ABŞ Azərbaycan qazı üçün dəhliz hazırlayır .....                        Ukrayna münaqişəsi ilə bağlı mühüm danışıqlar başa çatıb .....                        İran sualtı gəmilərini işə saldı .....                        Qrenlandiya ilə bağlı əmr: Döyüşə hazır olun! .....                        Ermənistana gələnlər gedənlərdən çox olub - 35 ildə ilk .....                        ABŞ bazalarına ölümcül zərbələr endirəcəyik - SEPAH generalı .....                        Dəm qazından ölən gənc şəhid əmisinin adını daşıyırmış - YENİLƏNİB .....                        Deputat partiya sədri seçildi .....                        Hardan baxsan şəffaf, tərtəmiz görünür… .....                       
Tarix : 5-08-2025, 16:52
İxtisas seçimində dələduzluq - Onlara inanmayın![


İxtisas seçimində dələduzluq - Onlara inanmayın!

Son illərdə ixtisas seçimi prosesi bəzi şəxslər tərəfindən kommersiya vasitəsinə çevrilib. Özünü “ekspert” elan edən, lakin bu sahədə nə peşəkar bilik, nə də psixoloji yanaşma qabiliyyəti olmayan şəxslərin təklif etdiyi yanlış istiqamətlər nəticəsində yüksək bal toplayan abituriyentlər bəzən istədikləri ixtisasa daxil ola bilmirlər və bu, onların həm təhsil, həm də gələcək karyerasına mənfi təsir göstərir.
Bu sözləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova deyib.
O qeyd edib ki, hazırda ölkəmizdə ixtisas seçimi üzrə rəsmi lisenziyalaşdırma və ya akkreditasiya mexanizmi mövcud deyil. Bu isə hər kəsin özünü "ekspert" kimi təqdim etməsinə zəmin yaradır:
“Halbuki, beynəlxalq təcrübədə – məsələn, ABŞ, Kanada və Avropa ölkələrində – ixtisas yönləndirilməsi və təhsil məsləhətçiliyi yalnız müvafiq ixtisası olan, akkreditasiyadan keçmiş məsləhətçilər tərəfindən həyata keçirilir. Bu şəxslər həm təhsil proqramlarını, həm də əmək bazarını dərindən bilirlər və məsləhətlərini yalnız nəticə əsaslı deyil, həm də abituriyentin maraqları, şəxsiyyət xüsusiyyətləri və uzunmüddətli məqsədləri ilə əlaqələndirirlər”.
G.Əkbərova onu da əlavə edib ki, düzgün informasiya və sadə təhlil bacarığı olan hər bir valideyn və abituriyent bu prosesi uğurla həyata keçirə bilər:
“Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi elektron sistem kifayət qədər şəffaf və funksionaldır. Əsas məsələ düzgün məlumatı əldə etmək və emosional deyil, rasional qərar verməkdir.
Düzgün ixtisas seçimi üçün valideynlər övladlarının ilk öncə maraq və bacarığına diqqət etməlidir. Yəni, Abituriyent hansı sahəyə maraq göstərir, hansı dərslərdə daha uğurludur? Bu, gələcəkdə davamlı motivasiyanın və peşəkar inkişafın əsasını qoyur”.
O həmçinin vurğulayıb ki, ikinci əsas diqqət yetirilməli məqamlardan biri isə əmək bazarının tələbatıdır:
“Hansı ixtisaslar əmək bazarında tələbat görür? Hansı sahələrdə artım, hansı sahələrdə isə durğunluq müşahidə olunur? Hətta düşünürəm ki, bu baxımdan əmək və əhalinin sosial müdafiəsi sahəsindəki statistika və beynəlxalq trendlər nəzərdən keçirilməlidir.
Seçilən ixtisas gələcəkdə magistratura və ya iş imkanlarını genişləndirirmi? Beynəlxalq tanınma varmı? Yəni bu suallara valideyn və ya abituriyentlər özləri kiçik bir araşdırma edərək cavab tapa bilər və ya etibar etdiyi, məsləhət ala biləcəkləri biri ilə danışa bilərlər.
Təbii ki, bunların hamısının əsasında isə abituriyentin topladığı bal ilə həmin ixtisasa keçid balı arasında uyğunluq varmı? Gələcəkdə qəbul ola bilməmək riski nə qədərdir? Bunları da bilmək vacibdir”.
Günay Əkbərova onu da diqqətə çatdırıb ki, valideyn və abituriyentlər bir neçə sadə göstərici ilə düzgün qərar verə bilərlər, sadəcə bu kontekstdə doğru məlumat mənbələrindən istifadə etməlidirlər:
“Əgər məsləhət almaq ehtiyacı varsa, bu zaman ya universitetlərin rəsmi məsləhət xidmətlərinə, ya da tanınmış təhsil ekspertlərinə müraciət olunmalıdır. Unutmayaq ki, ixtisas seçimi bir insanın həyat yolunu formalaşdıran əsas addımlardan biridir və bu qərarın qeyri-peşəkar “ekspertlərə” həvalə olunması olduqca risklidir.
Ən sonda isə bir tövsiyə: beynəlxalq təcrübədə uğur qazanmış abituriyentlər çox zaman valideyn təzyiqindən uzaq, öz güclü tərəflərini və maraqlarını anlayaraq qərar verənlərdir. Azərbaycanda da bu yanaşmanın yayılmasını arzulayıram”,- deyə o bildirib.


Paylaş



Bölmə: Təhsil / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!