Hücumdan əvvəl qəribə paylaşım .....                        Cəbhədən uzaq şəhərlərin bombalanması əmrini onlar veribmiş .....                        İranın hücumuna görə Tramp təcili toplantı çağırdı .....                        Bu açıqlama Ermənistanın sülh niyyətli olmadığını göstərir - İCMA .....                        Xameneinin varis planı işə düşdü .....                        Arayik də həmin faktı təsdiqlədi .....                        Rəsmi Bakıdan Ermənistana tutarlı cavab .....                        “İrəvan Bakı ilə münasibətləri normallaşdırmağa çalışır” - Kostanyan .....                        Təcridxanaya aparılan yeməyin içindən heroin çıxdı .....                       
Tarix : 20-02-2017, 11:43
İnstitut direktoru: “Blogger" kimi sözlərin qarşılığını tapmalıyıq”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş konfrans keçirilib.

Butov.az-ın APA-ya istinadən xəbərinə görə, Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu Beynəlxalq Ana Dili Gününün yaranma tarixi haqda məlumat verib.

O həmçinin bildirib ki, İnstitutda "Monitorinq" şöbəsi yaradılıb. M. Nağısoylunun sözlərinə görə, İnstitutda fəaliyyət göstərən "qaynar xətt"ə daha çox ədəbi dil normalarının pozulması ilə bağlı zənglər daxil olur.

Direktor qeyd edib ki, sovet vaxtı ana dilində danışanlara xor baxırdılar: "Müstəqilliyimizi bərpa etdikdən sonra ana dilinə qayğı artmağa başlandı. Lakin bununla belə qloballaşma şəraitində dilimizə yeni-yeni sözlər daxil olur. Aleksandr Lapşin Belarusda həbs olunub, Azərbaycana ekstradisiya edilib. Lapşinin adının qarşısında "blogger" sözü yazılır. Biz bu cür sözlərin qarşılığını tapmalıyıq".

M. Nağısoylu Orfoqrafiya lüğətinin təkmilləşdirilib yenidən çap olunacağını da vurğulayıb.

Filologiya elmləri doktoru, professor Buludxan Xəlilov isə deyib ki, Azərbaycan dili rus, fars, ərəb, yapon, ingilis və digər dünya dilləri ilə rəqabət aparmaq əzmindədir.

Öz növbəsində filologiya elmləri doktoru Əzizxan Tanrıverdi bildirib ki, Azərbaycan dili nə ərəb, nə fars, nə də rus dilinin təsirinə düşüb.

Konfrans çıxışlarla davam etdirilib.


Paylaş



Bölmə: Sosial / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!