Leyla Əliyeva Qaradağda yeni parkın açılışında - FOTO .....                        Ukraynadakı səfirliyimizə dəyən ziyan aradan qaldırılıb .....                        Prezident Azərbaycanla Türkiyə arasında mühüm sənədi TƏSDİQLƏDİ .....                        Pul, qızıl və avtomobil ehtiyat hissələri oğurlayan şəxs saxlanıldı .....                        Bu dəfə Nəsimidə yanğın oldu .....                        Sumqayıtda 28 kq narkotik vasitə satmaq istədilər - VİDEO .....                        Qalmaqallı restoranın sahibi əvvəl də cəzalandırılıbmış - FAKT .....                        Azərbaycanda bayram günü otellərin dodaquçuqladan QİYMƏTLƏRİ .....                        Tuğda məktəb və bağça yenilənir – 3.2 milyon manatlıq layihə .....                       
Tarix : Bu gün, 17:10
Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi


Şanlı zəfərin təcəssümü - 25 noyabrın Kəlbəcər şəhəri günü elan edilməsi

Biz – bu torpaq uğrunda həyat yoldaşlarını və övladlarını şəhid vermiş ailələr hər il Kəlbəcər şəhəri gününü xüsusi qürur və kövrəkliklə qarşılayırıq. Kəlbəcər bizim üçün hər qarışı şəhid qanı ilə yoğurulmuş müqəddəs bir əmanətdir.
“Kəlbəcər” toponimi qədim türk dilində “çay üstündə qala” deməkdir. Bu qədim diyar minilliklər boyunca türk mədəniyyətinin, atəşpərəstliyin, xristianlığın və VII əsrdən başlayaraq İslamın izlərini yaşadan saysız abidələri ilə Azərbaycan tarixinin canlı salnaməsidir. Bu torpaq üzərində 30 min ildən artıq yaşı olan yaşayış məskənləri, 6 min illik qaya təsvirləri, qədim türk əlifbasının nümunələri və Tərtər çayı boyunca düzülmüş süni mağaralar mövcuddur. Azərbaycanın ən yüksək dağ rayonlarından olan Kəlbəcər həm təbiəti, həm sərhədləri, həm də strateji mövqeyi ilə ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Qədim yurdumuz işğaldan əvvəl 1 şəhər, 1 qəsəbə, 145 kənd və 55 inzibati ərazi dairəsini özündə birləşdirən böyük yaşayış məkanı idi. 1993-cü ilin 2 aprelində Ermənistan ordusu tərəfindən işğal edilən Kəlbəcərdə yüzlərlə dinc sakin qətlə yetirildi, onlarla ailə əsir götürüldü və itkin düşdü. 53 mindən çox əhali isə öz doğma yurd-yuvasından didərgin salındı. Kəlbəcərə aid məktəblər, xəstəxanalar, klub və mədəniyyət evləri, muzeylər, tarixi abidələr, minlərlə ev və təsərrüfat dağıdıldı, sərvətlər talan edildi. Bütün bunlar yalnız kəlbəcərlilərin deyil, bu torpaq uğrunda canından keçən şəhidlərin ailələrinin də qəlbində dərin iz qoydu.
BMT Təhlükəsizlik Şurasının Kəlbəcərin azad olunmasını tələb edən 822 nömrəli Qətnaməsinin illərlə icra olunmaması, Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti və beynəlxalq qurumların susqunluğu bu haqsızlığın uzanmasına səbəb oldu.
Lakin 2020-ci il Vətən müharibəsi Azərbaycan xalqının iradəsini, Ordumuzun gücünü və Ali Baş Komandan İlham Əliyevin qətiyyətini bütün dünyaya göstərdi. Müharibənin ilk günlərindən etibarən Kəlbəcərin şimal hissəsinin strateji yüksəklikləri Ordumuzun nəzarətinə keçdi. Bu isə düşmənin Basarkeçər-Kəlbəcər yolundan istifadəsini iflic etdi. Prezident İlham Əliyevin sözləri ilə desək, Azərbaycan Ordusu bu istiqamətdə Ermənistan ordusunun hərəkətini “demək olar ki, tamamilə məhdudlaşdırdı”. Bu uğurlar müharibənin gedişinə ciddi təsir göstərdi.
Şanlı Qələbəmiz nəticəsində imzalanmış 10 noyabr 2020-ci il Üçtərəfli Bəyanat Kəlbəcərin 25 noyabr tarixində Azərbaycana qaytarılmasının hüquqi əsasını yaratdı. Kəlbəcər işğaldan azad olunarkən qeyri-qanuni məskunlaşan ermənilərin evləri yandırması, əkin sahələrini, meşələri, bağları məhv etməsi bir daha erməni vandallığının bütün çılpaqlığını dünyaya nümayiş etdirdi.
Bu gün Kəlbəcər yenidən dirçəliş dövrünü yaşayır. 2020-ci ilin noyabrında təsis olunan “Kəlbəcərin azad olunmasına görə” medalı ilə 9455 hərbi qulluqçunun təltif edilməsi bu torpağın uğrunda can qoyan qəhrəmanların əməyinə verilən yüksək dəyərin göstəricisidir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd olunması isə bu diyarın dirçəlişinin rəsmi simvoluna çevrildi.
Bu gün Kəlbəcərin 2040-cı ilə qədər olan Baş Planı əsasında şəhər müasir konsepsiya ilə yenidən qurulur. Yaşayış fondunun iki dəfədən çox artırılması, 4 məktəb, 4 uşaq bağçası, xəstəxanalar, muzeylər, parklar, geniş yaşıllıq zonaları, yeni yollar və kommunikasiya xətləri Kəlbəcərin gələcəyini daha parlaq edir. Artıq şəhərdə yüzlərlə ailə üçün yaşayış kompleksləri tikilib, köçürülmə prosesinə start verilib. 81 ailənin Kəlbəcərə qayıtması, 524 ailəlik böyük məhəllənin inşası, Yanşaq, Zallar və Zar kəndlərinin yenidən qurulması, bu kəndlərə ümumilikdə minlərlə ailənin köçürülməsi biz şəhid ailələri üçün ən böyük sevincdir. Çünki şəhidlərimizin ruhu doğma yurdlara həyat qayıtdıqca daha çox şad olur.
Kəlbəcərdə aparılan böyük infrastruktur layihələr də dirçəlişin əsas dayaqlarıdır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun 87 faizinin hazır olması, dünyanın ən uzun avtomobil tunellərindən biri olan Murovdağ tunelinin inşası, Kəlbəcər-Laçın yolunun çəkilişi artıq bölgənin inkişafını yeni mərhələyə çıxarır. Enerji infrastrukturu da tam bərpa olunur – Meydan, Çıraq-1, Çıraq-2, Soyuqbulaq, Aşağı Vəng, Nadirxanlı və digər Kiçik Su Elektrik Stansiyaları bölgəyə yeni nəfəs verir. Kəlbəcərin dünyaca məşhur brendi olan “İstisu” artıq yenidən Azərbaycan xalqına xidmət edir. Müalicə-istirahət kompleksi, otellər, SPA mərkəzi və 100 milyon şüşəlik istehsal gücünə malik mineral su zavodu bu diyarı regionun iqtisadi və turizm mərkəzinə çevirir.
Müzəffər Ali Baş Komandanın Kəlbəcərə etdiyi ardıcıl səfərlər isə bu torpağın bərpasına verilən diqqətin göstəricisidir. Dövlətimizin başçısı hər səfərində yeni obyektlərin açılışında, elektrik stansiyalarının işə düşməsində, yaşayış komplekslərinin açılışında iştirak edir. Bu, Kəlbəcərin dirçəlişinin şəxsən Prezident tərəfindən idarə olunduğunu nümayiş etdirir.
Biz şəhid ailələri üçün Kəlbəcərin bərpası yalnız bir rayonun yenidən qurulması deyil, bu şəhid övladlarımızın arzularının gerçəkləşməsi, onların qanı bahasına azad olunmuş torpaqda həyatın yenidən çiçəklənməsidir.
25 noyabr – Kəlbəcər şəhəri günü bizim üçün həm qürur, həm kədər, həm də gələcəyə sonsuz inam günüdür.

Təhminə Vəliyeva
Şəhid İlqar Vəliyevin həyat yoldaşı, Abşeron rayon sakini


Paylaş



Bölmə: Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!