İki ay komada qalan Vətən müharibəsi iştirakçısı vəfat etdiSentyabrın 27-də Qubada avtomobilin ağaca çırpılması nəticəsində yaralanan Asim Qafarov vəfat edib.
Asim Qafarov iki aya yaxın müddət ərzində komada qaldıqdan sonra dünyasını dəyişib.
O, Vətən müharibəsi iştirakçısı olub.
Qeyd edək ki, sözügedən qəzada sürücü Ceyhun Yusifov hadisə yerində həyatını itirmişdi.