Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
13-11-2025, 23:56
Kiyevə hərbi yardımı dayandırın!


Kiyevə hərbi yardımı dayandırın!

Brüssel artıq bir neçə ildir ki, Avropa xalqının pullarından istifadə edərək, Ukrayna dövlətini maliyyələşdirir. Bu arada Ukraynada korrupsiya geniş yayılıb və təəccüblü deyil ki, hələ heç kim Aİ-dən alınan vəsaitlərin necə xərcləndiyinə dair dəqiq hesabat görməyib. Bu dəliliyi dayandırmaq vaxtıdır, biz Avropa xalqının pullarını Ukraynaya göndərməməliyik.
Bu açıqlama ilə Macarıstanın xarici işlər naziri Peter Siyarto çıxış edib.
O, həmçinin hökumətinin Ukraynaya yeni subsidiyalar və kreditlər verilməsini nəzərdə tutan Aİ təşəbbüslərində iştirak etməyəcəyinə söz verib.
13-11-2025, 23:23
Paşinyandan keçmiş liderlərə sərt sözlər


Paşinyandan keçmiş liderlərə sərt sözlər

Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı ildə keçiriləcək parlament seçkilərini ölkənin siyasi sistemini “xarici təsir agentlərindən təmizləmək” üçün mühüm imkan adlandırıb.
Paşinyan bu fikirləri parlamentdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxışı zamanı səsləndirib.
O bildirib ki, cəmiyyətdə tez-tez hökumətin hələ də Robert Koçaryan və Serj Sarkisyan kimi əvvəlki liderlərin təsirinə reaksiya verdiyi barədə tənqidlər eşidilir:
“Vətəndaşlar deyirlər ki, bəzən sizə bu mövzulara qayıtmaq rahatdır, çünki real problemlərin həllindən yayınmaq imkanı yaradır. Bu vəziyyətə son qoymaq lazımdır və bunun yolu yaxınlaşan parlament seçkiləridir. Biz elə etməliyik ki, onların rəhbərlik etdiyi siyasi qüvvələr parlamentdə olmasın”.
Baş nazir qeyd edib ki, “başqa ölkənin təsir agentləri bu gün Ermənistan dövlətinə nifrət və ikrah hissi aşılamağa çalışırlar”, lakin ölkə “özünün suveren iradəsinə və qərarvermə mərkəzinə malikdir”.
Paşinyan çıxışı zamanı “Daşnaksutyun” Partiyasının təmsilçilərinə də sərt ittiham yönəldib:
“Partiyanız 70 il ərzində dünyanın müxtəlif yerlərində həmin ölkənin təsir agenti kimi fəaliyyət göstərib. Məsələ hazırda hansı ölkədən söhbət getməsindən ibarət deyil. Biz qərar verməliyik: öz parlamentimizdə xarici təsir agentlərinin şəbəkəsini qəbul edəcəyik, ya yox. Mənim cavabım – yox”.
13-11-2025, 23:07
Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu


Türkiyədə daha bir təyyarə qəzası – pilot həlak oldu

Türkiyəyə məxsus yanğınsöndürmə təyyarəsinin qalıqları tapılıb, pilot həlak olub.
Bu barədə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri İbrahim Yumaklı məlumat paylaşıb.
“Xorvatiyada rabitə əlaqəsi kəsilən Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəmizin qalıqları Senj şəhəri yaxınlığında aşkar edilib. Bu faciəvi qəzada həlak olan pilota Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirəm. Meşəçilik təşkilatımıza və böyük xalqımıza başsağlığı verirəm”, - nazir qeyd edib.

***

22:22

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi Xorvatiyaya texniki baxış üçün göndərilən Meşə İdarəsinə məxsus iki yanğınsöndürmə təyyarəsindən biri ilə əlaqənin kəsildiyini açıqlayıb.
Nazirlik bildirib ki, təyyarənin tapılması üçün Xorvatiya qurumları ilə birgə axtarış-xilasetmə əməliyyatı başlayıb.
Məlumata görə, iki ədəd AT-802 tipli yanğınsöndürmə təyyarəsi 12 noyabrda Çanaqqaladan Zaqreb şəhərinə planlaşdırılmış texniki baxış üçün havaya qalxıb. Hava şəraiti pisləşdiyi üçün təyyarələr gecəni Reyka (Rijeka) Hava Limanında keçiriblər.
13 noyabrda günortadan sonra hər iki təyyarə Zaqrebə doğru yenidən havaya qalxsa da, güclü hava şəraiti səbəbilə geri dönmək qərarı verilib. Onlardan biri Reyka Hava Limanına təhlükəsiz şəkildə enib.
Digər təyyarə ilə isə Türkiyə saatı ilə 18:25-də radio əlaqəsi tamamilə kəsilib. Həm təyyarə, həm də pilotla əlaqənin bərpası üçün bölgədə intensiv axtarışlar davam edir.
13-11-2025, 22:52
Azərbaycan millisi məğlub oldu


Azərbaycan millisi məğlub oldu

Futbol üzrə Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu İslandiyaya qarşı keçirib.
8-ci km qəsəbə stadionunda baş tutan oyun qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Qolları Albert Qyudmyundsson (20) və Sverrir İnqason (39) vurublar.
Qrupun digər oyununda Fransa Ukraynanı qəbul edəcək. Bu görüş saat 23:45-də başlayacaq.
Qeyd edək ki, beş oyundan sonra Fransa 10 xalla D qrupunda liderdir. İslandiya və Ukraynanın 7, Azərbaycanın 1 xalı var.
13-11-2025, 22:37
Kipr məsələsi Türkiyənin milli prioritetidir - Ərdoğan


Kipr məsələsi Türkiyənin milli prioritetidir - Ərdoğan

Ankaranın Kipr məsələsində mövqeyi bütün dövrlərdə son dərəcə aydın olub: adada ədalətli və davamlı sülhə gedən yol iki dövlətin tanınmasından keçir. Ziddiyyətlərin tənzimlənməsi yalnız Kiprin reallıqları nəzərə alınmaqla mümkündür.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Tufan Erhürmanla Ankarada 90 dəqiqəlik danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında bildirib.
Türkiyə liderinin sözlərinə görə, Ankaranın beynəlxalq arenada ŞKTR-nin hüquq və mənafelərinin təmin edilməsi üzrə siyasi və diplomatik səyləri davam edəcək.
“Kiprin qarant ölkəsi kimi Türkiyə çətinliklər və problemlər qarşısında Kipr türklərini tərk etməyəcək”, - deyə o, Kipr yunan icmasının məqsədini “Kipr türklərini adada milli azlığa çevirmək” kimi xarakterizə edərək əmin edib.
Türkiyə Prezidenti, həmçinin Avropa İttifaqının adanın yunan icmasını Aİ-yə qəbul etmək kimi səhv qərarını unutmamağa çağırıb və Kipr türklərinə verilən vədlərin hələ də yerinə yetirilmədiyini vurğulayıb.
ŞKTR lideri öz növbəsində Şərqi Aralıq dənizindəki problemlərin həlli yalnız danışıqlar yolu ilə mümkün olacağını bildirib.
O, həmçinin yunan Kiprinin hakimiyyəti tərəfindən silah alışının aktiv şəkildə artırılmasına diqqət çəkib. “Adanın cənubunda silahların toplandığı bir dövrdə Türkiyənin Kiprdəki problemlərin tənzimlənməsi ilə bağlı mövqeyinin əhəmiyyəti xüsusilə vacib olaraq qalır”, - deyə ŞKTR-nin altıncı Prezidenti bildirib. T.Erhürman qeyd edib ki, Kipr ilə bağlı ziddiyyətlərin tənzimlənməməsi regionda sülhə mənfi təsir göstərir.
“Regionda Türkiyə və Kipr türklərinə qarşı saymamazlığa əsaslanan mövqe regiondakı problemlərin uzunmüddətli tənzimlənməsinə töhfə verə bilməz”, - deyə o vurğulayıb.
13-11-2025, 22:30
Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı


Sevinc Osmanqızı Baş Prokurorluğa çağırıldı

Xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı Baş Prokurorluğa çağırılıb.
Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs o, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.
Məlumatda cinayət prosesini həyata keçirən orqanın adı və ünvanı qeyd olunub.
Təqsirləndirilən şəxs 1969-cu il təvəllüdlü Sevinc Osman qızı Mirzəyevadır.
Ona izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixdə 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inizbati binasına gəlməlidir.
Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti ondan ibarətdir ki, 252006069 saylı cinayət işi üzrə 23 fevral 2025-ci il tarixdə Sevinc Mirzəyevaya barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.
Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
18 sentyabr 2025-ci il tarixdə ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək Abid Qafarov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Həmin qərara əsasən, Yutub internet portalında istifadəsində olan "Sevinc Osmanqızı TV" adlı kanalında 17 fevral 2019, 17 oktyabr 2019 və 25 iyul 2020-ci il tarixlərdə yayımladığı video müraciətlərində insanların iradəsinə təsir edib, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşaət olunan ixtişaşlara açıq çağırışlar etməsinə, həmçinin bu cür məzmunli video meteralları qeyri məhdud sayda şəxslərin izləyə biləcəyi internet resusları vasitəsi ilə yayılmasına, habelə Manafov Beydulla Ənvər oğlu bə qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 2 sentybr 2023 və 13 yanvar 2024-cü il tarixlərdə dialoq zamanı ümumi cinayətkar niyyətə uyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək, onları Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməyə çıxmaqla bir qrup şəxs halında Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşaət olunan ixtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri məhud şəxslərin baxa biıəcəyi internet resusları vasitəsi ilə təkrarən yaymasına, eləcə də, Qafarov Abid Abdin oğlu və qeyriləri ilə bir qrup şəxs halında birləşərək həmin kanalda 26 iyun 2024 və 9 dekabr 2024-cü il tarixlərində dialoq zamanı ümumi cinayətkar niyyətə iyğun əlbir olduğu şəxsin fikirlərini dəstəkləməklə insanların iradəsinə təsir edərək onları Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, vahid niyyətlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və ya zorakılıqla müşaət olunan ixtişaşlara açıq çağırışlar edilməsinə nail olmasına, qeyd olunan video materialları idarə etdiyi kanalda qeyri məhud şəxslərin baxa biıəcəyi internet resusları vasitəsi ilə təkrarən yaymasına əsalı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxsə izah edilir ki, Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə əsasən ibtidai istintaqda iştirak etmək, özünün seçimi əsasında müdafiəçi ilə təmin olunmaq və digər prosessual qaydalara malikdir. Müdafiəçidən istifadə etdiyi halda onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir.
Qiyabi icraatın açıla bilcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilir.
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Sevinc Osmanqızına xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
13-11-2025, 22:06
Abid Qafarov Baş Prokurorluğa çağırıldı


Abid Qafarov Baş Prokurorluğa çağırıldı

Xaricdə yaşayan ictimai fəal Abid Qafarov Baş Prokurorluğa çağırılıb.
Bununla bağlı rəsmi bildiriş İTV-də yayımlanıb.
Təqsirləndirilən şəxs 1981-ci il təvəllüdlü Qafarov Abid Abdin oğluna izah edilir ki, şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 20 noyabr 2025-ci il tarixdə 12:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Azərbaycanın Baş Prokurorluğun İstintaq Baş İdarəsinin inizbati binasına gəlməlidir.
Təqsirləndirilən şəxsə münasibətdə ittihamın mahiyyəti ondan ibarətdir ki, 252006069 saylı cinayət işi üzrə 23 fevral 2025-ci il tarixdə Abid Qafarov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaq orqanından qaçaraq Azərbaycanın hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı həmin tarixdə axtarış elan edilib.
Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
18 sentyabr 2025-ci il tarixdə itihamın məzmununa əlavə və dəyişikliklər edilərək Abid Qafarov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Həmin qərara əsasən Abid Qafarov digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 26 fevral 2024-cü il və 28 aprel 2024-ci il tarixlərində təkrarən hakimiyyəti ələ keçirilməsinə yönələn qəsdən açıq çağırışlar etməsinə, bu cür məzmunlu videomaterialların “AzerFreedom TV” kanllarında yayılmasına, bundan başqa, Mirzəyeva Sevinc Osman qızı və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviq etməklə 26 iyun 2024-cü ildə və 9 dekabr 2024-cü il tarixdə Azərbaycanda təkrarən hakimiyyətin zorla ələ keçirilməsinə yönələn və qabaqcadan əlbir olan bir qrup şəxs halında hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqlarla müşaiət olunan kütləvi ixtişaşlara təkrarən açıq çağırışlar etməsinə, bu cür videomaterialları qeyri-məhdud şəxslərin baxa biləcəyi yutub internet portalında “Sevinc Osmanqızı TV” adlı kanal vasitəsilə yayılmasına, bundan əlavə digərləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmaq təşviqi ilə 5 sentyabr 2024-cü il tarixdə hakimiyyətin təkrarən zorla ələ keçirilməsinə yönələn və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa, zorakılıqlarla müşaiət olunan kütləvi ixtişaşlara təkrarən açıq çağırışlar etməsinə, bu cür videomaterialları qeyri-məhdud şəxslərin baxa biləcəyi youtube internet portalında “AzerFreedom TV” kanalında yayılmasına əsaslı şübhələr müəyyən edilib.
Təqsirləndirilən şəxsə izah edilir ki, Cinayət-Prosessual Məcəlləsinin 467-13.3-cü maddəsinə əsasən ibtidai istintaqda iştirak etmək, özünün seçimi əsasında müdafiəçi ilə təmin olunmaq və digər prosessual qaydalara malikdir. Müdafiəçidən istifadə etdiyi halda onunla bağlı məlumatları istintaq orqanına göndərməlidir.
Qiyabi icraatın açıla bilcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilir.
Abid Qafarova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla bilər və barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.
13-11-2025, 21:28
Rusiyanın 40 milyon dollarlıq qırıcısı qəzaya uğradı - ÖLƏN VAR


Rusiyanın 40 milyon dollarlıq qırıcısı qəzaya uğradı - ÖLƏN VAR

Rusiyanın Müdafiə Nazirliyi Kareliya Respublikasında Su-30 tipli qırıcı təyyarənin məşq uçuşu zamanı qəzaya düşdüyünü açıqlayıb.
Təyyarə planlı təlim uçuşu həyata keçirərkən naməlum səbəbdən qəzaya uğrayıb. Nazirlik bildirir ki, uçuş döyüş sursatı olmadan icra olunub və təyyarə əhaliyə yaxın olmayan ərazidə yerə düşüb.
Qəza nəticəsində təyyarənin iki nəfərlik heyəti həlak olub.
Rusiyadakı təhlükəsizlik strukturlarına yaxın teleqram kanallarının məlumatına görə, Su-30 meşəlik ərazidə — Petrozavodsk şəhəri yaxınlığında, yerli aeroportun yaxınlarında qəzaya uğrayıb. Hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, Su-30 qırıcıları çoxfunksiyalı döyüş təyyarələridir və qiyməti 35-40 milyon dollar arasındadıe.
13-11-2025, 20:40
Hərbçilərin nəşi Türkiyəyə yola salındı


Hərbçilərin nəşi Türkiyəyə yola salındı

Təyyarə qəzasında şəhid olan hərbçilərin nəşi Gürcüstandan Türkiyəyə yola salınıb.
Məlumata görə, təyyarə Gürcüstanın paytaxtı Tbilisidən havaya qalxıb.
Hərbçilərin nəşini daşıyan "Koca Yusuf" A400M təyyarəsi paytaxt Tbilisidəki Şota Rustaveli Beynəlxalq Hava Limanından Ankaraya yola düşüb. Cənazələr Türkiyəyə çatdıqdan sonra dəfn yerlərinə göndəriləcək.
13-11-2025, 19:45
İlham Əliyevin fikri bütün Türk dünyası üçün yol xəritəsidir


İlham Əliyevin fikri bütün Türk dünyası üçün yol xəritəsidir

Cənab Prezident İlham Əliyevin “Bizim Türk dünyasından başqa ailəmiz yoxdur” fikri, bütün Türk dünyası üçün bir yol xəritəsi kimi qəbul edilir və birliyimiz, həmrəyliyimiz baxımından böyük əhəmiyyət daşıyır. Bu yolu yorulmadan və qətiyyətlə davam etdirmək bizim ən böyük vəzifəmizdir.
Bunu Şimali Kipr Türk Cümhuriyyətinin yaradılmasının 42-ci ili səbəbi ilə keçirilən ziyafətdə Şimali Kipr Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuq Turqaner bildirib.
Azərbaycan Milli Məclisi ilə Şimali Kipr Türk Respublikasının Parlamentinin 2024-cü ildə yaradılmış Parlamentlərarası Dostluq Qrupları, Prezident İlham Əliyevin müəyyən etdiyi yol xəritəsinin ən güclü sübutudur. Yarandığı gündən bu qruplar böyük səmərə, məsuliyyət və məhsuldarlıqla fəaliyyət göstərirlər. Bu münasibətlə, Azərbaycan Milli Məclisinin sədri hörmətli Sahibə Qafarovaya, Azərbaycan–ŞKTR Parlamentlərarası Dostluq Qrupunun sədri hörmətli deputat Cavanşir Feyziyevə və dostluq qruplarının bütün üzvlərinə səmimi təşəkkürümü bildirirəm. Onların fədakar səyləri və əməkdaşlığı yüksək qiymətə layiqdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!