Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                       
Tarix : Bu gün, 18:11
İctimai Birliyin fəalları şəhidlərimizin əziz xatirəsini yad ediblər


İctimai Birliyin fəalları

şəhidlərimizin xatirəsini yad ediblər


"Vətənə Xidmət və Hüquqi-Sosial İnkişaf Maarifləndirmə" İctimai Birliyinin rəhbərliyi və fəalları 13 iyul 2026-cı il tarixində Bakı şəhərində yerləşən 2-ci Fəxri Xiyabanı ziyarət edərək Azərbaycanın qəhrəman oğulları – general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər şəhidlərimizin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüb, onların əziz xatirəsini dərin ehtiramla yad edib və ruhlarına dualar oxuyublar.
Anım mərasimi zamanı şəhidlərimizin Vətən uğrunda göstərdikləri misilsiz qəhrəmanlıq və fədakarlıq hissi xüsusi ehtiramla xatırlanıb. Bildirilib ki, Azərbaycan xalqı hər zaman öz qəhrəman övladlarının xatirəsini uca tutur və onların müqəddəs amalını yaşatmağı özünə mənəvi borc hesab edir. Qeyd olunub ki, Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canlarından keçən şəhidlərimizin şərəfli həyat yolu gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir.
Ziyarətdə birliyin sədri Əziz İsmayılov, həmtəsisçisi Rüstəm Həsənov, müavinlər Cavanşir Rzazadə və Çingiz Bayramov, Qadınlar Şurasının sədri Arzu Musayeva, Qadınlar Şurası sədrinin müavini Aysel Yusifova, İdarə Heyətinin üzvü Natiq Kərimov, birliyin fəxri İdarə Heyətinin üzvü, şəhid Rasim Məmmədovun anası Xuraman Məmmədova və Qarabağ Regional İctimai Birliyinin Qadınlar Şurasının sədri Ayna Allahyarqızı iştirak ediblər.
Tədbirdə çıxış edənlər vurğulayıblar ki, şəhidlərimizin müqəddəs xatirəsinin daim uca tutulması, onların keçdiyi şərəfli döyüş yolunun öyrənilməsi və gənc nəslə aşılanması hər bir vətəndaşın üzərinə düşən mənəvi məsuliyyətdir. Xüsusilə qeyd olunub ki, Azərbaycan Ordusunun qəhrəman zabitləri və əsgərləri tariximizə qızıl hərflərlə yazılmış şanlı Zəfərin əldə olunmasında misilsiz şücaət göstəriblər. Bu qəhrəmanlıq salnaməsi xalqımızın milli qürur mənbəyi olaraq hər zaman yaşayacaq.
Birliyin sədri Əziz İsmayılov bildirib ki, şəhid ailələrinin yanında olmaq, onların xatirəsini yaşatmaq və gənclərdə milli-mənəvi dəyərlərə, dövlətçiliyə və vətənpərvərliyə bağlılıq hissini gücləndirmək "Vətənə Xidmət və Hüquqi-Sosial İnkişaf Maarifləndirmə" İctimai Birliyinin əsas fəaliyyət istiqamətlərindən biridir. Onun sözlərinə görə, belə ziyarətlər cəmiyyətimizdə milli birlik və həmrəyliyin möhkəmlənməsinə, şəhidlərimizin qəhrəmanlıq irsinin gələcək nəsillərə çatdırılmasına mühüm töhfə verir.
Sonda bütün şəhidlərimizin ruhuna dualar oxunub, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İştirakçılar Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə möhkəm can sağlığı diləyərək bildiriblər ki, Azərbaycan xalqı öz qəhrəman övladlarını heç zaman unutmayacaq və onların əziz xatirəsi daim uca tutulacaq.

Mina RƏŞİD


Paylaş



Bölmə: Şəhidlər / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!