ABŞ-də benzinin qiyməti 4 dolları ötüb .....                        ABŞ İrana quru qoşunları göndərməyi istisna etmir - Pentaqon rəhbəri .....                        “Fənərbağça”nın prezidenti qəzaya düşdü .....                        Bəzi yaşayış məkanlarının sakinləri hotellərə yerləşdirilib - RƏSMİ .....                        Rasim Balayevin yerinə onlardan biri seçiləcək .....                        Dəmiryol vağzallarında elektron siqaretlərdən istifadə edənlər cərimələnəcək .....                        Sirkə turşusu, siçan dərmanı - Bayram günləri zəhərlənənlər .....                        Azərbaycanda sabahdan balıq ovu qadağan edilir .....                        Şəkidə evdə partlayış - 2 nəfər xəsarət alıb .....                       
Tarix : 3-08-2021, 13:50
İranın yeni Prezidenti and içib


İranın yeni seçilən Prezidenti İbrahim Rəisi avqustun 3-dən vəzifə səlahiyyətlərinin icrasına başlayıb.
“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, avqustun 3-də İbrahim Rəisi 8-ci Prezident kimi Tehranda İmam Xomeyni məscidində and içib.
Andiçmə mərasimində İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei, prezidentlik müddəti başa çatan Həsən Ruhani, Ali Məhkəmənin sədri Möhsün Ejei, parlamentin sədri Baqer Qalibaf, Xarici işlər naziri Məhəmmədcavad Zərif, islam Respublikası ali liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əliəkbər Vilayəti, Milli Təhlükəsizlik Şurasının keçmiş katıbı, prezidentliyə keçmiş namizəd Səid Cəlili, keçmiş deputat, prezidentliyə keçmiş namizəd Əlirza Zakani, prezidentliyə keçmiş namizəd, keçmiş deputat Möhsün Mehrəlizadə, prezidentliyə keçmiş namizəd, Mərkəzi Bankın keçmiş direktoru Əbdülnasir Himməti, Silahlı Qüvvələrin komandanları və dövlətin başqa rəsmiləri də iştirak ediblər.
Qeyd edək ki, iyunun 18-də İranda növbəti, 13-cü prezident seçkisi keçirilib. İbrahim Rəisi seçkidə iştirak edən 28,6 milyon seçicidən 17,6 milyon nəfərinin səsini (61,95 faiz) qazanaraq qalib elan olunub. Xatırladaq ki, əvvəlcə İran prezidenti vəzifəsi uğrunda 7 namizəd mübarizəyə qoşulsa da, sonradan onlardan üçü namizədliyini geri götürmüşdü. Əsas mübarizə İranın məhkəmə hakimiyyətinin rəhbəri İbrahim Rəisi, Məsləhət Şurasının katibi Möhsün Rzai, İran parlamentinin vitse-spikeri Əmir Hüseyn Kazizadə-Haşimi, İran Mərkəzi Bankının keçmiş rəhbəri Əbdülnasir Himməti arasında gedib.
İranın hazırkı Prezidenti Həsən Ruhani ikinci müddəti tamamladığına görə seçkilərdə iştirak etməyib.


Paylaş



Bölmə: Xəbər / Siyasət / Dünya / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!