Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 20-08-2013, 16:10
İNSANLIQ ETOLONU, YAXUD MÜQƏDDƏS YALAN


Vaxtilə haqqında xoş sözlər eşitdiyim həmkarım, Neftçala rayonundakı 1 saylı orta məktəbin tarix müəllimi Ağaqulu Əliyevlə bu günlərdə təsadüfən tanış oldum. Barəsində söylənilənləri - şagirdləri dərsdən kənar vaxtlarda ali məktəblərə qəbul imtahanlarına hazırlaşdırarkən imkansızlara tamamilə güzəştə getməsini, hazırlıqda iki övladı olan valideynlərdən onların yalnız biri üçün zəhmət haqqı qəbul etməsini minnətdarlıqla ona xatırlatdım. Səmimiyyət və təvazökarlıqla:
- Tək mən deyiləm, elə bəzi dost-tanışlarım da belə edir - dedi. - Bu hamımızın insanlıq borcudur. Həm də ədalət naminə deyim ki, rayonumuzdakı 2 saylı orta məktəbin xarici dil müəllimi Fiqumə Babayevanın ürəkaçan, xoş əməlləri yanında, bizim etdiklərimiz bəlkə də, heç nədir. Bəli, o, çox işlərdə yoldaşlarını qabaqlayıb. Təkcə birini yada salım. Neçə illər bundan əvvəl Əmraslanov soyadlı kasıb, qabiliyyətli bir şagird təhsil alırdı. Fiqumə müəllimə məktəbdən kənar vaxtlarda ona ingilis, fransız dillərindən müftə-müsəlləm dərs deyirdi. Lakin hələ bununla da kifayətlənmədi. Həmin şagirdin Azərbaycan dili və ədəbiyyatı fənlərindən əlavə dərs keçməsi xərcini də özü ödədi. Ancaq alicənablıq üzündən bunu, demək olar ki, hamıdan, ilk növbədə yeniyetmədən gizli saxladı. Şagirdi inandırdı ki, güya ona burada da pulsuz dərs keçirilir. Bu yolla yəqin ki, müəlliminin ikiqat xərcə düşməsindən sıxıntı, çəkməsini istəmədi. Haqqında danışdığım oğlan artıq ali təhsillidir. Ancaq Fiqumə müəllimənin belə misilsiz fədakarlığını heç indi də təsəvvürünə gətirə bilməz. Həmin məsələ o iki müəllimlə mənim aramda pünhan qalır...
Bu söhbəti eşidərkən ixtiyarsız olaraq çox şeyləri xatırladım. Əvvəlcə Həzrəti Əlinin "Sağ əlin verdiyini sol əl bilməsin" tövsiyyəsi, sonra dahi şairimiz Səməd Vurğunun "Soyuq məzara da ziynətdir insan" misrası, daha sonra el arasında deyilən, yaxud deyilməsi məqbul olan "Müqəddəs yalan" ifadəsi yada düşdü. Sonuncu yazının yeri gələndə, necə böyük məqsədə, ülvi amala xidmət etməsi elə yuxarıdakı konkret faktın tisalında da aydın görünür. Həmçinin zəruri, humanist məqamlarla bağlı ayrı-ayrı sirin üstünün açılması da.
Ağaqulu müəllim məsələdən agah olanların sayının məhdudluğunu eyhamla, məntiqi vurğu ilə demişdi: yəni xəbəri yayma, bu barədə kiməsə söhbət açmaq lazım deyil. Mən isə ictimai dəyərini, böyük son dərəcə böyük tərbiyəvi əhəmiyyətini nəzərə alıb, nəinki bu barədə danışmaq, hətta, qətiyyətlə yazmaq, onu çap etdirib yaymaq qərarına gəldim. Belə güman edirəm ki, hörmətli həmkarlarım, eyni zamanda sevimli oxucular da niyətimi düz başa düşər. Bəli, həyatın müxtəlif sahələrində imkanı olanları, ilk növbədə repitotorları böyü, nəcib və pak əməllərə, iri hərflə yazılası insanlığa çağırışdı bu.

Mahmud Mahmudov,
Bakı Dövlət Universiteti
jurnalistika fakültəsinin dosenti


Paylaş



Bölmə: Ədəbiyyat / Köşə / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!