“Ana dilim, varlığım” - yaddaşlardan silinməyəcək .....                        Trampın iqamətgahına daxil olmaq istəyən şəxs güllələnib .....                        Ukrayna ordusu əks-hücumlara başladı .....                        Hindistan ABŞ-la danışıqları təxirə saldı .....                        Ülviyyə Fətəliyeva Azərbaycan çempionu oldu .....                        Xamenei öləcəyi təqdirdə hökumətin işi ilə bağlı plan hazırlatdırır .....                        Pakistan bu ölkəyə zərbə endirdi - Ölənlər var .....                        Yollarda görünüş 500 metrədək məhdudlaşacaq .....                        Rusiyada bu hava limanı bağlandı .....                       
Tarix : Dünən, 21:54
“Ana dilim, varlığım” -  yaddaşlardan silinməyəcək

21 fevral – Beynəlxalq Ana dili Günüdü

“Ana dilim, varlığım” -

yaddaşlardan silinməyəcək


Dünyada hər bir xalqın öz dili, mədəniyyəti var. Bu dillər içərisində ana laylası qədər əziz olan Azərbaycan dili zənginliyi ilə seçilir. Babalarımızdan bizə əmanət olan dilimiz mülli varlığımız, qürurumuzdur. Ana dilimiz həm də millətin yaddaşı və milli ruhudur.

21 fevral – Beynəlxalq Ana dili Günü ərəfəsində Bakının Suraxanı rayonundakı 226 nömrəli tam orta məktəbdə “Ana dilim, varlığım” adlı ədəbi-bədii gecə keçirildi. Tədbirə YAP Suraxanı Rayon sədri Vüqar Seyidov, Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva, Suraxanı rayon polis idarəsinin yetkinlik yaşına çatmayanların iş bölməsinin rəisi Əfqan Ağayev, Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan, Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Kimya Texnologiyaları fakültəsinin dekanı, professor Sevinc Məmmədxanova, Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının dosenti, məktəbin məzunu Ülviyyə Mehralıyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, istedadlı rəssam, dünyada ilk dəfə “Qurani-Kərim”i ipək parça üzərində yazan Tünzalə Məmmədzadə, Bakı Neft-energetika kollecinin direktoru Ata Babayev, Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Hacıbəy Heydərli, İslahatçı Gənclər İctimai Birliyinin rəhbəri Fərid Şahbazov, eləcə də şəhid anaları, rayonun tanınmış ziyalıları, media işçiləri, valideynlər dəvət olunmuşdu. Tədbir iştirakçıları ilk öncə sərgi ilə tanış oldular. Təşkil olunan sərgidə gənc rəssamların çəkdiyi rəsm əsərləri nümayiş olundu, balacalar şux rəqslər etdilər. Həmin gün Azərbaycan idmanına töhfələr verən, müxtəlif medallarla təltif olunan gənc idmançıların çıxışları maraqla qarşılandı, eləcə də AYB və AJB-nin üzvü, tarix müəllimi Təranə Cəbiyevanın tariximizə aid şəxsi kolleksiyası və müəllifi olduğu kitablar təqdim olundu.

Tədbur ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olan igid oğullarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Məktəbin direktoru, şəhid Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova çıxışında 21 fevral Beynəlxalq Ana dili Günü haqqında məlumat verərək, Azərbaycan xalqının ruhunu, tarixini, kimliyini yaşadan ana dilimizin hər birimizin milli sərvəti olduğunu diqqətə çatdırdı. Tədbirin aparıcısı, ana dili və ədəbiyyat müəllimi Güldanə Xalıqova çıxışında ana dilimizin müqəddəs və dəyərli olduğunu söylədi.

Ədəbi-bədi gecədə monitorda ümummilli liderimiz Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin ana dilimizlə bağlı çıxışları alqışlarla qarşılandı. Yeni Azərbaycan Partiyası Suraxanı Rayon sədri Vüqar Seyidov çıxışında bildirdi ki, “Ana dili hər bir xalqın varlığını təsdiq edən başlıca amildir.

Hər bir xalqın öz ana dili onun milli sərvəti, varlığının təsdiqi, həmçinin milli kimliyidir. Millətin dili, əlifbası onun millət olaraq formalaşmasında vacib şərtlərdən biri kimi qəbul edilir.1995-ci ildə ilk milli Konstitusiyamıza Azərbaycan dili dövlət dili kimi qəbul edildi.Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında Ümummilli Lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı.” Bakı Şəhər Təhsil İdarəsinin məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri

Günay Qurbanova çıxışında qeyd etdi ki, “dil millətin yaddaşı, tarixi və ruhudur. Azərbaycan dili əsrlər boyu formalaşaraq zəngin ədəbi irs yaratmışdır və bu dil bizi birləşdirən ən güclü mənəvi bağdır. Ana dilimizi qorumaq və inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcudur. Ulu öndər Heydər Əliyev

Azərbaycan dilinin dövlət dili kimi möhkəmlənməsində mühüm rol oynamışdır və bu gün də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ana dilimizin qorunması və təbliği istiqamətində mühüm addımlar atılır.” Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin sektor müdiri Sevinc Ağayeva, Odlar Yurdu Universitetinin Filologiya və humanitar fənlər kafedrasının dosenti Ülviyyə Mehralıyeva, şəhid anaları çıxış edərək dünya dilləri

içərisində əsas yer tutan ana dilimizin əsrarəngiz gözəlliyindən, babalarımızdan əmanət qalan dilimizin qorunmasının vacibliyindən və gənc nəsillərə milli qürurumuz olan ana dilimizə həmişə dəstək olmağı söylədilər. Şagirdlərin oxuduğu şən mahnılar, hazırladıqları ədəbi-bədii kompozisiya, vətənpərvərlik ruhundakı şeir çələngi, intellektual oyun, milli rəqslər bayram tədbirinə xoş ovqat bəxş etdi. Tədbirin yekunu daha yaddaqalan oldu. Ədəbi-bədii gecədə çıxış edən şagirdlər bəstəkar Emin Sabitoğlunun “Şirin dil” mahnısının sədaları altında alqışlarla səhnəyə daxil oldu. Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirdilər.

Təranə CƏBİYEVA


Paylaş



Bölmə: Maarif / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!