalışan Mübariz Ağayev dəfələrlə fəxri adlara, təltiflərə layiq görülmüşdür.
Qurub yaratmaq eşqi, yaşadığı elin-obanın illərlə yığılıb qalmış problemlərinin həlli hər zaman onu narahat etmişdir. Bu səbəbdən də 2000-ci ildən pedaqoji fəaliyyətlə yanaşı, Məlikçobanı kənd bələdiyyəsinin sədri seçilməklə məsuliyyətli bir işi üzərinə götürmüşdü. Bələdiyyə sədri kimi də onun zəhməti danılmazdır.
...O gün bizim kəndə ağappaq qar yağmışdı. Sanki Mübariz müəllimin təmizliyinin, saflığının, ziyalılığının nuru səpələnmişdi aləmə. O gün Məlikçobanı kəndi nurlu siması, şux qaməti, ağıllı və təmkinli gözləri, məzəli, duzlu və bənzərsiz söhbətləri ilə yaddaşlara köçən Mübariz müəllimi torpağa tapşırırdı. Havanın soyuq, yolların qarlı olmasına baxmayaraq, onunla son görüşə yaxın-uzaq ellərdən çoxlu insanlar gəlmişdi. Gözüm xalam Gülgəzi - Mübariz müəllimin ömür-gün yoldaşını gəzirdi, istəyirdim təsəlli verim. Onu görmədim, yenə də həmişəki kimi, Sizdən çəkinib, bəlkə də haradasa xısın-xısın ağlayırdı...
Özümüzü dərk edib anlayandan dünyadakı bir çox yenilikləri ondan öyrənmişdik. Bizi bu işıqlı cahanı sevməyə çağıran, ürəyi dünya boyda geniş olan müəllimimizin son ayrılığı da bir həyat dərsi idi. Dünyanın faniliyi haqqında dərs deyərdim buna. Biz bu həqiqətin böyüklüyünü son anda dərk etdik.
Ötən ilin yayında onunla yaddaqalan bir görüşümüz oldu. Həyətlərində oturub şirin-şirin çay içdik, ürəkdolusu söhbət etdik. Kimlərdən söz açmadı? Tarixçi olsa da, dünya musiqisindən, ölməz bəstəkarlardan, onların bənzərsiz sənət incilərindən, kəndimizin dəyərli kişilərindən, böyük alimlərimiz Əlövsət Abdullayevdən, Qədim Mustafayevdən. Sonra dedi ki, unudulmaz müəllimi, coğrafiya elmləri namizədi Mirsahib Eyvazovla bağlı yazı hazırlamaq niyyətindədir. M.Eyvazovun böyük ziyalılığından maraqla danışdı. Çox təəssüf ki, o yazı da tamamlanmadı. Söhbət əsnasında altmış illik yubileyi ilə bağlı yazı hazırlayacağımı bildirəndə xahiş etdi ki, mütləq atası Məhərrəm kişiyə də o yazıda ayrıca yer ayırım. Gör dünyanın işinə bax, mən yazını qurtarmamış, onlar ata-oğul kəndimizin ən qədim məkanında - qəbiristanlıqda görüşdülər.
Onunla son telefon söhbətimiz də əlamətdar bir hadisə ilə bağlı idi. Ölkə başçısının sərəncamı ilə Mübariz Ağayevə “Əməkdar müəllim” adı verilmişdi. Həmin günlərdə nəvəsinin də xeyir işi var idi. Çox ürəkaçan, qürurverici bir söhbətimiz oldu.
Bəzən kimlərin əhatəsində yaşadığımızın fərqinə varmırıq, onların böyüklüyünü itirdikdən sonra dərk edirik. Son vaxtlar məni daha çox narahat edən yurdumuzun işıqlı simalarının beləcə qəfildən bizləri tərk etməsidir. Axı Mübariz Ağayev, Babayar Bəkirov, Nazim Qafarov kimi ziyalıların yetişməsi üçün qərinələr lazımdır. Bu insanlar bizim dünənimiz olduğu kimi, həm də sabahımızın daşıyıcılarıdırlar.
Mübariz müəllim, “Tanrıya ən böyük ibadət yeri (məscid) insanın ürəyidir” deyənlər yanılmayıblar. Ürəyim çox rahatdır ki, siz əbədi olaraq bu yurdun yaddaşında qalmaq haqqını qazanmışlardansınız. Bəlkə də, bundan sonra bu adı daşıyacaq uşaqlar doğulacaq. Amma mənim tanıdığım böyük ürək sahibi Mübariz Ağayevin adı bütün zamanlarda ən şirin kəlmə, ən həzin xatirə, ən kövrək duyğu kimi yaddaşdan-yaddaşa hoparaq bu yurdun ən sonuncu adamına qədər gedib çıxacaq.
Siz dünyaya mübariz, məğrur gəldiniz, elə bu cür də yaşadınız, son anda ölümə də baş əymədiniz, qürurunuzu yendirmədiniz. Allah Sizə rəhmət etsin, əziz müəllimim!

Sevimli şagirdiniz Abdulla Suvar







Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!