Silahımız yoxdur, amma insanımız var... .....                        Anar Mehdiyevə cinayət işi açıldı .....                        Ermənistanı Rusiyaya birləşdirən yol bağlandı .....                        Ukraynanın inkişafını Putinin gözü götürmədi .....                        İranda etirazçılar prokuroru diri-diri yandırdı .....                        Qonşunun pul və qızılını oğurlayan şəxs saxlanıldı .....                        Abidələrin siyahısına dəyişiklik edildi .....                        Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                       
Tarix : 20-07-2025, 20:22
Bakının tərəf müqabili Qum deyil, Tehrandır!


Bakının tərəf müqabili Qum deyil, Tehrandır!

İranın ali rəhbəri Əli Xamanei öz müşavirlərini əsasən Rusiyaya göndərir. O bu dəfə baş müşaviri Əli Laricanini Kreml sahibi Vladimir Putinlə görüşə göndərib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Laricaninin Putinlə görüşü İran rəhbərliyinin birbaşa tapşırığı ilə həyata keçirib. Maraqlıdır, görəsən ali rəhbər müşavirlərini Kreml sahibi ilə görüşə göndərəndə, məqsədi barədə Prezidenti məlumatlandırır?
Bunu politoloq Elxan Şahinoğlu deyib.
O qeyd edib ki, İran Konstitusiyasında əsas fiqur ali rəhbərdir:
"Ancaq axı İran Prezidentinə tabe olan xarici işlər naziri var və ölkənin xarici siyasətinə o cavabdehdir. Azərbaycana baxışda İrana paralel strukturlarının fərqini gördük. İranın xarici işlər naziri Abbas Araqçının çıxışlarında və açıqlamalarında Azərbaycana iradı olmazkən, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayət bir neçə gün əvvəl Pakistanın daxili işlər naziri ilə görüşdə ona Azərbaycandan şikayət edib. Bunun özü də maraqlıdır ki, müşavir Azərbaycanla bağlı “iradlarını” Pakistanın nazirinə niyə bildirib? Pakistan Azərbaycanın strateji tərəfdaşıdır və İslamabad Vilayətinin “iradlarını” təkrarlamayacaq. Görünür, Vilayəti ali rəhbərin Azərbaycanla bağlı “iradlarını” dolayı yolla Bakının diqqətinə çatdırmaq istəyib. Ancaq həmin “iradlar” məntiqsiz olduğuna görə, Bakı onlara əhəmiyyət verməyib. Bakının tərəf müqabili Qum deyil, Tehrandır.
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda İranın “Mehr” agentliyinə müsahibəsində İranla münasibətlərin yüksək səviyyədə olduğunu bildirib. İlham Əliyev buna misal olaraq İran Prezidenti Məsud Pezeşkianın Xankəndinə səfərini göstərib. Bu Pezeşkianın qısa müddətdə Azərbaycana ikinci səfəri idi. Həqiqətən iki ölkə Prezidenti arasında isti münasibətlər formalaşıb. Ancaq İrandakı mühafizəkarların bu münasibətlərə çomaq soxmağa çalışması da ortadadır. Bu dairələr Pezeşkianın Azərbaycana səfərini tənqid atəşinə tutublar. Onların “məntiqinə” görə İran Prezidenti Xankəndinə getməməli və İlham Əliyevlə səmimi görüş keçirməməli idi. Bax elə bu cür siyasətə görə, İran qonşu ölkələrlə sabit münasibətlər qura bilmir. Halbuki, Pezeşkiana mane olmasalar, o qonşularla sıx münasibətlərin formalaşdırılması tərəfdarıdır".


Paylaş



Bölmə: Siyasət / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!