Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                       
Tarix : 18-02-2019, 13:39
İranın ali rəhbəri Təbrizə gəldi

Bu barədə İran KİV-i məlumat yayıb.
İranın ali rəhbəri ayətullah Seyid Əli Xamenei fevralın 18-də Şərqi Azərbaycanın mərkəzi Təbrizə səfər edib.
Bu barədə İran KİV-i məlumat yayıb.
İranın ali rəhbəri Təbrizə və Şərqi Azərbaycanın başqa şəhərlərinə 1978-ci il fevralın 18-də Təbriz hadisələrinin 41-ci ildönümü ilə bağlı səfər edib.
Qeyd edək ki, bu hadisələr “29 bəhmən” üsyanı da adlanır. 1978-ci ilin yanvarında İranın Qum şəhərində nümayişin dağıdılması zamanı polisin etirazçılara qarşı silah işlətməsi nəticəsində çoxlu sayda insan ölür. Bu hadisələrin 40-cı günü - 1978-ci il fevralın 18-də Təbriz əhalisi üsyana qalxır. Səhər tezdən şəhərin mərkəzinə tərəf hərəkət edən minlərlə təbrizli nümayişi dağıtmağa çalışan polisi qaçmağa məcbur edir. Hökumət tələsik nizami ordu qüvvələrini nümayişçilərə qarşı göndərir. Ordu hissələrinin Təbrizə yeridilməsi əhalinin qəzəbinə səbəb olur. Nümayiş böyüyüb üsyana çevrilir. Ziyalılar, tələbələr, ruhanilər, sənətkarlar, xırda tacirlər və sahibkarlar, fəhlələr və məktəb şagirdləri üsyanda iştirak edirlər.
Fevralın 19-da şah İranın digər bölgələrindən Təbrizə əlavə qoşunlar göndərir, üsyan amansızlıqla yatırılır. Həmin hadisələr zamanı 2 mindən çox üsyançının öldürüldüyü və yaralandığı bildirilir. Bu aksiyalar İran İslam İnqilabının əsl başlanğıc nöqtəsi sayılır. Hadisələrin mərkəzindəki qüvvələr ayətullah Xomeyninin deyil, ayətullah Seyid Məhəmmədkazım Şəriətmədarinin tərəfdarları olub.(report.az)


Paylaş



Bölmə: Siyasət / Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!