Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
Tarix : 11-10-2013, 17:50
Həbsdə olan jurnalist Elman Maliyev qələm əhlinə müraciət etdi



Həbsdə olan jurnalist Elman Maliyev qələm əhlinə müraciət etdi: “Sizdən bir ricam var”

2010-cu ildə həbs edilən və 5 il müddətinə azadlıqdan məhrum edilən “Ekspress” qəzetinin sabiq əməkdaşı Elman Malıyev jurnalist həmkarlarına müraciət edib.

Həbsxanada “movqe.az” saytının əməkdaşına müsahibə verən Elman Maliyev qələm əhlindən ona dəstək vermələrini xahiş edib:

"Mən Əfv Komissiyasına bu günlərdə əfv olunmağım üçün müraciət etmişəm. Amma həmkarlarımdan da rica edirəm bu məsələdə mənə dəstək olsunlar. Bizim həmkarımız sayılan, hazırda millət vəkili olan Elmira Axundova bir dəfə Əfv Komissiyasına mənim üçün müraciət edib. Həmkarlarımdan da mənə bu istiqamətdə dəstək olmalarını rica edirəm. Onlardan da xahiş edirəm ki, Əfv Komissiyasına müraciət etsinlər. Allah heç birinin yolunu bura salmasın. Bu həyatdır. Mənim də günahım olub. Amma günahsız qul yoxdur deyirlər. Böyük Allah da günahı olan qullarını bağışlayır. İnanıram ki, məni də bağışlayarlar. Həmkarlarıma, söyləyin ki, onların dəstəyinə böyük ehtiyacım var”.

Butov.az Elman Malıyevin müsahibəsini təqdim edir.

- Sizi burda, məhkumların arasında görmək mənim üçün çox ağır oldu. Düzü taleyin bizi burda qarşı-qarşıya gətirəcəyi ağlıma belə gəlməzdi. Bir vaxtlar kriminal sahənin ən opeativ jurnalisti necə oldu ki, özü dəmir barmaqlıqlar arasına düşdü?

- Bu taleyin qismətidir. Heç mənim özümün də ağlına gəlməzdi ki, nə vaxtsa bura, həbsxanaya düşəcəm. Amma oldu (kövrəlir Az keçmir ki, özünü yenidən ələ alıb söhbətini davam etdirir). Hardasa mənim də günahımın olduğunu etiraf edirəm. Amma ürəyiyumşaqlığım da başıma bəla oldu. Bu barədə artıq danışmaq istəmirəm.

- Sizi Cinayət Məcəlləsinin hansı maddəsi ilə təqsirli biliblər?

- Cinayət Məcəlləsinin 178.2.2 dələduzluqla.
-Neçə il azadlıqdan məhrum edilmisiniz?

- 5 il demək olar ki.

- Cəzanızın nə qədərini çəkmisiniz?

- 2010-cu ilin iyun ayının 6-dan həbs olumuşam. 3 il 4 ay gedib, qalıb 1 il 7 ay.

- 3 ildən çoxdur ki, tikanlı məftillər arxasındasız Elman müəllim. Bu qədər müddət azadlıqdan məhrum olmaq nələri yaşatdı sizə?

- Əlbəttə, asan keçmədi bu illər. Qələm adamı üçün, bir jurnalist üçün xüsusilə ağırdır həbsxana həyatı. Ailədən, övladlarından, dost-tanışlarından ayrı qalmaq, onlarsız yaşamaq məcburiyyətində qalmaq çox çətindir. Amma görünür bu da taleyin bir qismətidir. Qismətdən qaçmaq olmaz deyirlər. Mən də qaçanmadım. Hardasa günahım da oldu, amma ürəyiyumşaqlığım, tanımadığım bir insana inanmağımın sonu belə oldu.

- Ailənizdən söhbət düşmüşkən evdən kimlər gəlir sizin görüşünüzə?

- Həyat yoldaşım, uşaqlarım. Ayda bir dəfə görüşümə gəlirlər.

- Neçə övladınız var?

- Dörd, üç qız bir oğlan.

- 3 il həbsxana həyatında ailənizdə nələr dəyişdi?

- Oğlum həqiqi hərbi xidmətə getdi, qızım ailə qurdu, nəvəm dünyaya gəldi.

- Bütün bu yeniliklər sizsiz baş verdi. Ailə başçısı olmadan bütün bunları yaşamaq ailəniz üçün çətin olmadı ki?

- Əlbəttə çətinlik olmamış deyil. Amma sağ olsun ailəm məni tək qoymadı. Oğlum tez-tez yanıma gəlirdi.

- Neçə illər jurnalist kimi mətbu orqanlarda çalışmısınız. Həmkarlarınızdan sizi xatırlayan, yada salıb görüşünüzə gələn varmı?

- Var, sağ olsunlar. Məni yada salan dostlarım, həmkarlarım var. Ekspress qəzetindən İbrahim müəllim, Qalib İbrahimoğlu, Elşən Balaxanlı, APA-dan Pərviz də məni yada salırlar. Hətta Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Əfrayım Təhməzov, Ramilla Allahverdiyeva mənə böyük mənəvi dəstək göstərirlər.

- Etiraf edim ki, sizi yada salmayanlar sırasında mən də varam. İncimisiniz yəqin bizlərdən...

- Yox yada salan da sağ olsun salmayanlar da, həmkarlarım mənim üçün əzizdirlər.

- Burada nəyə ehtiyacınız var?

- Ancaq mənəvi dəstəyə. Ancaq, başqa heç nəyə.

- Özünüz də dediniz ki, xüsusən jurnalist üçün həbsxana həyatı çox çətindir. Burada bu çətinliyi unutmaq üçün nə edirsiniz?

- Deyim ki, bu cəzaçəkmə müəssisəsində əvvəllər vəziyyət heç də ürəkaçan deyildi. Amma Penitensiar Xidmətdə aparılan islahatlar səmimi deyirəm ki, çox böyük dəyişikliklər edib cəzaçəkmə müəssisələrində. Mənim cəza çəkdiyim 17 saylı cəzaçəkmə müəssisəsində vəziyyət çox yaxşıdır. Həm şərait, həmçinin də məhkumlara münasibət. Hazırda cəzaçəkmə müəssisəsinin rəisi Elçin Əlicanov, onun müavini Eldəniz İsgəndərov ciddi nəzarət aparırlar. Müəssisədə heç bir qanun pozuntusuna yol verilmir.

- Maraqlıdır, Elma müəllim burda vaxtınızı necə keçirirsiniz?

- Burada mən kompyuter otağında otururam. Cəzaçəkmə müəssisəsində mədəniyyət tədbirlərini təşkil edirəm, kitabxanaya nəzarət edirəm.

- Məhkumlar arasında kitaba maraq göstərən çoxdurmu?

- Hə, çoxdur. Məhkumlar azadlıqda olanlardan bəlkə də, çox kitaba maraq göstərir.

- Hansı kitabları daha çox oxuyurlar?

- Ən çox detektiv janrda yazılmış əsərləri oxuyurlar.

- Məsələn kimin əsərlərini?

- Çingiz Abdullayevin, Elxan Elatlının.

- Məhkumlarla burda şəxsi münasibətiniz necədir? Sizin jurnalist olduğunuzu bilirlər?

- Yaxşıdır mənə müəllim deyə müraciət edirlər. Hörmətimi saxlayırlar. Hə, bilirlər jurnalist olmuşam.

- Peşəniz üçün darıxmısınız Elman müəllim?

- (Köks ötürür) Əlbəttə, peşəm üçün burnumun ucu da göynəyir.

- Burda necə mətbuatla maraqlanırsınızmı? Hansı qəzetləri oxuyursunuz?

- Hə, maraqlanıram. Ölkənin ictimai-siyasi həyatında baş verənləri buradan izləyirəm. Hansı qəzet bura gəlirsə, hamısını oxuyuram.

- Buradan azadlığa çıxandan sonra yenidən peşənizə qayıdacaqsınızmı?

- Hə, elə ən böyük arzumdur ki, azadlığa çıxıb yenidən qələmi əlimə alım.

Modern.az-ın məlumatına görə, “Ekspress” qəzetinin sabiq kriminal yazarı Elman Malıyev 2010-cu ilin iyununda tutularaq, 5 il müddətinə azadlıqdan məhrum edilib. Onu Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham ediblər.
Elmanın sözlərinə görə, Şəmkir rayonundan olan bir qadının ona atdığı şər-böhtan üzündən həbs olunub.
Elman Malıyev “Ekspress”dən əvvəl “Bu gün, “Yeni Müsavat” qəzetlərində çalışıb.


Zülfiyyə Quliyeva


Paylaş



Bölmə: Kriminal / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!