Ərdoğan Şimali Kipr Prezidentini qəbul etdi .....                        Millimizin iki sabiq üzvü futboldan uzaqlaşdırıldı .....                        Prezidentin köməkçisi icra başçısını kollektivə təqdim etdi .....                        Yollarda duman olacaq - Xəbərdarlıq .....                        Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" qanun dəyişdi .....                        Qarabağda turizm - Agentlik görülən işləri AÇIQLADI .....                        Hərbi prokurorluqda yeni təyinat .....                        Prezidentin çıxışından sonra xüsusi komissiya yaradılıb .....                        Dünya çempionatının Azərbaycanda və Özbəkistanda təşkili tarixi nailiyyətdir .....                       
4-11-2025, 17:48
Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq


Elektron xidmətlərindən istifadə müvəqqəti dayandırılacaq

Noyabrın 7-si saat 21:00-dan noyabrın 11-nə qədər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) elektron informasiya resurslarında dayanıqlığın və keyfiyyətin artırılması məqsədilə profilaktik işlərin həyata keçirilməsi planlaşdırılır.
Məlumata görə, bu səbəbdən göstərilən xidmətlərin və məlumat mübadilələrinin istifadəsində fasilələrin yaranması mümkündür.
4-11-2025, 17:43
Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı


Sabirabadda pulnan əlillik dərəcəsi verən vəzifəli şəxslərə cinayət işi açıldı

Saxta diaqnozlarla və tibbi müayinədən keçirilmədən əlilliyin verilməsi müqabilində rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barədə ibtidai istintaq tamamlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirilib.
“Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar, o cümlədən həmin xəstəxananın Poliklinika şöbəsinin müdiri və Həkim Məsləhət komissiyasının üzvü olmuş Əlişir Əliyev barədə daxil olmuş şikayətlər əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.
İbtidai istintaqla Əlişir Əliyevin sözügedən vəzifədə işlədiyi müddətdə Qabil Quliyev və İntiqam Kərimovla cinayət əlaqəsinə girərək əlilliyin təyin olunmasına əsas verən hər hansı xəstəlikdən əziyyət çəkməyən və Həkim məsləhət komissiyasında faktiki olaraq müayinədən keçirilməyən ayrı-ayrı şəxslərə əlillik dərəcəsinin verilməsi məqsədilə onlar barədə TƏBİB-in “e-tabib” elektron informasiya sisteminə tibbi diaqnozlara dair bilə-bilə yalan məlumatları daxil edilib Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndərilməsi müqabilində külli miqdarda rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Əlişir Əliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Qabil Quliyev və İntiqam Kərimova isə həmin Məcəllənin 178.1 (dələduzluq), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə kömək etmə), 32.5, 311.3.2, 311.3.3 (təkrarən və külli miqdarda rüşvət almağa kömək etmə) və 32.5, 313-cü (vəzifə saxtakarlığına kömək etmə) maddələri ilə ittiham elan edilib, təqsirləndirilən şəxslərin yaşı və səhhətləri nəzərə alınmaqla barələrində istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
4-11-2025, 17:37
Sabah azarkeşləri sevindirmək istəyirik - Qurban Qurbanov


Sabah azarkeşləri sevindirmək istəyirik - Qurban Qurbanov

Sabah böyük komandaya qarşı oynayacağıq.
Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsində Bakıda İngiltərənin “Çelsi” klubu ilə keçiriləcək IV tur matçından öncə təşkil olunmuş mətbuat konfransında deyib.
O, bu cür komanda ilə qarşılaşmağın Azərbaycan futboluna böyük fayda verəcəyini bildirib: “Sabah yaxşı oyun göstərmək, azarkeşləri sevindirmək istəyirik. “Çelsi”nin Bakıya səfəri futbolumuzun inkişafı üçün önəmlidir”.
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” görüşü saat 21:45-də başlayacaq.
4-11-2025, 17:35
Azərbaycanlı ekspert İrəvanda “Zəngəzur dəhlizi” ifadəsini İZAH ETDİ


Azərbaycanlı ekspert İrəvanda “Zəngəzur dəhlizi” ifadəsini İZAH ETDİ

Azərbaycan ABŞ-ın Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin edilməsi məsuliyyətini öz üzərinə götürməsini gözləyir.
Bunu Karnegi Fondunun Berlin Araşdırmaları Mərkəzinin Rusiya və Avrasiya üzrə tədqiqatçısı, azərbaycanlı politoloq Zaur Şiriyev 4 noyabrda İrəvanda keçirilən “Orbeli 2025” beynəlxalq forumunda bildirib.
Jurnalistlərin Bakının "maneəsiz keçid" terminini necə başa düşdüyü ilə bağlı suallarını cavablandıran Şiriyev qeyd edib ki, konkret detallar praktikada aydınlaşacaq.
"Bunun nə demək olduğunu hələlik dəqiq təxmin edə bilmərik - tətbiq göstərəcək", - deyə o bildirib.
Şiriyev həmçinin əlavə edib ki, "Zəngəzur dəhlizi" termini Azərbaycanda "Ermənistanda geniş yayılmış təsəvvürün əksinə olaraq" mənfi məna daşımır. O, vurğulayıb ki, bu, yalnız TRIPP marşrutuna deyil, həm də regionda daha geniş nəqliyyat əlaqələrinə aiddir. Z.Şiriyev qeyd edib ki, keçid formatları və üsulları müəyyən edilərkən, tərəflərin ərazi bütövlüyünü və mövcud sərhədləri qarşılıqlı şəkildə tanıdıqlarını təsdiqlədikləri 8 avqustda imzalanmış Vaşinqton Bəyannaməsini nəzərə almaq lazımdır.
Xatırladaq ki, 8 avqustda Vaşinqtonda Ermənistan, ABŞ və Azərbaycan liderləri münaqişənin sülh yolu ilə həlli ilə bağlı birgə bəyannamə imzalayıblar.
4-11-2025, 17:33
Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutuldu


Balakəndə 17 yaşlı qızı oğurlayan dəstə üzvləri tutuldu

Balakən rayonunda 17 yaşlı qızın naməlum şəxslər tərəfindən oğurlanması barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən 50 yaşlı Samir Rəhimov, əvvəllər də məhkum olunmuş 26 yaşlı Toğrul Səmədli və 21 yaşlı Nihat Qarayev tutularaq istintaqa cəlb olunublar. Zərərçəkmiş polis əməkdaşları tərəfindən gizlədiyi ünvandan aşkar olunaraq ailə üzvlərinə təhvil verilib.
Araşdırmalarla Samir Rəhimovun bir neçə gün əvvəl xarici ölkədən gələrək digər saxlanılanlarla birlikdə xanımı izlədiyi və evlənmək məqsədilə onu oğurladığı müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
4-11-2025, 17:28
Azərbaycanlı politoloq İrəvanda çıxış etdi: “Sülhlə bağlı realist olmalıyıq”


Azərbaycanlı politoloq İrəvanda çıxış etdi: “Sülhlə bağlı realist olmalıyıq”

“Düşünürəm ki, Ermənistan, Azərbaycan və Türkiyə münasibətlərini sinxronlaşdırırlar”.
Bunu Karnegi Fondunun Berlin Araşdırmaları Mərkəzinin Rusiya və Avrasiya üzrə tədqiqatçısı, azərbaycanlı politoloq Zaur Şiriyev 4 noyabrda “Orbeli 2025” beynəlxalq forumunda bildirib.
O, Ermənistan və Azərbaycan, eləcə də Azərbaycan və Türkiyə arasında müzakirələrin davam etdiyini xatırladıb və bunların "üçlük" formatında nəzərdən keçirilməsini təklif edib.
"Bu, paralel bir prosesdir, ona görə də Türkiyə-Azərbaycan münasibətləri məsələsində "Azərbaycan təzyiqi" ifadəsini işlətməzdim. İki ölkə arasındakı münasibətlərdə belə bir ritorika yoxdur", - deyə Şiriyev qeyd edib.
O, Ankaranın Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəklədiyini və sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözlədiyini əmin edib. Şiriyevin sözlərinə görə, Azərbaycanın Ermənistana gedən Orta Asiya yük daşımalarına qarşı blokadanı aradan qaldırmaq qərarı Ermənistan və Türkiyə arasında müzakirələri yaxşılaşdıracaq və bu, praktik addımları da nəzərdən keçirəcək.
"Sülh sazişinə gəldikdə, ona baxış bucağımızı dəyişdirməliyik. Maksimalist mövqelərdən çəkinməli, şişirdilmiş və ya azaldılmış gözləntilər yaratmaqdan çəkinməliyik. Realist olmalıyıq. Gündəlik həyatda bütün qonşularımızı sevməsək də, kömək üçün onlara müraciət edirik və onlara dəstək veririk. Düşüncədə dəyişiklik lazımdır", - deyə Şiriyev əlavə edib.
O hesab edir ki, qarşılıqlı səfərlər Ermənistan və Azərbaycan cəmiyyətləri arasında münasibətlərin normallaşmasına töhfə verə bilər və ekspert qrupları onların hökumətlərinə gələcək üçün yol xəritəsi yaratmağa, ictimai rəyi daha yaxşı başa düşməyə və suallara cavab verməyə kömək edə bilər.
"Öz növbəsində jurnalistlər iki ölkənin media məkanlarında ritorikanı normallaşdıra bilərlər. Hökumətlər hər şeyi idarə etmir və cəmiyyətlərin öz fikirləri var. Bu, Ermənistanla sülh prosesinin həm müsbət, həm də mənfi qiymətləndirildiyi Azərbaycana da aiddir. Münaqişənin tarixi var, insanlar travma alıb, xatirələr canlıdır və biz onu unuda bilmərik. Ona görə də insanlar mənfi qiymətləndirmələr də edə bilərlər", - deyə Z.Şiriyev qeyd edib.
Z.Şiriyev əmin edib ki, Azərbaycan hökumətinin sülh vizyonu beynəlxalq hüquqa hörmət, bir-birinin sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və müharibənin olmamasını nəzərdə tutur.
"Bu, Azərbaycan hakimiyyətinin mövqeyidir, ona görə də Ermənistanda və ya Azərbaycandakı fərdlərin fikirlərini dövlətlərin mövqeyi kimi təqdim etməyə ehtiyac yoxdur", - deyə Şiriyev əlavə etdi.
O, Ermənistan hakimiyyətinin siyasətini təqdir edərək bildirib ki, gündəliyin həm Ermənistanda, həm də Azərbaycanda sülhə tam şəkildə yönəlməsi üçün uzun müddət lazım olacaq.
"Sülh sazişi yalnız ilk addımdır. Eyni şey Ermənistan-Türkiyə sərhədinin açılmasına da aiddir. Bu, son məqsəd olmamalıdır; cəmiyyətlər arasında əlaqələr qurmaq lazımdır", - deyə azərbaycanlı ekspert vurğulayıb
4-11-2025, 17:24
Salman bin Əbdüləziz İlham Əliyevə məktub göndərdi


Salman bin Əbdüləziz İlham Əliyevə məktub göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Təbrikdə deyilir:

“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Zati-alinizi ölkənizin Zəfər Günü və Dövlət Bayrağı Günü münasibətilə təbrik etməkdən və səmimi arzularımı çatdırmaqdan çox məmnunam.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Hökumətinə və xalqına daha çox tərəqqi və firavanlıq diləyirəm.
Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm”.
4-11-2025, 17:17
Sabah gecə ilin ən heyrətamiz səma hadisəsi baş verəcək


Sabah gecə ilin ən heyrətamiz səma hadisəsi baş verəcək

Sabah ilin ən təsirli səma hadisələrindən biri baş verəcək. Astronomik təqvimə görə, sabah gecə səmada 2025-ci ilin ən böyük və ən parlaq tam ayı görünəcək.
Noyabrın ilk həftəsi 2025-ci ilin ən təsirli təbii hadisələrindən birinə şahidlik edəcək. 5 noyabr gecəsi Ay Yerə ən yaxın nöqtəsinə çatacaq.
Alimlərin fikrincə, bu xüsusi gecədə Ay Yerə təxminən 357.000 kilometr (27.000 mil) yaxınlaşacaq. Bu məsafə orta hesabla təxminən 27.000 kilometr (17.000 mil) daha yaxındır. Bu, Ayın normaldan təxminən 7 faiz daha böyük və 16 faizə qədər daha parlaq görünməsinə səbəb olacaq.
Şimali Amerikadakı bəzi yerli icmalar tərəfindən "Qunduz Ayı" adlandırılan bu dolunay, qunduzların qış sığınacaqlarını qurduğu və ovçuların çayların donmasından əvvəl hazırlaşdığı dövrü simvolizə edir.
Sabah gecəki Super Ay ilin ən təəccüblü səma hadisələrindən biri olacaq. Parlaqlığı o qədər güclü olacaq ki, səmadakı zəif ulduzları gizlədəcək və hətta yalnız ən güclü Super Aylar zamanı nəzərə çarpan zəif yer kölgələri yaradacaq.
Bu heyrətamiz səma hadisəsi, hava şəraiti imkan verərsə, bəzi ölkələrdə çılpaq gözlə görünəcək.
4-11-2025, 17:13
Ankarada gərginlik - Ərdoğanla Bağçalının arası dəyib


Ankarada gərginlik - Ərdoğanla Bağçalının arası dəyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla onun müttəfiqi Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı arasında son günlər gərginlik yaşanır. Gərginliyin başlanğıc nöqtəsi Şimali Kiprdə (ŞKTR) keçirilən prezident seçkilərinin nəticələrinin açıqlanması olub.
Seçkilərdə federasiya tərəfdarı olan Tufan Erhürmanın qalib gəlməsinə Ərdoğan təmkinlə münasibət bildirsə də, Bağçalının reaksiyası daha sərt olub.
Ərdoğan dərhal Şimali Kiprin yeni prezidentini təbrik edib və əməkdaşlığa açıq olduğu barədə mesaj göndərib. Bağçalı isə əksinə, seçkiləri “federasiya tərəfdarlarının qələbəsi” adlandırıb və ŞKTR parlamentini adanın Türkiyəyə birləşdirilməsi ilə bağlı qərar verməyə çağırıb.
Oktyabrın 29-da Respublika Günü münasibətilə keçirilən rəsmi mərasimlərdə Bağçalının həm Anıtkabirdəki ziyarətə, həm də Ərdoğanın rəsmi qəbuluna qatılmaması siyasi dairələrdə böyük rezonans doğurub.
Əvvəlcə onun səhhəti ilə bağlı fərziyyələr səslənsə də, MHP-yə yaxın mənbələr bu qərarın siyasi motivli olduğunu bildiriblər. Partiyaya yaxın “Türkgün” qəzetinin baş redaktoru Məhəmməd Müftüoğlu Bağçalı ilə çəkilmiş fotosunu paylaşaraq yazıb ki, MHP liderini anlamaq üçün onun mesajlarını oxumağı bacarmaq lazımdır. Bu paylaşım, çoxlarının fikrincə, AKP-yə yönəlik bir xəbərdarlıq olub.
Siyasi müşahidəçilər hesab edirlər ki, problem yalnız Kipr məsələsi ilə məhdudlaşmır.
2022-ci ildə “Ülkü Ocaqları”nın keçmiş rəhbəri Sinan Ateşin qətli və bu işlə bağlı MHP üzvlərinin həbsi AKP-MHP münasibətlərində ilk çatları yaradıb. Ərdoğanın mərhumun həyat yoldaşı Ayşə Ateşi qəbul etməsi Bahçəli tərəfinin ciddi narazılığına səbəb olmuşdu.
Bundan başqa, bu il keçirilən bəzi kadr dəyişiklikləri, xüsusilə MHP-yə yaxın adların vacib vəzifələrdən uzaqlaşdırılması da milliyyətçilər arasında narazılıq doğurub.
Bağçalı sentyabrda “Türkiyə–Rusiya–Çin ittifaqı” ideyasını irəli sürməsi, bu bəyanatın Ərdoğanın Nyu-Yorka, BMT Baş Assambleyasına səfəri ərəfəsində səslənməsi də diqqətdən qaçmayıb. Analitiklər bunu iki tərəf arasında xarici siyasətdə baxış fərqi kimi dəyərləndiriblər. Ərdoğan Qərblə münasibətləri taraz saxlamağa çalışır, Bahçəli isə daha “Avrasiya yönlü” xətti müdafiə edir.
Eyni zamanda, Bağçalının “Türkiyədə iki vitse-prezident - biri kürd, biri ələvi olmalıdır” təklifi də iqtidar düşərgəsində sərt reaksiya doğurub. Hakim partiyanın deputat Şamil Tayyar bu ideyanı “Livan modelinə aparan təhlükəli təklif” adlandırıb.
Bağçalı bu günkü qrup toplantısında iddialara cavab verib.
Bağçalı çıxışında “Cümhur İttifaqı bayraqdır, vətəndir, millətdir” sözləri ilə birlikdə AK Partiya ilə əməkdaşlığın davam etdiyini bildirib: “Biz Milliyyətçi Hərəkat Partiyası və Cümhur İttifaqıyıq. Bu yol davam edəcək”.
Bağçalı Respublika Günü mərasimlərinə qatılmaması ilə bağlı müzakirələrə də toxunub. O, bunun şəxsi səbəblərlə bağlı olduğunu və hərəkətinin “protest kimi başa düşülməsini” istəmədiyini deyib.
Jurnalistlər MHP liderindən Avropa İnsan Hüquqları Məhkəməsinin Selahəttin Demirtaş barədə qərarını xatırladanda, Bağçalı belə cavab verib: “Hüquqi yollar nəticəsini verib. Onun azadlığa çıxması Türkiyə üçün xeyirli olacaq”.
Bağçalının çıxışı “ittifaq sarsılmaz” mesajı kimi qiymətləndirilsə də, müşahidəçilərə görə, AK Partiya və MHP arasında son dövrlər müəyyən fikir ayrılıqları qalmaqdadır.
Buna baxmayaraq, Bağçalının son çıxışı siyasi temperaturu bir qədər endirib. Lakin onun Demirtaşla bağlı “yumşaq tonu” növbəti günlərdə Türkiyə siyasətinin əsas müzakirə mövzularından biri olacaq.
4-11-2025, 16:59
Pakistan Prezidenti İlham Əliyevi təbrik etdi


Pakistan Prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

"Zati-aliləri.

Şanlı Zəfər Gününün beşinci ildönümü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Bu gün Zati-alinizin uzaqgörən rəhbərliyi ilə Vətəninin suverenliyini və ərazi bütövlüyünü fədakarlıqla bərpa edən Azərbaycan xalqının əzmkar mübarizəsinin və qətiyyətinin qürurverici təntənəsidir. İşğal olunmuş ərazilərin azad edilməsi Azərbaycanın müasir tarixində ədalətin, dözümlülüyün və milli birliyin rəmzi olan əlamətdar bir nailiyyət kimi qalır.
Bu il Qələbə Gününün qeyd olunması Ermənistanla münasibətlərdə əhəmiyyətli inkişafdan sonra regionda davamlı sülhə doğru müsbət nəticələrin təşviq edilməsi ilə üst-üstə düşdüyündən xüsusi əhəmiyyət daşıyır. Bu tarixi məqam hamı üçün sabitlik, əməkdaşlıq və firavanlıqla təmin olunacaq gələcəyin qurulması üçün yeni ümidlər doğurur.
Pakistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qətiyyətli və ardıcıl dəstəyini bir daha təsdiqləyir. Əminəm ki, xalqlarımız və dövlətlərimiz arasında dostluq və qardaşlıq əlaqələri qarşıdakı illərdə də möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına davamlı sülh, tərəqqi və firavanlıq arzularımı çatdırıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!