ABŞ-də saxlanılan azərbaycanlı alim azadlığa buraxıldı .....                        Pakistanda 145 silahlı zərərsizləşdirildi .....                        Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir - İran rəsmisi .....                        Rusiya doğum evini vurdu .....                        ABŞ növbəti 48 saat ərzində İrana zərbə endirə bilər - Vuçiç .....                        Dünya çalxalanır: Epşteyn dosyelərində nələr var? .....                        Əbu-Dabidəki görüş alınmadı - Zelenski açıqladı .....                        Ermənistana Rusiya taxılı daşıyan qatarı Biləcəridən yola düşdü .....                        Zelenski prezidentliyə namizədliyi barədə danışdı .....                       
Tarix : 19-02-2020, 09:04
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirildi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda 21 fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş elmi sessiya keçirilib.
Butov.az “Report”-a istinadən xəbər verir ki, tədbirdə İnstitutun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək Beynəlxalq Ana Dil Gününün tarixindən danışıb. O bildirib ki, hər bir xalqın dili onun ruhudur: "Hər bir xalqın varlığı onun dili ilə bağlıdır. Dünyada 200-ə yaxın dövlətin olmasına baxmayaraq cəmi 70 dil var. Bir çox dillər də var ki, artıq onlar yox olmaq təhlükəsi ilə üz-üzədirlər. Dilin ölməməsi üçün insanlar öz dillərində danışmaqdan utanmamalıdır".
Akademik Azərbaycanda yol kənarlarındakı reklam lövhələrində əks olunan yazıların digər dillərdə olmasına etiraz edib: "Ölkədə bir çox lövhələrdəki yazılar ingiliscə, italyancadır. Bu, yolverilməzdir. Dil haqqında qanunda da qeyd edilir ki, xarici dildə olan hissə ana dilində olan hissədən həcmcə böyük olmamalıdır. İnsanlar xarici dili bilməyi qürur mənbəyi hesab edirlər. Doğrudur, dil bilmək gözəldir, amma bəziləri övladlarını, nəvələrini rusdilli bağçalarına qoyduqları ilə öyünürlər. Bəs ana dilini necə? Birinci növbədə ana dilini bilmək və ana dilində danışmaq lazımdır. Hamını Beynəlxalq Ana Dili Günü ilə bağlı təbrik edirəm və ana dilini sevməyə, ana dilindən danışmağa səsləyirəm".
Daha sonra filologiya elmləri doktoru, professor Buludxan Xəlilov ana dilinin tətbiqindəki qüsurlardan danışıb. O bildirib ki, televiziyalarda aparıcıların danışıqlarında qüsurlar var: "Əvvəllər diktorlar efirə çıxmazdan əvvəl müəyyən müddət təcrübə toplayırdı. Amma indi elə deyil. Qüsurlardan digəri dərsliklərin bir qismində nəzəri biliklərin zəif olması ilə bağlıdır. Buna görə şagirdlər məktəbi bitirir, ali məktəbə qəbul olur, amma sözləri sətirdən-sətirə keçirə bilmir. Durğu işarələrindən istifadəni yaxşı mənimsəmirlər. Bu da nəzəri bilgilərin zəifliyindən irəli gəlir. Ümumiyyətlə, dil ilə təkcə dilçilər məşğul olmalı deyil, cəmiyyətin hər bir üzvü dilin yaşaması üçün müəyyən işlər görməldir".
Daha sonra digər məruzələr dinlənilib.


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!