Türkiyədə zəlzələ oldu .....                        Tramp xalqa müraciət edəcək .....                        Cevdet Yılmaz Azərbaycana gəlib - YENİLƏNİB .....                        Aprel qələbəsinin 10-cu ili... .....                        Məhkəmədə diz çöküb yalvardı... - Hakim qanuni qərarla sevindirdi .....                        Zelenski Trampın elçiləri ilə videozənglə danışdı .....                        Siyəzəndə dəm qazı faciəsi: qadın hamamda öldü .....                        Sarkisyanın partiyası seçkidə iştirak etməyəcək .....                        Xamenei: "Ölkənin siyasəti dəyişməzdir" .....                       
Tarix : 5-08-2025, 14:22
Yeni komissiyanın ilk iclası - nələr müzakirə edildi...


Yeni komissiyanın ilk iclası - nələr müzakirə edildi...

Avqustun 5-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) “Terrorsuz Türkiyə” komissiyasının ilk iclası keçirilib.
Komissiyanın üzvləri qarşısında çıxış edən TBMM spikeri Numan Kurtulmuş deyib: “Cinayətkar təşkilatlar, o cümlədən “Paralel Dövlət” (FETÖ) terror təşkilatı ilə mübarizə istiqamətində atılan təsirli addımlar sayəsində Türkiyə bu gün öz inkişafının tarixi mərhələsində, milli təhlükəsizlik problemini tamamilə aradan qaldırmaq üzrədir”.
Onun sözlərinə görə, yeni parlament komissiyası türk xalqının iradəsinin təzahürüdür və on illərdir xalqın enerjisini tükəndirən problemə yeni yanaşmalar tapmaq istəyidir. TBMM spikeri terrorla mübarizə illərini “türk xalqı üçün ortaq ağrı və itki” adlandırıb. O əlavə edib: “Terror nəinki Türkiyə vətəndaşlarının həyatına son qoydu, həm də ölkənin gələcəyə olan ümidlərə zərbə vurdu. Türkiyənin inkişafının qarşısını almaq üçün cəhdlər edildi. Ölkəmiz terrorla üzləşməsəydi, bir çox layihə və proqramlar çox erkən həyata keçirilərdi”. O, terror probleminin Türkiyə dövlətinin gündəmindən çıxarılmasının bütün bölgədə bu təhlükənin aradan qaldırılmasına gətirib çıxaracağını vurğulayıb.
TBMM-nin 48 üzvünün daxil olduğu “Terrorsuz Türkiyə” parlament komissiyası qanunverici orqanın payız sessiyasının açılışına - oktyabrın 1-dək fəaliyyət göstərəcək. Onun vəzifəsi ölkədə terror probleminin aradan qaldırılması üçün qanunvericilik təşəbbüslərini inkişaf etdirməkdir.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!