Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 27-10-2013, 19:13
Vəzifəli məmurları vəlvələyə salan “fəxri ad” qalmaqalı


Mükafatlandırılacaq müğənnilər siyahısından çıxarılan şou-biznes nümayəndələri Prezident Administrasiyasına şok məktub göndərdilər; hansı vəzifəlini hansı müğənni ilə nə birləşdirdiyi, kimin-kimə harada villa aldığı, fəxri təltiflər üçün kimlərin rüşvət aldığı adbaad yazılıb.
Azərbaycanda yüksək vəzifəli məmurların da adının qarışdığı böyük bir qalmaqal başlayıb. Bu qalmaqalın bir neçə nazir də daxil olmaqla, oliqarxlara yaxın iş adamlarına aidiyyəti var və olaya səbəb şou-biznes aləmində baş verənlərdir. “Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, yaxın vaxtlarda bir qrup müğənniyə fəxri adların verilməsi nəzərdə tutulur. Artıq ad alacaq müğənnilərin siyahısı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Prezident Administrasiyasına təqdim olunub.
Bir müddət əvvəl bəzi saytların da yazdığı kimi, uzun illərdir səhnədə olan və kifayət qədər iddialı bir sıra şou-biznes adamının adı həmin siyahıya daxil edilməyib. Onlar isə bundan xəbər tutaraq bərk qəzəbləniblər. Çünki daha əvvəlcə həmin şəxslərin bir çoxuna adlarının bu il mükafatlandırılacaq müğənnilərin siyahısına salınaraq, Prezident Administrasiyasına göndəriləcəyi bildirilibmiş. Amma sonradan həmin müğənnilər adlarının olduğu ilkin siyahının dəyişdirildiyini öyrəniblər. Onların bəziləri Mədəniyyət və Turizm Nazirliyinə gedərək bununla bağlı izahat istəyiblər. Bu səbəbdən də ortada münaqişə yaranıb və nazirliyin rəhbərliyi həmin müğənnilərə qapını göstərib.
Bu barədə əldə etdiyimiz məlumatda fəxri adlarla mükafatlandırılacaq və mükafatlandırılmayacaq müğənnilərdən bəzilərinin ismini də öyrənmişik.
Mükafatlandırılacaq müğənnilər sırasında Baloğlan Əşrəfov, Nadir Bayramlı, Firuz Səxavət, Cabbar Musayev, Tünzalə Ağayeva, Könül Kərimova və Ruhi, adları siyahıdan çıxarılanlar arasında isə Vasif Məhərrəmli, İzzət Bağırov, Röya Ayxan, Elnarə Xəlilova, Elza Seyidcahan, Natavan Həbibi, Xatirə İslam, Nüşabə Ələsgərli və digərlərinin isimləri var.
Adları ixtisara salınan müğənnilər Prezident Administrasiyasına göndərilən siyahının sifarişlə, rüşvətlə hazırlandığını, ayrı-seçkilik edildiyini, Mədəniyyət Və Turizm Nazirliyinin hər zaman tapşırıqla yüksək vəzifəli şəxslərlə əlaqələri olan xanım müğənniləri irəli çəkdiyini, kişi müğənnilərdən isə bunun üçün haqq alındığını, fəxri adların əksər xanım müğənnilərə sənətlərinə görə yox, kimlərinsə xoşlarına gəldiklərinə görə verildiyini yazıblar.
Onlar bu vəziyyətlə barışmayacaqlarını və şou-biznesdə mükafatlandırılmaların hansı kriteriyalarla həyata keçirildiyini ifşa edəcəklərini bildiriblər.
Baş verənlərdən kifayət qədər məlumatlı olan şəxsin bildirdiyinə görə, Mədəniyyət və Turizm Nazirliyində bununla bağlı baş verən qalmaqaldan bir müddət sonra Prezident Administrasiyasına şok məktub göndərilib.
Artıq çox ciddi qalmaqalın əsasını qoyduğu bildirilən bu məktubda hansı xanım müğənnilərin hansı nazirlər tərəfindən maliyyələşdirildiyi, müğənnilərdən kimlərin hansı yüksək vəzifəlilərlə yasaq eşq yaşadığı, hansı məmurların onlara hansı şəhərlərdə mülk aldıqları, yay-qış istirahətlərini harada və neçə keçirdikləri, fəxri adı nəyin hesabına aldıqları, ad günlərinə hədiyyə edilən bahalı maşınların markaları göstərilib. Eləcə də kişi müğənnilərin fəxri ad almaq, dövlət tədbirlərində oxumaq üçün Mədəniyyət və Turizm Nazirliyində məsul şəxslərdən kimlərə nə qədər rüşvət verdikləri hazırlanmış məktubda öz əksini tapıb. Məktubda qeyd olunub ki, faktiki olaraq prezident tərəfindən mükafat kimi təqdim olunan fəxri adlar bir sıra məmurlar üçün alver mənbəyinə çevrilib, bir çox yüksək vəzifəlilər isə bəzi xanım müğənnilərin “saqqızını” belə ad hədiyyələri ilə oğurlayırlar.
Məlumatda o da qeyd olunur ki, məktub o qədər ustalıqla yazılıb və orada göstərilən faktlar o qədər dəqiq və çarpıcıdır ki, bu hansısa bir və bir neçə müğənninin başının məhsulu deyil. Məktubun şikayət xarakterli olmaqdan daha çox orada adıçəkilən məmurların vurulmasına hesablanmış kampaniyanın tərkib hissəsi təəssüratı yaratdığı iddia olunur. Məktubda yazılanlarla bağlı artıq Mədəniyyət və Turizm Nazirliyindən cavab istənilib.
Müğənnilərə növbəti dəfə fəxri adların verilməsi ərəfəsində belə bir məsələnin ortaya çıxması ciddi qalmaqlara yol açıb və müğənnilərin ad savaşına istər-istəməz onlarla əlaqəsi olan və adları sözügedən məktubda yazılan məmurlar da qarışıblar. Həmin məmurlar bu məsələnin mümkün qədər ört-basdır olunmasına çalışırlar. Amma deyəsən, gecikiblər. Prezident Administrasiyasına göndərilən məktubun yaxın vaxtlarda mediaya da sızdırılacağı gözlənilir. Əsl mərəkənin də bundan sonra başlayacağı şübhəsizdir.

TEYMUR


Paylaş



Bölmə: Mədəniyyət / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!