Azərbaycanda sükut günüdür .....                        Təyyarə qəzasında həlak olanlardan biri bu universitetin tələbəsidir .....                        Təyyarə qəzası ilə bağlı birgə məlumat .....                        Ərdoğan İlham Əliyevə məktub göndərdi .....                        Təyyarə iki dəfə dövrə vurub, üçüncüdə yerə çırpılıb .....                        "Səkkiz nəfər getmişdilər, ikisindən xəbər var" - VİDEO .....                        Yazıçılar Birliyində kitab təqdimatı .....                        Türkiyədə klub prezidenti istefa verdi .....                        Nazirlər yaralı azərbaycanlılara baş çəkdilər .....                       
Tarix : 14-08-2013, 12:59
60 dil bilən Azərbaycanlı


Poliqlotlar dünyada ən çox maraq doğuran adamlardan sayılırlar. Tarixdə 100-dən artıq dil bilən poliqlotlar olub. Belələri Azərbaycanda da var. Lakin onlara diqqət yetirən, onları ictimaiyyətə tanıdan tapılmır. Belə nadir mütəxəssislərdən biri Azərbaycan vətəndaşı, 29 yaşlı İbrahim Cəfərovdur. Onunla söhbətin oxucular üçün maraqlı olacağına əminik.

Butov.az saytı Publika.az-a istinadən müsahibəni təqdim edir:

- İbrahim, çox sayda dil öyrənmək həvəsiniz nə zaman və nədən qaynaqlandı?

- Uşaqlığım Yəməndə keçib, həm də qonşular arasında müxtəlif millətlərin nümayəndələri var idi. Məsələn, bir dəfə qaraçıya pul vermişəm ki, mənə həmin dildən bəzi şeylər öyrətsin. Mənim xahişimi eşidən həmin qaraçı xeyli təəccüblənmişdi. Universitetə daxil olandan sonra başqa dilləri də öyrənməyə maraq yarandı.

- Harada ali təhsil almısınız?

- Nizami rayonu, 62 nömrəli orta məktəbdə təhsil almışam. Bakı Slavyan Universitetinin rus dili və ədəbiyyatı, filologiya fakültəsini bitirmişəm.

- Hazırda neçə dil bilirsiniz və hansı səviyyədə?

- 60-a yaxın dil bilirəm.10-a yaxın dildən aktiv və praktik şəkildə yararlanıram. Qısa müddətdə təkrarladıqdan sonra 10 dildə danışmağı bacarıram, digərlərini passiv və ya nəzəri səkildə bilirəm. Britaniyalı linqvist Riçard Handsonun klassifikasiyasına görə, “hiperpoliqlot” o kəs hesab edilir ki, müstəqil şəkildə minimum 6 dil bilmiş olsun. İnsanlıq tarixində isə bu cür nümunələr yetəri qədər çoxdur.

- Yaxşı və orta səviyyədə bildiyiniz dillər hansılardır?

- Doğma azərbaycancadan başqa rus, ingilis, fransız, ispan, ərəb, alman, italyan, fin, norveç dillərini. Orta məktəbdə rus, fars, ingilis dillərini keçmişəm. Qalanlarını sonradan özüm öyrənmişəm.

- İndiyə kimi harada işləmisiniz, hansı layihələr və ya proqramlarda calışmısınız?

- Müxtəlif QHT-lərdə fəaliyyət göstərmişəm, şəxsi dil kursum olub, fərdi dərs keçmişəm.

- Sərfəli iş təklifləri alıbsınızmı?

- İsa peyğəmbər demiş, qapıları döyün, açılacaq. Çox marağında olmamışam. Təkliflər olub, hətta bir dəfə aylıq 1000 manat maaşlı işdən imtina eləmişəm.

- Uşaqlığınız Yəməndə keçib, oradan hansı təəssüratlarınız olub?

- Baxmayaraq ki, orada uşaqlıq illərim keçib, əksər hadisələr hələ də xatirimdədir. Elə bəlkə, orada yaşamağımız dilləri öyrənməyimə bir təkan olub. Sovet İttifaqının müxtəlif ölkələrindən olan insanların hərəsinin müxtəlif dillərdə danışması və sair... Həm də binamızda müxtəlif millətlərin nümayəndələri yaşayıblar.

- Daha asan və daha çətin öyrəndiyiniz dillər hansıdır?

- Dillərin hamısı asandır. Dilləri gec və tez qavrayan insanlardır. Mənim fikrimcə, rus və ərəb dilləri çətin dillərdir. Asan dillərə isə indoneziya dilini aid etmək olar.

- Mütəxəssislər deyirlər ki, insanda dil öyrənmə istəyi varsa, buna erkən yaşdan başlamalıdır. Doğrudurmu?

- Səhv fikirdir. Əsas dili öyrənmək üçün ayrılmış vaxtdır. Həmin vaxtdan səmərəli istifadə edildikdə bir dildə əsas fikirləri ifadə etməyə 1-2 aylıq müddət kifayət edir. Yəni bu halda öyrənmə asan, dili yenidən xatırlama isə çox çətin, hətta sanki yenidən dili öyrənirsənmiş kimi ola bilər.

- Çox dil bilmək dilləri qarışdırmağa səbəb olmurmu?

- Yox. Bu, sadəcə, dillərin unudulmasına gətirə bilər. Ona görə də gərək hansısa dili öyrəndikdən sonra ən azı həmin dildə kitab oxuyasan, radio verilişlərə qulaq asasan, yoxsa öyrəndiyini unudacaqsan. Dillərin muqayisəsi və tədrisi metodikasında bu daha qabarıq bilinir.

Araşdırmalara görə, gündəlik ünsiyyətdə biz maksimum 3500 söz işlədirik. Bu o qədər də çox deyil. Böyük dil lüğətində rus dilində olan ümumi söz sayı 131257-dir. Hesab etsək ki, dünyada 1 milyard insan 2 dilə sahib formada doğulur, o zaman qorxulu və ya təəccüblü heç nə yoxdur.

- Bu qədər dil bildiyiniz halda sizə iş təklifləri olmurmu?

- Əsasən tərcüməçi kimi tələbat olur. Bir neçə dildən tərcüməni bacaranlar qiymətli mütəxəssis sayılırlar.

- Hansı dili öyrəndiyinizə görə daha çox sevinmisiniz?

- Elə bir fərq görmürəm. Amma bəziləri var ki, səslənişi çox xoşuma gəlirdi - bunlara norveç, fin, italyan, ispan dillərini aid etmək olar. Məncə, hər dil gözəldir - amma Azərbaycan dili daha gözəl səslənişə malikdir. Bunu hətta mənim xarici dostlarım da etiraf ediblər.

- Hansı dili daha rahat, daha zəngin, daha ifadəli saymaq olar?

- Rus dilini. Bilmirəm, bu bəlkə də rus dilinə daha çox bağlı olmağımdandır. Ümumi götürsək, hər dil zəngindir, sadəcə bu, həmin dilin imkanlarından nə dərəcədə istifadə edəcəyimizdən asılıdır.

Mənə görə çətin dil yoxdur. Hətta Afrika xalqlarının, eləcə də Çin və yapon dillərini asanlıqla öyrənirəm. Hər zaman çalışıram dilləri təkrarlayam ki, yaddan çıxarmayım.

- Çox dil bilməyiniz başqaları tərəfindən necə qarşılanır? Bəzən poliqlot insanlara casus da deyirlər. Xüsusilə, erməni dilini bilənlərə...

- Mənə insanlar dərhal maraqla müxtəlif suallar verməyə baslayırlar müxtəlif dillərə aid. Erməni dilini öyrədənlər isə bəli, bir muddətdən sonra imtina ediblər hətta. Amma mən bu dillə bağlı bəzi qaranlıq məqamları açmağa ümid edirəm. Və düşmən dilini bilməyi çox vacib sayıram.

- Əcnəbi dili öyrənmək üçün vəsaitləri necə və haradan əldə edirsiniz?

- Əsasən internetdən və kitabxanadan. Bundan başqa, xarici vətəndaşlarla canlı ünsiyyət qurmağı üstün tuturam. Bu, dilləri praktik şəkildə öyrənməyə, həm də yeni dost qazanmağa daha çox imkan verir. Bəzən dostlarım mənə kitablar hədiyyə edirlər.

- Bir sıra fərqli istiqamətlərdə layihələriniz və elmi işləriniz olduğunu eşitmişik, bu haqda bir az danışa bilərsinzmi?

- Elmi çalışmalarım dillərin müqayisəsi ilə bağlıdır. Ən maraqlılarından biri german dillərində, xüsusilə ingilis və norveç dillərində türk mənşəli qədim kökə malik sözlər tapmağımdır. Hazırda müqayisəli tədqiqatlar üzərində işləyirəm, bu, çox çətin iş olsa da, həddən artıq maraqlıdır. Özümü yeni ölkə kəşf etmiş dənizçiyə bənzədirəm. Yeniliklər əldə etdikcə, işləmək həvəsim artır.

- Elmi işlərinizi niyə ortaya çıxarmırsınız?

- Bir elmi işim daha çox marağa səbəb olub. Bizim alimlərdən biri təkid etdi ki, bu, elmdə yenilikdir, gəl bunu müdafiə et. Lakin bəzi səbəblərdən təxirə saldım. Yaxında bunu edəcəyəm.

- Hansı ölkələrin mətbuatını izləyirsiniz, hansı dildə daha çox kitab, məqalə, elmi əsər oxuyursunuz?

- Əsasən rus və ingilis dilli mətbuatı. Digər dilləri də unutmuram.

- Öyrəndiklərinizi praktikada tətbiq etməkdə çətinlik çəkirsinizmi?

- Bir sıra xarici dillər üzrə tələbə hazırlayıram. Bəzi tələbələrim artıq dil kurslarında müəllim kimi çalışırlar.

- Vaxtınızı daha çox nəyə sərf edirsiniz, hobbiniz nədir?

- Kitab oxuyuram. Yoqa ilə məşğulam. Səyahət etməyi çox sevirəm. Ən böyük arzum dünya ölkələrini gəzib həmin dilləri praktik şəkildə tətbiq etməkdir. İnanıram ki, bu, məndə dillərə qarşı marağı daha da artırar.

- Hansı ədəbiyyatı daha çox oxuyursunuz? Klassik, yoxsa müasir? Elmi-texniki, yoxsa bədii?

- Daha çox elmi-texniki ədəbiyyat oxuyuram. Ensiklopediyaları sevirəm. Əvvəllər bir günə 1000 vərəqlik kitab oxuyurdum. Son vaxtlar elektron kitablarla da çox məşğul oluram. Amma gərək eynək yazdırım, gözüm zəifləyib. Klassik ədəbiyyat, təbii ki, daha maraqlıdır. Milli Kitabxanada vaxtilə çox məşhur olmuşam, elə kitablar oxuyurdum ki, onları ilk dəfə elə mən sifariş verirdim. Məndən bezmişdilər.

- Yoqa təlimi ilə necə tanış olmusan və hansı praktika tətbiq edirsən?

- Yoqa ilə tanışlığım kitablardan olub. Özüm və yaxınlarım müəyyən xəstəliklərin sağalmasında real köməyini görmüşük. Əsasən xatxa-yoqanı tətbiq edirəm, bu isə bilavasitə sağlamlığın qorunmasına yönəlmiş hərəkətlər kompleksidir.


Paylaş



Bölmə: Xəbər / Müsahibə / Köşə / Karusel / Manşet
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!