"Qalatasaray"dan iki qolluq qələbə .....                        İnternet Vergi İdarəsinə giriş təhlükəli ola bilər - ÇAĞIRIŞ .....                        Paşinyan Qazaxla sərhədə gəldi .....                        Soyqırımı qurbanlarına baxmağa üzləri belə olmayıb... - FOTO .....                        Müavinət və təqaüdlərdə artım olacaq - Nazirlik .....                        Sərhədimizdə PUA zərərsizləşdirildi - FOTO .....                        Prezident ailəsi ilə “Sea Breeze”də - FOTO .....                        Zelenski Ukraynada hərbi vəziyyəti uzatdı .....                        Azad olunmuş ərazilərə xərclənən vəsaitin həcmi açıqlandı .....                       
Tarix : 28-08-2013, 15:27
Azərbaycanda telekanalların monitorinqinə başlanır


Azərbaycanda özəl televiziyalar üzrə monitorinq aparılacaq. Bu barədə yaradılan monitorinq qrupunun üzvü, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun böyük elmi işçisi, dosent Təranə Şükürlü verib.

O deyib ki, monitorinq Milli Televiziya və Radio Şurası tərəfindən Elektron Media Yardım Fondu ilə birgə AMEA-nin Nəsimi adına Dilçilik İnstitutunun da mütəxəssislərinin cəlb edildiyi qrup tərəfindən aparılacaq. Monitorinq ANS, ATV, İTV, “Lider”, “Xəzər” və “Space” kanallarını əhatə edəcək.

O, müşahidələrin əsasən 4 sahəni əhatə edəcəyini də deyib: “Bunlara fonetik, leksik, qrammatik və üslub normaları daxildir. Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində davamlı monitorinqlərin təşkili bu sahədə olan neqativ halların müəyyənləşdirilməsinə gətirib çıxaracaq və telekanallarda Azərbaycan ədəbi dilinin normalarına riayət edilməsinə mühüm kömək edəcək”.

T. Şükürlü qeyd edib ki, televiziya kütləvi informasiya vasitələrinin elə bir növüdür ki, onun vasitəsilə müxtəlif sosial tərkibli auditoriyaya, seyrçilərin şüuruna, davranışına daha effektli təsir etmək mümkündür. Ekranda linqvistik elementlər TV-nin başqa ifadə vasitələri ilə harmoniya yaratmalı və müəllif təhkiyəsindən asılı olaraq üsluba ciddi fikir verilməlidir: “Demək istərdim ki, bu günkü telekanallarımızın fəaliyyəti çoxtərəfli, böyük və əhəmiyyətlidir. Televiziya hər zaman axtarışda olan qurumdur. Telekanallarımızın potensialı böyükdür. İnanırıq ki, bundan sonra da onlar fəaliyyətini daha da təkmilləşdirəcək”.

T. Şükürlü deyib ki, monitorinqlər sentyabrın 1-də başlayacaq və bir ay davam edəcək.


Paylaş



Bölmə: Xəbər / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!