Rüfət Səfərovun məhkəməsində mübahisə - proses təxirə salındı .....                        Prospektdə hərəkət edən yük maşınının təkərləri yerindən çıxdı .....                        "TikTok"da söyüş söyən şəxsi həbs edildi .....                        Azərbaycan iki nəfəri bu ölkələrə təhvil verdi .....                        Turizmin təbliğinə 1,7 milyon manat ayrılır .....                        Ermənistan Azərbaycana rəsmi dəvət göndərir .....                        Vəzifəli şəxslərin 1,5 milyardlıq əmlakı müsadirə olunacaq .....                        Rubinyan AŞPA-nın vitse-prezidenti seçildi .....                        Bu nazirin 4 müavini olacaq .....                       
Tarix : 8-08-2025, 13:29
Qarabağ Universitetində yenilik


Qarabağ Universitetində yenilik

“Qarabağ Universitetinin özünün mütləq Ailə Sağlamlıq Mərkəzi (ASM) olacaq və burada həm ilkin, həm də ikinci, üçüncü səviyyəli səhiyyə xidmətləri göstəriləcək”.
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində klinikanın baş direktoru Samir Babayev deyib.
Onun sözlərinə görə, universitetin tələbələri ASM təcrübəsini, sadəcə klinikanın Ailə Sağlamlıq Mərkəzində deyil, Qarabağ regionundakı bütün ASM-lərdə keçəcəklər: “ASM təcrübəsi qazanmaq, ilkin səhiyyə xidmətinin parçası olmaq tələbələrimizin praktik imkanını artıracaq. Təbii ki, bizim fərqli bölümləri olan öz xəstəxanamız var, orada onlar kifayət qədər təcrübə qazanacaqlar. Amma ASM təcrübəsi, ilkin səhiyyə xidmətinin parçası olmaq tələbələrimizin praktik imkanını artıracaq.
Qarabağda – Bərdə, Ağdam, Laçın, Zəngilanda, Xankəndi və onun ətrafındakı ərazidə tibbi xidmət göstərən bütün ASM-ləri də tələbələrimizin təcrübə keçəcəyi yer kimi görürük. Bu yolla həm icmaya töhfə verəcəklər, həm də əla öyrənmək imkanlarından istifadə edəcəklər. Biz onları həmin mərkəzlərə tam hazırlıqlı göndərəcəyik. Simulyasiya mərkəzində öyrənəcək, öz xəstəxanamızda mütəxəssislərimizin nəzarəti altında öyrəndiklərini tətbiq etdikdən sonra ASM-lərdə işləyib orada həkimlərə kömək edəcəklər. Beləliklə, tələbələrimiz təcrübəsini ASM-lərdə icma ilə bərabər keçəcəklər. Bu, tələbələrimizin müstəqil həkim kimi yetişməsinə imkan yaradacaq. Onlar ASM-lərdə təcrübəli həkimin nəzarəti altında müstəqil işləyəcəklər”.


Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!